Browsing yearly archive

2020

İcra başçısı builki bayramda da uşaqları yaddan çıxarmadı

Ötən il Uşaqların Beynəlxalq Müdafiə günü Mingəçevir Dövlət Dram Teatrında yüksək səviyyədə qeyd edilsə də, bu il pandemiya ilə əlaqədar tədbiri keçirmək mümkün olmayıb. Lakin Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov uşaqları yaddan çıxarmayıb. Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhər rəhbəri uşaqlara ən xoş, səmimi arzularını bildirib. Başçı vurğulayıb ki, şəhərdə fəaliyyət göstərən İnternat […]

Üç bağçada istilik sistemi yenidən qurulub

Uzun illər bağçalarda istilik sisteminin olmaması narahatlıq doğurur, uşaqların sağlam inkişafına mənfi təsir göstərirdi. Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, icra başçısı İlham İsmayılov məsələni şəxsi nəzarətinə götürüb. Məlumatda deyilir ki, qısa müddətdə 4, 11 və 14 saylı bağçalarda istilik sistemi əsaslı şəkildə yenidən qurulub. 1, 2, 3 və 21  saylı bağçaların bir neçə otağında […]

Nizami Mustafayev indidən sonra sərbəst hərəkət edə biləcək

Mingəçevirin  Səməd Vurğun küçəsindəki 6 saylı evin 6-cı mənzilində yaşayan Mustafayevlər   ailəsi çətin durumda yaşayır. Ailə başçısı Nizami Mustafayev isə yataq xəstəsidir, birinci qrup əlilliyi olan şəxsdir. Belə vəziyyətdə ona uzun illər qulluq göstərən xanımı çox əzab əziyyət çəkirdi. Ramazan bayramı münasibəti ilə ailəyə ərzaq yardımı olunub, dünən isə  İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun təşəbbüsü […]

Goranboy rayonunda 5 nəfərdə koronovirusa yolxuma aşkarlanıb

Goranboyda 2256 nəfərdən koronovirusla bağlı test nümünəsi götürülüb. Onlardan 5-nin nəticəsi pozitiv çıxıb. Goranboy rayon İcra Hakimiyyətinin əməkdaşı Murov Həsənovun bildirdiyinə görə, karantin xəstəxanası elan edilən Goranboy Rayon Mərkəzi xəstəxanasına bu günə qədər müxtəlif bölgələrdən 408 xəstə gətirilib. Yoxluxma hallarının qarşının alınması üçün rayon ərazisində dizinfeksiya işləri,  həmçinin sakinlərlə marifləndirci söhbətlər aparılır.

“Tarixin müstəqillik nöqtəsi”

“Tarixin müstəqillik nöqtəsi” adlı forum “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə baş tutub. 28 May Respublika Gününə həsr olunan forumu Mingəçevir Gənclər Evinin əməkdaşı Samrin Xanlayev açıb, tədbir iştirakçılarına Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı məlumat verib. Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli İstiqlaliyyət bəyannaməsindən, ilk demokratik […]

Goranboyda çay evində müştərini it dişləyib

Goranboy şəhərinin çay evlərindən birində ovçarka cinsli it müştərilərdən birinə hücum edib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, it müştərinin əl-ayaq nahiyəsinə xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona lazımi tibbi yardım göstərilib.

Qızıl Aypara Cəmiyyəti Mingəçevirdə 35 ailəni sevindirdi

Azərbaycan Qızıl Aypara Cəmiyyəti  (AzQAÇ) Mingəçevirdə 35 imkansız ailəyə ərzaq və gigyenik dəstlərdən ibarət yardım bağlamaları paylayıb. Öz ənənəsinə sadiq qalaraq, hər il  olduğu kimi, bu il də  müqəddəs Ramazan bayramı münasibəti ilə cəmiyyətin üzvləri ailə vəziyyəti ağır durumda olan, nənə himayəsində yaşayan uşaqları və xəstələri, digər kateqoriyadan olan imkansız ailələri sevindirib, onlara can sağlığı, […]

Azyaşlı uşaqlar tut yeyərkən kişi meyiti aşkarlayıbar

Mingəçevirin H.Əliyev prospektindəki Yeni köçkün qəsəbəsində, 4 saylı binada  yaşayan Vüqar Nəbiyevin meytini  tut yeyən azyaşlı uşaqlar  aşkarlayıblar. Hadisə may ayının 26-da axşam 18 radələrində şəhər avtovağzalının həyətindəki köhnə tikilinin yaxınlığında baş verib. Ağdam rayonundan məcburi köçkün olan 3 uşaq atasının 44 yaşı vardı. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar. Hələ ki, hadisənin necə törənməsinin […]

Goranboyda daha çox Qafqaz gürzəsinə rast gəlinir

İsti iqlimi ilə seçilən Goranboyda ötən ilə nisbətən bu il ilan dişləməsi azalıb. Goranboy Rayon Xəstəxanasından verilən məlumata görə, ötən il rayon ərazisində 20-dən artıq sakini ilan sancıb. Onlar arasında vəziyyəti ağır olanlar da olub. Yay fəslində ilan vurma halları artdığından zərərçəkənlərə  zəhər əlehinə zərdabların vurulması vacibdir. Bəs xəstəxanalarda zərdablar varmı? Goranboy rayon xəstəxanasının həkimi […]