Browsing yearly archive

2019

Mingəçevirdə kirayədə qalan günərzi qayğı mərkəzi

“Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli Sərəncamı ilə ölkəmizin daha 30 rayonunda günərzi qayğı mərkəzləri yaradılıb. Həmin mərkəzlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən müvafiq layihələr çərçivəsində təşkil edilib. Mingəçevirdə bu […]

Energetiklər qəsəbəsi səliqə-sahmanı ilə şəhərin sol sahilindən geri qalmır

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov noyabrın 27-də Energetiklər qəsəbəsində,  8 saylı məktəbin akt zalında sakinlərlə görüşüb. Qəsəbə sakinləri başçının mütamadi olaraq  qəsəbəyə gəlməsi və qaldırılan problemləri həll etməsindən məmnunluqlarını bildirib. Onlar diqqətə çatdırıblar ki, qəsəbə səliqə-sahmanı ilə şəhərin sol sahilindən geri qalmır. Belə ki, ərazidə məhəllələr abadlaşıb, yollara asfalt örtüyü çəkilib, dayanacaq quraşdırılıb, […]

Mingəçevirdə kimlər bələdiyyə üzvü ola bilər?

Dekabrın 23-də keçiriləcək Bələdiyyə seçkilərinə bir aydan da az vaxt qalır. Bəs seçki öncəsi vəziyyət necədir? Bütün işlər təqvim planına uyğun aparılırmı? 47 saylı DSK-nın sədri Oqtay Məmmədovun dediyinə görə, indiyədək dairə və məntəqə seçki komissiyaları üzvlərinin təlimatlandırılması üçün treninqlər təşkil olunub. Seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələrin aparılması məqsədilə seçici siyahıları məlumat lövhələrində yerləşdirilib. […]

Nəinki Azərbaycanda, Qafqaz regionunda bir ilkə imza atıldı

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasınn İdman Jurnalistikası magistr proqramının tələbələrinin  Böyük Britaniyaya növbəti səfərləri baş tutub. Təlim-təcrübə məqsədi daşıyan səfər çərçivəsində İnglitərənin London, Şeffield, Koventri, Stradford, Mançester və digər şəhərlərində olacaq proqramın ikinci kurs tələbələri ölkənin mədəni ictimai həyatı ilə yanaşı, ixtisasları üzrə bir sıra qurum və təşkilatlara da baş çəkəcəklər. Bunlara misal […]

Döş nişanı almış pedaqoji işçilər təəssüratlarını bölüşürlər

Bu günlərdə Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Mingəçevirdən iki lisey rəhbəri  və iki müəllim  “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. Onlardan üçü ilə görüşərək, təəssüratlarını bölüşmək qərarına gəldik. Aidə İsmayılova (Mingəçevir Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin direktoru: Müəllim əməyinin dəyərləndirilməsi xüsusi diqqət yetirilən məsələlərdəndir. Çəkdikləri zəhmətə verilən yüksək dəyər qarşılığında […]

Gənclərə vətənpərvərlik mövzusunda təlim keçilib

“Migəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı və müəssisənin fəal könüllüsü Türkan Qurbanovanın təşəbbüsü ilə və yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyə olunması məqsədilə təlim keçirilib. Müzakirə şəklində baş tutan təlimdə çıxış edən müəssisənin əməkdaşı Rəşad Qurbanov yeniyetmə və gənclərin vətənpərvər ruhda böyüməsi, onların milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində mütəmadi işlərin […]

Mingəçevirdə ekologiya günü

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı və  “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” layihəsi çərçivəsində noyabrın 25-də Mingəçevirdə ekologiya gününə həsr edilmiş ağacəkmə aksiyası keçirib. Məcburi Köçkünlərin İşləri üzrə […]

Günay Bəylərqızı səsi ilə Türkiyədə hər kəsi heyran qoydu – VİDEO

“O səs Türkiyə” mahnı yarışmasına qatılan Günay Bəylərqızı “Saçlarını yol gətir” mahnısı ilə yeni performans göstərib. Gənc müğənni hər dörd münsifi mahnının ilk sətrində döndürə bilib. Tamaşaçıların istəyi ilə mahnını təkrar oxuyan Günayın seçimini münsiflər həyacanla gözləyib, sonda müğənni Murad Bozu seçib. Mi-News həmin videonu oxucularına təqdim edir:

Bələdiyyələrin maliyyə resurslarına əlçatımlığı olmalıdır

Məqalə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində hazırlanıb. Bu gün qadın səlahiyyətlərinin artırılması seçkilərdə qadın namizədlərin çoxalması […]

Günəşli yaşayış massivində iki otaqlı yaşayış evi yandı

Mingəçevirdə yaşayış evi yanıb. Hadisə bu gün, noyabrın 24-də şəhərin Günəşli yaşayış massivində qeydə alınıb. Belə ki, həmin massivin 17-ci döngəsində yerləşən fərdi təsərrüfatda iki otaqlı yaşayış evi güclü yanğına məruz qalıb. Nəticədə iki otaqlı yaşayış evi  əşyaları ilə birgə yanıb. Köməkçi tikililər də güclü yanğının təsirindən yararsız hala  düşüb. FHN-nin hadisə yerinə gələn iki […]