Browsing yearly archive

2019

Media təmsilçiləri başçıdan nə istədilər?

Milli Mətbuat və Jurnalistika günü bu  dəfə Mingəçevirdə əvvəlki illərdəkindən fərqli şəkldə qeyd olunub. İcra Hakimiyyəti başçısı İlham İsmayılov media mənsubları ilə bərabər hökumət və ictimaiyyət nümayəndələrinin də dəvət edildiyi zalda bayramın təkcə mətbuata deyil, hamıya aid olduğunu vurğulayıb və birmənalı şəkildə deyib ki, məmurlar və digər kateqoriyadan olan insanlar yerli qəzetlərin yaşamasında maraqlı olmalıdırlar, […]

Ekzistensializm nədir?

  Hər bir cinayətin bir cəzası vardır.  Dostayevskinin “Cinayət və cəza” əsərini oxumağa çox böyük maraqla başlamışdım. Hər zaman təriflənən bir yazıçının əsərini, kitab maraqlısı biri olaraq oxumaq, düşünürdüm ki, çox zövqlü olar. Vaxtımın çoxunu ixtisasım olaraq, fizika və riyaziyyata, bir qədər də fəlsəfəyə aid kitablara həsr edirəm, amma bədii ədəbiyyat hər zaman maraq dairəmdə olub, odur […]

Mingəçevirli gənclər yerli mətbuat nümayəndələrindən bir qrupunu qonaq çağırdı

Mingəçevir Gənclər Evinin dərnək rəhbəri Rəşad Qurbanov dəvəti qəbul edib gəlmiş KİV  təmsilçilərini salamlayıb, onlara gənclərin fəaliyyətini mütəmadi işıqlandırdıqlarına görə təşəkkürünü və  Milli Mətbuat günü münasibəti ilə təbrikini çatdırıb. Görüşdə gənclərin uğurlarından, ictimai əlaqələrindən, gələcəyə töhfələrindən danışılıb. Qonaqlar və gənclər arasında fikir mübadiləsi, gələcək əməkdaşlıq çərçivəsində söhbətlər aparılıb. Fəal gənclərdən Ehtiram Sadıqzadə, Zəminə Ədilova, Dağlar […]

Qarabağ qaziləri: “Bizə əngəl olmayın”

Birinci qrup Qarabağ əlili Qənimət Səmədovun sözlərinə görə, şəhid yoldaşlarının xatirə bulaqlarının bəziləri  hazırda bərbad vəziyyətdıdir: “Şəhidlərin xatirəsini yaşadan bulaqlar baxımsızlıqdan dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu, məncə şəhid ruhlarının təhqir edilməsi kimi bir şeydir.  Onların adını yaşadan hər şeyi, o cümlədən bulaqları can-başla qorumaq  lazımdır”. Qarabağ veteranı Elman Quliyev də bildirdi ki, hər dəfə […]

Mingəçevirlilər başçı ilə görüşdə mövcud problemlərini dilə gətirdilər

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti görüşü Statistika İdarəsinin binasında baş tutub. Başçı vurğulayb ki, bütün görülən işlər şəhərin baş planına uyğun həyata keçirilir və bu istiqamətdə abadlıq və yenidənqurma davam etdirilləcək: “Çalışacayıq ki, sakinlər  tərəfindən qaldırılan problemlər mərhələ-mərhələ həllini tapsın”. Görülən işləri yüksək dəyərləndirən mingəçevirlilər mövcud problemləri də dilə gətiriblər. Onlar […]

MTK kollektivi Goranboyun səfalı guşəsində istirahət edib

Mingəçevir Turizm Kolleci Həmkarlar İttifaqı təşkilatının yaxından dəstəyi ilə  kolllektiv üzvləri Goranboy rayonunun  Ağcakənd qəsəbəsi yaxınlığında yerləşən “Gülüstan” istirahət məkanında dincəlib. Məktəbin turizm müıllimləri bölgənin tarixi özəllikləri, turizm potensialı və digər üstünlükləri barədə məlumat veriblər. Dağlar qoynunda keçən bir günlük istirahət  daha sonra  ləziz təamlarla bəzədilmiş   süfrə arxasında davam etdirilib. Burada istirahət edənləri   həzin mahnı […]

MVA-nın Ağdamda ilk təlimində məcburi köçkünlərin sosial problemlərindən danışıldı

May ayının əvvəlindən “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikası  Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələ dəstəyilə  “Aztəminatlı ailələrə və məcburi köçkünlərə sosial hüquqlarla bağlı hüquqi və informasiya xidmətinin təşkili” layihəsini həyata keçirir. Layihə  Mingəçevir, Bərdə, Ağdam və Yevlax sakinlərinə,  o cümlədən məcburi köçkünlərə ünvanlanıb. May ayından MVA-nın nəzdində hüquq otağı açılıb, […]

Agentliyin İdarə Heyətinin sədri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib

Agentliyin İdarə Heyətinin sədri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. Yubiley medalını Azərbaycan […]

Avropa Gənclər Olimpiya Festivalına çox az qaldı

Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına  (EYOF) cəmi bir neçə gün qalıb. 3 gün sonra, iyulun 21-də başlayacaq festival ayın 27-də başa çatacaq. Azərbaycan həmişə olduğu kimi bu tədbirə də xüsusi maraqla hazırlaşır. Yalnız yerli mütəxəssislərdən ibarət əməliyyat qrupu bütün idman məkanlarının auditini keçirmiş, hazırda xırda təmir işlərini bitirməkdədir. Atletlər Kəndi tam hazır vəziyyətdədir. 12 […]

İ. Qayıbov adına 10 saylı tam orta məktəbi 51 gənc Azərbaycan, 33 gənc isə rus bölməsi üzrə bitirib

Bu tədris ilində Mingəçevirdəki İ. Qayıbov adına 10 saylı tam orta məktəbi 84 gənc (51-i Azərbaycan, 33-ü isə rus bölməsi üzrə) bitirib  Onlardan biri- Ülviyyə Əmrahlı qızıl medala, 3-ü isə (Aygün Həsənova, Ülviyyə Nəcəfli, Laçın Bağıyev) fərqlənmə attestatına layiq görülüb. Məktəbin direktoru  Xumarə Mikayılova deyir ki, əksər məzunlar Azərbaycanın və Rusiyanın nüfuzlu univeristetlərinə qəbul olunublar. […]