Browsing yearly archive

2020

“Məcburi köçkün statusuna dair arayışın verilməsi” xidməti elektronlaşdırılıb

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə dövlət xidmətlərinin elektronlaşdırılması, dövlət informasiya ehtiyatlarının inteqrasiyası üzrə ardıcıl və məqsədyönlü iş aparılır. Nəticədə məmur-vətəndaş təması aradan qaldırılır, şəffaflıq mühiti yaradılır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ölkə rəhbərinin tələblərini yerinə yetirərək, vətəndaşların müraciətlərinə həssaslıq göstərir, müasir texnoloji yeniliklərdən istifadə etməklə bu sahədə işin daha da […]

Xəstəlik yaradan şirin sular

Qızmar yayda ən çox tələbat duyulan məhsul sudur. Yay günəşi yandıranda əhali susuzluqdan yanan ciyərini sərin su və sərinləşdirici içkilərlə söndürməyə çalışır. Çeşid-çeşid suları fərqinə varmadan içənlərin əksəriyyəti isə bu suların hansı fəsadlara yol açmasından bəlkə də xəbərsizdir… Dünyada pandemiyanın tüğyan etdiyi bir vaxtda  ölkədə su istehlakçılarının aldadılması prosesi baş alıb gedir. Küçələrdə satılan rəngli […]

QAC 120 ailəni sevindirdi

Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və  Qızıl Aypara Cəmiyyətinin xətti ilə şəhərdə 120 imkansız ailəyə – ailə vəziyyəti ağır olan, nənə-baba himayəsində yaşayan uşaqlara,  xəstələrə və digər kateqoriyadan olan şəxslərə  gigiyenik bağlama çatdırılıb. Eyni zamanda küçə və marketlərdə insanlara, xüsusən valideynlərə COVİD-19-a yoluxmamaq üçün məsləhətlər verilib və bukletlər paylanılıb.

Mingəçevir Dövlət Universiteti Litvanın Mikolas Romeris Universitetilə əməkdaşlıq edəcək

2020-ci ilin 30 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Litvanın Mikolas Romeris Universiteti (MRU) arasında əməkdaşlığın yaradılmasına dair görüş keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşdə MDU-nun rektoru Şahin Bayramov və MRU-nun rektoru İnga Zaleniene iştirak ediblər. Görüşü açan MDU-nun rektoru iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişafı sahəsində əldə olunmuş uğurlardan və […]

Mingəçevir Dövlət Universitetində “Məzun günü – 2020” tədbiri keçirilib

29 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Məzun günü – 2020” tədbiri keçirilib. “Zoom” platforması üzərindən online formatda keçirilən tədbirdə cari tədris ilində MDU-dan məzun olan tələbələr və magistrantlar, eləcə də valideynlər və universitetin əməkdaşları iştirak ediblər. “Məzun günü – 2020” tədbirində çıxış edən MDU-nun rektoru Şahin Bayramov 2019/2020-ci tədris ilində bakalavriat və magistratura səviyyələri […]

Yerli mingəcevirlilər ilk gündən kockunlərə dayaq olublar

Fizuli Əhmədov 1978-ci il dekabr ayının 9-da Ağdam rayonun Boyəhmədli kəndində anadan olub.  Dediyinə görə, atası Nəsir kişi uzun müddət sürücü işləyib, anası isə ibtidai sinif müəllimi olub. Onların hər ikisi dünyalarını dəyişib. 1993-cü ildə, 9-cu sinifdə oxuyanda Mingəçevirə pənah gətirib. 2002-ci ildə BDU-nin Şəki filialinin tarix fakültəsini bitirən həmsöhbətimiz deyir ki, hərbi xidmətdən sonra, […]

Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır

Müstəqillik əldə etdikdən sonra Azərbaycan həyatın hər sahəsində çətinliklərlə üz-üzə qalmışdı. Qonşu dövlətin daşnaksütun qüvvələri ölkəmizin Dağlıq Qarabağ  bölgəsinə və ətraf rayonlara dəfələrlə silahlı basqınlar etsə də əliyalın sakinlər, həmin ərazilərin qorunmasına yollanan biz müdafiəçilər onların cavablarlınlı yetərincə verə bilmirdik. Bu səbəbdən torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə yüzlərlə vətən övladları şəhid olmuş, əbədiyyətə qovuşmuşlar. Dönüb doxsanıncı […]

Dünya dövlətlərinin Azərbaycana böyük etimadı

Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləyir. Dövlətimizin başçısının  təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasıı keçiriləcək . Azərbaycan dünyanın  ən böyük dövlətləri ilə iqtisadi əməkdaşlıq edir. Uzun illərdir ki, Azərbaycan Prezidenti İlham Əliyev  dünya iqtisadi forumlarında, beynəlxalq tədbirlərdə, zirvə  görüşlərində,  […]

Qarabağ Əlilləri Cəmiyyətinin bir qrup üzvü bayram günü Şəhidlər Xiyabanına gəlib

İyunun 26-da Mingəçevirdə yaşayan Qarabağ qazilərinin və ictimaiyyət nümayəndələrinin bir qrupu Azərbaycan Silahlı Qüvvələrinin bayramı münasibətilə ulu öndərin abidəsi önünə gələrək, xatirəsini yad edib və Şəhidlər Xiyabanına gələrək, şəhid yoldaşlarının qəbirlərini və 20 Yanvar abidəsini ziyarət ediblər. Birinci qrup əlilliyi olan şəxs Əbülfət Babayev deyib ki, adətən ziyarətə daha çox gələnlər olacaqdı, sadəcə pandemiya ilə […]