Browsing yearly archive

2019

“We are different, but we are equal”

“We are different, but we are equal” – an event dedicated to the 3rd of December – the International Day of Persons with Disabilities has been organized by “Regional Development” Public Union of the Haydar Aliyev Foundation with the support of the Haydar Aliyev Foundation, European Union, UN Children’s Fund and UN Development Program, the […]

Əlilliyi olan 20 qadına və 40 uşağa ərzaq bağlamaları və geyim əşyaları təqdim olunub

Əlil Qadınlar Cəmiyyətinin İctimai Birliyinin Mingəçevirdəki günərzi qayğı və icma əsaslı rebilitasiya mərkəzi 3 dekabr əlillər günü münasibəti ilə tədbir keçirib. Cəmiyyətin Mingəçevir şəhər şöbəsinin sədri Adilə Cəlilova bildirib ki, mərkəzdə çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi və dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün sosial […]

“Tələbə qızların xəbər dünyası”

Mingəçevir Media Mərkəzində yeni layihəyə başlanır. Həftədə bir gün olmaqla 6 həftə davam edəcək təlim proqramında Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm Kolleci və Mingəçevir Tibb Kollecində təhsil alan tələbə qızlar iştirak edə bilərlər. Təlim Dayanıqlı İnkişaf Məqsədləri, genderə həssas yanaşma və genderə həssas  göstəricilər, xəbər hazırlanması, mövzu və mənbə seçimi, lidin, ilk abzasın və bütöv […]

10 saylı məktəbdə narkomaniyaya “YOX” dedilər

Noyabrn 28-də Mingəçevirdəki 10 saylı məktəbdə  “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib. Tədbir  məktəbin yuxarı sinif şagirdlərinin narkomaniya ilə bağlı çıxışları ilə başlayıb. Narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olunub, şagirdlərin hazırladıqları kiçik səhnəciklər təqdim olunub. Daha sonra məkəbin direktoru Xumarə Mikayılova şagirdlərə qonaqları təqdim edib. Polis şöbəsinin rəisi, polis polkovniki […]

Yeniyetmə və gənclərdə özünəinamı artırmaq üçün

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, UNICEF Azərbaycan və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən “Əsas Həyat Bacarıqları” təlim kursunun yeni mərhələsinin icrasına başlanılıb. Yeniyetmə və gənclərin müstəqil düşünməsi, özünəinam, şəxsi inkişafına dəstək olmaq, onların stresə davamlılığını artırmaq və məqsədlərini müəyyənləşdirməyə kömək etmək məqsədi daşıyan təlimin ilk günündə təlimçi Seymur Səfəralıyev […]

“Çadır şəhərciklərindən yeni qəsəbələrə”

Noyabrın 29-da Baku Film School Prodakşn və Humaintar Tədqiqatlar İctimai Birliyinin birgə istehsal etdiyi “Çadır şəhərciklərindən yeni qəsəbələrə” adlı sənədli filmin təqdimatı keçirilib. 2019-cu ilin avqust ayından çəkilişlərinə başlanan film 1988-ci ildən Dağlıq Qarabağ münaqişəsinin başlanması, rayonların işğalı, məcburi köçkünlərin yerləşdirilməsi, onların çadırlarda çətin həyatı və yeni qəsəbələrə köçürülməsi ilə bağlı prosesləri əhatə edir. Filmin […]

İnzibati icraatın və inzibati prosesin Azərbaycan modeli Qazaxıstan üçün maraq doğurur

Bu il noyabrın 25-dən 28-dək Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Mərkəzi Asiya ölkələrində hüquqi dövlətçiliyə dəstək” proqramının dəvəti ilə Qazaxıstan Respublikasının yüksək vəzifəli nümayəndə heyəti İnzibati ədliyyənin təşəkkülü və inkişafı təcrübəsi ilə tanış olmaq məqsədilə Azərbaycan Respublikasına səfər edib. Qazaxıstan Respublikası Ali Məhkəməsinin hakimləri, Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı və Qazaxıstan Ali Məhkəməsinin və Baş Prokurorluğunun […]

Növbəti könüllülər dəstəsi sertifikat aldı

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  könüllülük fəaliyyətini bitirmiş gənclərə noyabrın 29-da sertifikatlarını təqdim edib.  Başçı ölkəmizdə könüllülük hərəkatının inkişafından söz açıb, ölkə Prezidenti  İlham Əliyevin könüllülük hərəkatına göstərdiyi diqqətdən danışıb və könüllülərə qazandıqları  təcrübəni iş həyatlarında uğurla tətbiq etmələrini arzulayıb. Könüllülər çıxış edərək, təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini,  İcra Hakimiyyəti aparatının kollektivi […]

Universitet-Sənaye İşbirliyi və İnnovativ kadr hazırlığı mövzusunda I regional elmi-texniki konfrans keçirilib

Mingəçevir Dövlət Universitetində “Sosial-İqtisadi İnkişafın Dayanıqlı Enerji Təminatı: Universitet-Sənaye İşbirliyi və İnnovativ kadr hazırlığı” mövzusunda I regional elmi-texniki konfrans keçirilib. Konfransı açıq elan edən MDU-nun rektoru Şahin Bayramov qonaqları konfrans istirakçılarına təqdim edib və bildirib ki,MDU və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda hər iki ali təhsil müəssisəsinin rektor, professor-müəllim və tələbə kollektivi, […]

“Duyğu yarpaqları” ictimaiyyətə təqdimatı olundu

“Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirovun “Duyğu yarpaqları” kitabının təqdimat mərasimi keçirilib. O, indiyədək “35 il və ilmələnən ömürlər”, “El ağsaqqalı”, “Onlar bizim fəxrimizdir” və “Sən kimsən, cənab polkovnik?” adlı kitablarını ictimaiyyətə təqdim edib. Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı mərasimdə çıxış edərək bildirib   ki, uzun illərdən bəri qəzet-jurnallarda, almanaxlarda dərc edilən yazıları və nəşr […]