Browsing yearly archive

2020

Könüllülər koronavirus infeksiyasına qarşı mübarizədə hökumətə kömək etdilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın  çağırışlarına  cavab olaraq ölkəmizdə fəaliyyət göstərən  könüllü təşkilatları və hərəkatları  tərəfindən yaradılan  Azərbaycan Könüllüləri Əlaqələndirmə Mərkəzi fəaliyyətini uğurla davam etdirir. İlk olaraq Çində  yayılan , sonra isə dünyanın bir çox ölkələrində  insanların həyatı üçün böyük təhlükə mənbəyinə çevrilən  koronavirus infeksiyasının qarşısının alınması üçün Azərbaycanda […]

Mingəçevirdə iş adamının evinə basqın edilib

Mingəçevirdə oğurluq üçün evə soxulan şəxslər ev sahiblərinə ağır xəsarət yetiriblər. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında Puşkin küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evində baş verib. Evə oğurluq məqsədilə girən qarətçilər 1952-ci il təvəllüdlü ev sahibi Məhəmməd Allahverdiyevə və 1960-cı il təvəllüdlü Rəna Allahverdiyevaya dəmir alətlərlə ağır xəsarət yetirib. Hər iki yaralı […]

“Azərbaycanı tərəqqiyə aparan dahi şəxsiyyət” – Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun “Azərbaycan” qəzetində yazısı dərc olunub

Azərbaycanı tərəqqiyə aparan dahi şəxsiyyət “Azərbaycan” qəzeti, 13 may 2020-ci il Müasir dövrdə Azərbaycan dayanıqlı inkişaf edən və qlobal miqyasda davamlı olaraq nüfuzunu artıran bir dövlətdir. Müstəqilliyinin ilk illərində suveren dövlət kimi yox olmaq təhlükəsi ilə üzləşmiş Azərbaycanın qısa tarixi zaman kəsiyində hərtərəfli inkişafa nail olması bir çox hallarda böyük təəccüblə qarşılanır. Danılmaz həqiqətdir ki, […]

Mingəçevir Dövlət Universiteti 40 ali təhsil müəssisəsi arasında 7-ci olub

Mektebgushesi.az internet portalı tərəfindən “Mövcud durumda hansı universitet distant təhsil sınağından uğurla çıxır” mövzusunda keçirilən sorğunun nəticələri açıqlanıb. Ölkəmizin 40 ali təhsil müəssisəsini əhatə edən sorğuda 25662 şəxs iştirak edib. Portal tərəfindən açıqlanan yekun siyahıda Mingəçevir Dövlət Universiteti (MDU) 7-ci sırada qərarlaşıb. Mövcud tələbə və müəllim sayı da nəzərə alınmaqla, əldə olunan nəticə karantin şəraitində […]

Ölkə ərazisində karantinlə bağlı qadağalar götürülür. Lakin bəzi sahələrin fəaliyyətində məhdudiyyət qalır

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi məlumata görə, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, […]

Mingəçevirdə 2020-ci ilin birinci rübündə əmtəə bazarının vəziyyəti

01 aprel 2020-ci il vəziyyətinə şəhərdə ticarət fəaliyyəti ilə məşğul olan 42 hüquqi şəxs və seçmə müşahidəyə düşən 172 fiziki şəxs hesbata cəlb olunmuşdur. Həmin tarixə şəhərdə 4 ədəd bazar və yarmarka fəaliyyət göstərmişdir ki, onlarda da ticarət yerlərinin sayı 1153 vahiddir. 2020-ci ilin yanvar-mart ayları ərzində şəhər üzrə pərakəndə ticarət dövriyyəsi faktiki qiymətlərlə 95156,2 […]

Mingəçevirin 01 yanvar 2020-ci il vəziyyətinə dövlət qulluqçuları

Respublikanın sənaye mərkəzlərindən bir olan Mingəçevirdə dövlət qulluğuna aid olan 11 idarə və təşkilat fəaliyyət göstərir. 2020-ci il yanvar ayının 1-nə dövlət qulluğuna aid olan idarə və təşkilatlarda 245 nəfər ştat cədvəli üzrə dövlət qulluqçusu vəzifəsi təsdiq olunduğu halda faktiki olaraq dövlət qulluğu vəzifələrində çalışan işçilərin sayı 228 nəfərdir. Dövlət qulluğunda çalışan işçilərin 127 nəfər […]

Fürsətçilərə qanunun dili ilə cavab verilməlidir

Müstəqil Azərbaycan ötən illər ərzində böyük inkişaf yolu keçib.  Müstəqilliyin ilk illərində böhran və xaosla üz üzə qalan ölkəmiz həyatın hər sahəsində inkişaf yolunda inamla irəliləyir. Ölkəmizin Prezidenti İlham Əliyevin rəhbərliryi ilə böyük infrastruktur layihələr həyata keçirilir.  2018-ci ildə başlanmış və dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institsional və kadr islahatları 2019-cu ilin sonlarına […]

Qarşılıqlı dəstəklə birgə mübarizə

Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunub.  2016-cı ildə Venesuelada kçirilən zirvə görüşündə 2019-2020-ci illər üzrə  sədrlik Azərbaycana həvalə edilib. Bu barədə qəbul olunan yekdil qərara  Azərbaycana olan etimadın bariz nümunəsidir.  Qeyd edək ki, BMT Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında 120 dövlət təmsil olunur. 2020-ci il, […]

Vergi idarələrinə onlayn növbə götürməklə gəlmək olar

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayıb. Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat […]