Browsing yearly archive

2019

Goranboyda feodal qəsrini xatırladan məkan tapılıb

Mis pullar, müxtəlif qablar, divar və bürc qalıqları, görünüşcə qədim feodal qəsrini xatırladan məkan Goranboyda aşkarlanıb. Hər hansı mülkədar və ya feodala aid olduğu güman edilən qəsr 3 il öncə ərazidə iş aparan BP əməkdaşları tərəfindən üzə çıxarılıb. Arxeloji tapıntının əhəmiyyəti nəzərə alınaraq, kəmərin marşurutu dəyişdirilib və sahənin yanından ötmək qərara alınıb. Bundan sonra Kərpicli […]

Küçə itləri 24 yaşlı Əsəd Əsədovu dişləyib

O, vəhşi itlərdən qurtulmaq üçün yaxınlıqda olan həyətin hündür darvazasının üzərinə qalxıb. Buna baxmayaraq, sahibsiz itlər Əsəd Əsədovun hər iki əlinin barmaqlarını dişləyib. Zərərçəkən ətrafdakıların köməyi ilə təcili yardım avtomobili  ilə xəstəxanaya çatdırlıb. Şəhər sakininə quduzluq əleyhinə vaksin vurulub. Mingəçevir Mərkəzi Xəstəxanasından bildirilib ki, zərərçəkənə quduzluq əleyhinə vaksin vurulub və vəziyyəti hazırda normaldır.

Rusiya keçmiş SSRİ-də doğulan hər kəsə vətəndaşlıq vermək üçün qanun hazırlayır

“İndi SSRİ-də doğulmuş bütün insanlara Rusiya vətəndaşlığı əldə etmək üçün gözəl bir fürsət yaranıb. Xarici vətəndaşlıqdan imtina edilməsi üçün sonsuz sayda sənəd toplamaq lazım deyil”.  Bu məlumat “Komsomolskaya Pravda” qəzetində nəşr olunub. Qəzetin yazdığına görə, layihə Dövlət Dumasının Milli İşlər Komitəsi tərəfindən təsdiqlənib. Layihə Rusya vətəndaşlığın əldə etmək prosesini, xüsusən də rus dilində danışanlar üçün […]

Ağdaşda 10 aylıq körpənin ölümü ilə bağlı cinayət işi açılıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayon sakini,  6 sentyabr 2018-ci il təvəllüdlü Ələkbərli Türkel Cavid oğlunun ölümü ilə bağlı hadisəni araşdırıb. Agentlikdən mətbuata verilən məlumata görə, hazırda araşdırma aparılır və  hadisə ilə bağlı cinayət işi açılıb. Ağdaş rayon Mərkəzi Xəstəxanasında və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında iyulun 7-8-də gecə növbələrində olan şəxslərdən hadisənin təfərrüatları və başvermə […]

Son 3 gündə paytaxtdan kənarda 1 MMMC təsis edildi, ikisi isə yaranmaq üzrədir

“Mingəçevir Valideynlər Assosiasiyası” Ictimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə çoxmənzilli binalarda yeni idarəetmə formasına keçidlə əlaqədar ümumi yığıncaqların  keçirilməsinə, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin (MMMC) yaradılmasına praktiki və hüquqi yardımlar  davam etdirilir. Bu məqsədlə iyulun 14-də Mingəçevirdə, Natəvan küçəsindəki 30/3 saylı, iyulun 16-da isə Dilarə Əliyeva və Molla Pənah Vaqif küçələrindəki 14 saylı ünvanlarda sahə mülkiyyətçilərinin […]

“Azərsu” ASC-nin layihəsi icra olunandan yuxarı mərtəbələrə su qalxmır

Mingəçevirin S.Vurğun  küçəsindəki 19 saylı hündür mərtəbəli bina 36 mənzildən ibarətdir. Sakinlərin bildirdiyinə görə,  suyun təzyiqi aşağı olduğundan yuxarı mərtəbələrə su çıxmır. 9-cu mərtəbədə yaşayan 1-ci qrup əlil Vaqif Cəfərov deyir ki, bu halında düşüb aşağı mərtəbələrdən su gətirməyə məcburdur: “Hər dəfə yay gələndə evdə işlətməyə su tapmırıq. Əvvəllər yuxarı mərtəbəyə suyu mühərriklə vururdular. Amma […]

Tibb müəssisələrində İcbari Tibbi Sığortanın tətbiqinə hazırlıq məqsədilə təlim keçirilir

  5 iyul 2019-cu il tarixindən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin əməkdaşları tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə xəstəxanalarda təlim keçirirlər. Təlim “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə başçısının 2018-ci il 20 dekabr […]

Partiyaları ləğv edin!

Azərbaycanda 50-dən çox siyasi partiya var.   Bu yazını müəllimlərimə həsr edirəm. Həm orta məktəbdə mənə dərs demiş, həm ali məktəbdə, həm də mənəvi müəllimlərimə, hansı ki, mənə dərs deməsələr də onlardan da həmişə nə isə öyrənirəm. Sağ olanlarına Allahdan can sağlığı diləyirəm, bu dünyadan köçənlərin isə ruhları şad olsun! Müəllim, bəzən səhrada susuz qalan […]

Sosial yardım asılılığından kiçik sahibkarlığa doğru

Regionlarda əlil, şəhid, məcburi köçkün, aztəminatlı ailələlərin, işsiz və işaxtaran vətəndaşların fərdi təsərrüfatlara sahib olması onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına, nəticədə ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradır.   “Yüksəliş” Sosial İnkişafa Kömək İctimai Birliyinin  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə […]

Yay ayı olsa da, bazarda qiymət od tutub yanır

Mingəçevir bazarında meyvə və tərəvəzlərin qiymətində xeyli bahalaşma müşahidə olunur. Bu günlərdə aparığımız sorğular onu göstərdi ki, bazarda bolluq olsa da alan da narazıdı, satan da. Bazarda  satıcı  alıcıdan çox idi.  Göyərtinin bir dəstəsi 30-40 qəpik, pomidor 1 manat, meyvələrdən ərik 3 manat 50 qəpik, gilas 3-4 manat idi. Meyvə-tərəvəz satışı ilə məşğul olan Şahin […]