Browsing yearly archive

2020

Bələdiyyə üzvləri yerli jurnalistlərlə görüşüb

Mingəçevir şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyev iyunun 19-da yerli media nümayəndələri ilə görüşüb. Sosial izolyasiyanı qorumaqla  keçən görüşdə bələdiyyə sədri qeyd edib ki, Mingəçevirdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunmasa da, Şəhər İcra Hakimiyyəti nəzdində yaradılmış işçi qrupun xəttilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi əməl olunur: “Şəhər Bələdiyyəsi də əhali arasında tibbi […]

“İcazələrin Alınması və Monitorinqi Sistemi” yenidən aktivləşdirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarı əsasında “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin fəaliyyəti yenidən aktivləşdirilib. “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” Azərbaycan Respublikasının Prezidenti yanında […]

Bu gün hər kəs evindən çıxmadan əksər işlərini görə bilər

İyunun 19-da jurnalistlər Elektron Hökumətin İnkişafı Mərkəzinin son illərdə həyata keçirdiyi uğurlu layihələrlə yaxından tanış ola biliblər. Onlara “ASAN ödəniş” və “ASAN Finans”,   “ASAN Viza”,   “e-agro”, “e-Satınalma”,   “e-Gov” və “ASAN Login”  barədə ətraflı bilgilər verilib. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanda hər kəsin hansısa dövlət kontoruna getmədən əksər işləri öz evindən-internet üzərindən həyata keçirməsi mümkündür. […]

2019-CU İLDƏ MİNGƏÇEVİR ŞƏHƏRİNDƏ ƏTRAF MÜHİTİN VƏZİYYƏTİ

Mingəçevir respublikanın sənaye mərkəzlərindən biri olmaqla bərabər həm də ən yaşıl və ekoloji cəhətdən təmiz şəhərlərindən biridir. Şəhərdə sənayenin əsasən elektroenergetika, kimya, yüngül, mədənçıxarma, maşınqayırma və başqa sahələri mövcuddur. Keçən əsrin 60-80-cı illərində xalq təsərrüfatının bütün sahələrinin durmadan inkişafı, o cümlədən bir çox sənaye müəssisələrinin tikilib istismara verilməsi nəticəsində istər-istəməz ətraf mühitin çirklənməsinə, zəhərlənməsinə gətirib […]

Mingəçevirdə yardım göstərmək adı ilə evə basqın edənlər saxlanıldı

Mingəçevirdə özünü yardım təşkilatlarından birinin üzvü kimi təqdim edən naməlum şəxsin şəhər ərazisindəki evlərin birinə  daxil olaraq ev sahiblərinə bıçaqla hədə-qorxu gəlməsi və kül alətlə qadına  xəsarət yetirib qaçması barədə məlumat vermişdik. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirildiyinə görə,  Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətməkdə şübhəli bilinən Bərdə rayon […]

Ermənistanın daxili ictimai-siyasi vəziyyəti dövləti iflasa aparır

Ermənistan işğalçı dövlətdir. İyirminci əsrin son onilliyi ərzində bu daşnaksütun dövlətin rəhbərliyi və azğınlaşmış daşnakları Azərbaycan torpaqlarında yüzlərlə terror, qətl, işğalçılıq əməlləri törətməıklə minlərlə günahsız  insanın ölümünə və yaxud da torpaqlarından məcburi qaçqın və köçkün olmasına şərait yaratmışlar. Bu dövlət başdan-başa yalanlarla dolu təbliğatları, dünya dövlətlərinə saxta məlumatlar yaymaqla özlərini aciz və işğala məruz qalan […]

2025-ci ilədək kağız daşıyıcılardan canımız qurtara bilər

“Əslində mənim saçlarım yanmışdı. Amma sonradan bu imicdə texnoloji xəbər aparıcısı kimi üzə çıxmalı oldum. Həm də adamlar məni Sofiyaya oxşadaraq deyirdilər ki, niyə də bizim öz Sofiyamız olmasın?!”         “Rəqəmsal Jurnalistikaya doğru” Proqramı üzrə bu gün keçirilən təlimdə ilk məruzəçi qismində çıxış edən  İTV-nin aparıcısı Vüsalə Səid jurnalistlərin suallarını cavablandırarkən belə deyib. O, televiziya xəbərlərinin […]

Mingəçevirdə yardım təşkilatlarından birinin nümayəndəsi kimi mənzilə daxil olan şəxs ev sahibinə xəsarət yetirib

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə səhər saatlarında M. Maqomayev küçəsi 81 ünvanında baş verib. Həmin binanın ikinci mərtəbəsindəki 22 saylı mənzilə daxil olan naməlum şəxs ev sahibi olan ahıl insanlara yardım məqsədilə gəldiyini deyib. Həmin şəxs ev sahiblərindən şəxsiyyət vəsiqələri istəyib, ardınca isə kişiyə bıçaq çıxarıb. Vəziyyətin qarət olduğunu anlayan xanımı  qışqıraraq kömək istəyib. […]

Öz yazımıza başqasının gözü ilə baxa bilsək…

Emin Musəvi: “Bu gün xəbəri qısa və hamının başa düşəcəyi formada yazmaq lazımdır”, “İxtisaslaşmış jurnalistika bütün dünyada prioritetdir”, “Siz kontektinizi daha maraqlı etsəniz, daha çox qazanarsınız. Məhdudiyyətlər barədə yox, imkanlar barədə danışın. Özünüzü və kontektinizi daha mükəmməl etməyə çalışın” Şəfəq Mehralıyeva: “Qısa yazmaq çox bacarıq tələb edir”, “Vikipediyada yazı üslubu rəqəmsal jurnalistika üçün yaxşı nümunədir”, […]

Mingəçevir su anbarında suyun səviyyəsi 2,4 m enib

APA-nın Mingəçevir bürosunun məlumatına görə, ötən il bu hədd 73.36 metr idisə, hazırda 71.32 metr təşkil edir. Anbarda azalma davamlı olaraq müşahidə olunur. Təkcə dünən gün ərzində anbarın ümumi su səviyyəsi 3 sm-dək azalıb. Bu durum mənbəyini su anlarından alan Yuxarı Şirvan Kanalı kollektivini qənaət rejimi tətbiq etməyə sövq edib. Kanalın baş mühəndisi Əliqulu Abbasovun […]