Browsing yearly archive

2020

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək

2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcəkdir. İmtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari ilin 16 iyul tarixinədək hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunacaqdır. Virtual […]

Mingəçevir Dövlət Universiteti: martın 17-dən mayın 31-dək 710 “videodərs” keçirilib

Mayın 31-də Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestri üçün sonuncu dərsləri keçirilib. Universitetin rektoru Şahin Bayramov karantin rejimi dövründə tədris prosesi barədə İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibəsində bildirib ki, qlobal pandemiya ilə hamılıqla mübarizə aparıldığı ötən müddətdə qarşıya qoyulan əsas vəzifə tədris prosesində davamlılığın təmin edilməsindən ibarət idi: “Fikrimizcə, MDU ailəsinin bütün üzvlərinin […]

Goranboyun dağ kəndlərinə dolu yağıb

Təbiət hadisəsi Goranboy rayonunun Todan,  Mənəşli kəndlərinə ciddi ziyan vurub. İri buz parçaları Todan kəndində taxıl, kartof və meyvə bağlarını yararsız hala salıb. Kənd sakinləri bildirdiklərinə görə, əvvəl yağış, ardından dolu yağıb. Dolu qısa müddətli olduğundan evlərin dam örtüklərinə ziyan vurmayıb. Hazırda rayon ərazisində yağmurlu hava müşahidə edilməkdədi.

“Little Free Library” artıq Naftalanda

Əsasən Avropa və Amerika qitələrində müxtəlif yaş ateqoriyalarında böyük oxucu kütləsi qazanmış “Little Free Library” artıq Naftalan şəhər əhalisinin və turistlərin ixtiyarına verilib. Kitabxana www.littlefreelibrary.org Kitabxanalar reyistrinə düşərək unikal #100833 nişanı altında fəaliyyət göstərəcək. Məqsəd əhalinin kitaba marağını artırmaqdır. Mini kitabxana pulsuz fəaliyyət göstərir və günün istənilən saatında hər kəs üçün açıqdır. Kiçik kitabxanada Azərbaycan […]

Dilənçilər repetitor yanında olan uşaqların ayaqqablarını oğurlayıb

Mingəçevirdə bu gün səhər saatlarında M.Maqomayev küçəsində 5 mərtəbəli binanın beşinci mərtəbəsində yuxarı sinif  şagirdlərinin ayaqqabıları oğurlanıb. Onlar qapıda ayaqqabılarını soyunduqdan sonra repetitorun mənzilinə daxil olublar və məşğələ bitdikdən sonra evə getmək istəyəndə ayaqqabılarını tapmayıblar. Qonşuların dediyinə görə, bir az əvvəl bir neçə dilənçi həmin binaya dilənmək üçün gəlib və qapıları döyüb. Səsə -küyə çıxan […]

STP Qazaxıstana Alüminium profil ixrac etməyə başlayıb

Sumqayıt Texnologiyalar Parkı (STP) Qazaxıstanın Almatı şəhərinə ilkin olaraq 20 ton məhsul göndərib. Əməkdaşlıq çərçivəsində imzalanan müqavilə mütəmadi satışı nəzərdə tutur.  STP fəaliyyəti ərzində Qazaxıstana bir sıra ixrac əməliyyatlarını reallaşdırsa da, bu alüminium profillərin həmin ölkəyə ilk ixracıdır. Azərbaycan istehsalı alüminium profillərin Qazaxıstan bazarında satışlarının zamanla artacağı gözlənilir. Texnopark ötən ay Qazaxıstanla yanaşı Misir, Türkiyə […]

İlan və əqrəb sancmalarından necə qorunmalı?

Özünüzü ilan sancmasından necə qoruya bilərsiniz? Meşəyə  gedərkən  əyninizə  uzun şalvar, qalın dəri və rezin materialdan olan uzunboğaz çəkmə geyinin. İlan bu materialları dişləyə bilmir. Rast gəldiyiniz yuva, hündür otluq və aşmış ağaclardan uzaq durun. Yolunuzu açmaq üçün əlinizi sıx otluğa salmayın, bu məqsədlə əl ağacından istifadə edin. Qaya parçası və ya ağac kötüyünün üzərinə […]

Özünüzü təhlükəyə atmayın

Məlum olduğu kimi, çətin, ekstremal situasiya ilə insan təkcə vəhşi təbiət ortamında deyil, eyni zamanda sivil həyatda-məişətdə, iş yerində, küçədə və s.  kimi yerlərdə də qarşılaşa bilir. Hər birimiz günün müəyyən saatlarını küçədə keçiririk. Yaşından asılı olmayaraq hər kəs küçədə çətin situasiyalarla qarşılaşa bilər. Bu səbəbdən diqqətli və ayıq-sayıq olmaq lazımdır. Məsələn, son dövrlər yolda […]

Dövlət Rəmzləri Muzeyi qapılarını açmaq ərəfəsindədir

Bir müddətdir ki, Mingəçevirdə M.Mirzəyev adına “Dostluq” parkında yenidənqurma  işləri aparılır. Özündə dövlət atributlarını əks etdirəcək Dövlət Rəmzləri Muzeyi və 200 nəfərlik örtülü səhnə parkın ən görməli yerində inşa olunub. Muzeyin fasadı və daxili ən müasir üslubda dizayn edilib, milli dəyərlərimizə uyğun formalaşdırılıb. Şəhər İcra Hakimiyyətindən aldığımız məlumata görə, daxili imkanlar hesabına tikilən muzeyin tikintisi […]

Vahid Əhmədov Zakir Həsənovu tənqid etdi

Deputat Vahid Əhmədov parlamentin dünən keçirilən iclasında Müdafiə naziri Zakir Həsənovu və Baş Qərargah rəisi Nəcməddin Sadıqovu tənqid edib. APA TV-nin məlumatına görə, deputat çıxışında Zakir Həsənov və Nəcməddin Sadıqovun Azərbaycan dilini təmiz bilmədiyini bildirib: “Bilirsiniz ki, yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Dünən Zakir Həsənovun brifinqinə qulaq asdım. Ona Şuşadakı […]