Browsing yearly archive

2020

Salam, Azərbaycan əsgəri!

 Bu məktubu sizə yazıram, vətənini sevən, onu qorumağa hər zaman hazır olan əsgərlərimizə. 26 iyun- ordumuzun, yəni sizin gününüzdür! Əliniz tətikdə, gözünüz hər yerdə olsun, çünki düşmən hər yerdədir. Səninlə hər zaman qürur duyuram, vətən oğlu, əsgər qardaş! Lakin sizdən bir xahişim var,- ölməyə tələsməyin! Siz bu vətənə sağ-salamat, bilikli və biliyi ilə cürətli, ağlı […]

Prezident İlham Əliyev Mingəçevirə səfər edib

APA TV xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub. Daha sonra Prezidentin iştirakı ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra […]

İlham Əliyev Mingəçevirdə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Mingəçevir şəhərində səfərdə olub. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan […]

“Nağdsız Azərbaycan”a doğru

Azərbaycan vətəndaşı üzünü rəqəmsallaşma prosesinə tam çevirsə, 2025-ci ilədək cibimizi və sağlamlığımızı ağırlaşdıran pullardan canımız qurtaracaq   Ərzaq mağazaları və apteklərdə yerində xidmət niyə dayandırılmadı? Bu ilin mart ayından COVİD-19 virusunun bütün dünyada sürətlə yayılması Azərbaycanda da xüsusi karantin və icazə rejiminin tətbiq olunmasına gətirib çıxardı. Nazirlər Kabineti yanında Operativ Qərargah insanların bir-biri ilə ünsiyyətini […]

Su itkiləri ciddi problem yaradır

Cənab Prezident İlham Əliyev Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 15 aprel tarixli Sərəncam imzalamışdır. Sərəncama əsasən ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə komissiya yaradılmışdır. Azərbaycan Meliorasiya və Su […]

Dövlət qulluqçularına mükafatlar verilib

Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə iyunun 23-də DİİXİHİ Mingəçevir Şəhər Komitəsinin sədri Səbuhi Abbasov bir neçə təşkilat nümayəndəsini təbrik edib, onlara səmərəli fəaliyyətlərinə görə təmsil etdiyi qurum adından diplom və hədiyyələr təqdim edib. Mingəçevir şəhər Statistika idarəsinin rəisi Etibar Kərimov və idarə ilk həmkarlar təşkilat sədri Almaz Orucova, ƏSSM Məşğulluq Mərkəzi Mingəçevir şəhər şöbəsinin […]

15 yaşlı gənc traktorun altında qalıb

Bərdənin Yeni Daşkənd kəndi ərazisində 15 yaşlı Məmmədzadə Elnur Siyavuş oğlu traktorun altında qalıb. O, otlaq sahədə işləyən zaman  traktor üzərinə aşıb. E.Məmmədzadə yaxınlarının köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılarkən  yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Avropa İttifaqının dəstəyi Azərbaycana su ehtiyatlarına dair informasiyaya daha yaxşı çıxış əldə etməkdə yardımçı olacaqdır

Bugündən başlayaraq, Azərbaycandan və Avropa Ətraf mühit Agentliyindən olan su ekspertəri EkoPortalın idarə edilməsi üzrə online potensialın formalaşdırılması təlimi keçirəcəklər. Ətraf mühitə dair informasiyanın, o cümlədən su – planetimizdəki bütün həyat, ekosistemlər, cəmiyyət və iqtisadiyyat üçün vacib əhəmiyyəti olan resurs haqqında informasiyanın paylaşılması təlimin əsas diqqət mərkəzində dayanacaqdır. Bu potensialın formalaşdırılması təlimi Avropa İttifaqının yaşıl […]

Gecə saatlarında vanna otağında yanğın baş verib

Mingəçevirdə,  V.Abdullayev küçəsindəki 5 saylı ünvanda yanğın baş verib. Şəhər Ynağından Mühafizə Xidmətinin məlumatına görə, beş mərtəbəli binanın 4-cü mərtəbəsində, mənzilin vanna otağındakı    elektrik havalandırma pərində yaranan qısaqapanma yanğına səbəb olub. Hadisə yerinə cəlb olunan 3 yanğınsöndürmə briqadası vanna otağında alovu söndürərək, yanğının digər otaqlara keçməsinin qarşısını alıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Rəqəmsal Jurnalistikaya Doğru necə addımlayırıq?

İyunun 20-də jurnalistlərin qatıldığı vebinar təlimdə günün aktual mövzularına yer ayrıldı. INNOLAND-ın direktoru  Məmməd Kərim start-up nədir sualına cavab Verdi. O, Azərbaycanda bu sahədə hansı uğurlar əldə edildiyindən, kimlərin start-up-çı ola biləcəyindən, ideyadan start-up-a hansı addım və prosesləri keçməyin və start-up-ın uğurlu olması üçün nələrə əməletməyin  vacib olduğundan danışdı. EHİM-in Data Mühəndisliyi şöbəsinin rəhbəri Toğrul […]