Browsing yearly archive

2020

STP yeni təcrübə proqramına başlayıb

Sumqayıt Texnologiyalar Parkı gənc və perspektivli insanlar üçün ilkin təcrübə tələb etməyən ödənişli təcrübə proqramını həyata keçirdir. “Sənin Təcrübə Proqramın” adlanan layihə 18-30 yaşlı gənclərin ixtisas/peşə biliklərinin artırılması və bacarıqlarının iş sahəsində inkişaf etdirilməsi məqsədini daşıyır. Layihə  iştirakçılara peşə yolunda ilk təcrübələrinin Azərbaycanın istehsal sənayesinin qabaqcıl şirkətlərindən birində əldə etməyə imkan yaradır. Bundan savayı, fəaliyyəti […]

Mingəçevir Dövlət Universitetində COVID-19 infeksiyası ilə mübarizə sahəsində maarifləndirmə və dezinfiksiya tədbirləri davam etdirilir

Mingəçevir Dövlət Universitetində (MDU) koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində həm professor-müəllim və tələbə heyəti arasında maarifləndirmə tədbirləri, həm də tədris korpuslarında tibbi-profilaktik və dezinfeksiya işləri davam etdirilir. 2020-ci ilin 4 may tarixindən etibarən respublikanın bir sıra regionları ilə bərabər Mingəçevir şəhərində də xüsusi karantin rejiminin bir qədər yumşaldılmasına baxmayaraq, MDU tərəfindən kollektiv üzvləri arasında […]

Mingəçevir Dövlət Universitetinin İspaniyada təhsil alan tələbələri ilə görüş keçirilib

2020-ci ilin 12 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Erasmus+ proqramı çərçivəsində hazırda İspaniya Krallığının Valladolid Universitetində təhsil alan MDU tələbələri Aidə Qurbanova, Zaur Məmmədov və Ülvi Aşurovla görüşüb. Online formatda keçirilən görüşdə Ş.Bayramov qlobal pandemiya dövründə İspaniyada təhsil alan tələbələrin tədris prosesində iştirakı, onların gündəlik yaşayış durumu və Valladolid şəhərindəki mövcud karantin vəziyyəti […]

Gənclər “Ulu öndər-əbədiyaşar tarix” mövzusunda bir araya gəldilər

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan “Ulu öndər-əbədiyaşar tarix” mövzusunda onlayn konfrans keçirilib. Konfransa hər iki qurumun əməkdaşları  və gənclər qatılıblar. Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov Heydər Əliyevin həyat və fəaliyyətindən, sağlam düşüncəli gənclərin yetişməsinə verdiyi töhfələrdən […]

Baba Əliyevin Qafqazdan Yuqoslaviyayadək uzanan döyüş yolu

99 yaşlı Baba Əliyev keçmiş SSRİ-nin 223-cü divizyasında Qafqazdan Yuqoslaviyayadək döyüş yolu keçib. Bu gün də o, doğmalarının – oğlu, gəlini, nəvə nəticələrinin yanında özünü çox gümrah hiss edir. İkinci dünya müharibəsindən uzun illər ötdükcə bu müharibə iştirakçılarının da sıraları seyrəlir. Bir vaxtlar Mingəçevirdə onların sayı 800 nəfər idi, hazırda isə cəmi ikisi sağdır. Dünyanın […]

Fikrət Hüseynov: “Lenin ordeninin Heydər Əliyev yaxama özü taxıb”

“Azərbaycan tarixinin 35 illik bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər ərzində o, Azərbaycanı tarixin çətin sınaqlarından çıxarıb, müstəqil ölkəmizin etibarlı bünövrəsini yaradıb. Bu  böyük insanın ömür yolu və siyasi fəaliyyəti haqqında cildlər yazılıb, dəyərli filmlər çəkilib. Təkcə Azərbaycanda deyil, dünya siyası arenasındakı fəaliyyəti, planetar miqyasdakı nüfuzu hər bir azərbaycanlının fəxr mənbəyinə çevrilib. […]

Mingəçevir Dövlət Universitetində qiyabi təhsil forması üzrə online dərslərə start verilir

Mingəçevir Dövlət Universitetində (MDU) qiyabi şöbə üzrə 2019/2020-ci tədris ilinin yaz semestrinə 2020-ci ilin 11 may tarixindən start verilir. Bütün ixtisaslar və kurslar üzrə dərslər müvafiq tədris planları əsasında online formatda həyata keçiriləcək. Qiyabi şöbədə təhsil alan bütün tələbələrin “Microsoft Teams” platformasında qeydiyyatı təmin olunub. Qiyabi şöbənin bütün qrupları üzrə dərs cədvəlləri MDU-nun rəsmi saytında […]

Turnirdə 22 idmançı İsveçrə sistemi üzrə görüşüb

Mingəçevir şəhər Gənclər və İdman İdarəsi və Uşaq Gənclər İdman Şahmat Məktəbi mayın 8-də H.Əliyevin anadan olmasının 97-ci ildönümünü yeniyetmə və gənclər arasında onlayn şahmat turniri keçirməklə qeyd ediblər. Turnirdə 22 idmançı İsveçrə sistemi üzrə görüşüb. Yekunda Nihad Əhmədli 1-ci, İlknur Əhmədov 2-ci və Nərmin Süleymanlı 3-cü yerlərə layiq görülüblər. Mahir ƏLİYEV, Mingəçevir Gənclər və […]

Mingəçevirdə polis əməkdaşları şəhər sakinlərinə tibbi maskalar payladılar

Mingəçevir  Şəhər Polis Şöbəsinin əməkdaşları koronavirus (COVİD-19) pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısını alınması istiqamətində tədbirləri davam etdirirlər. Onlar pandemiyadan əziyyət çəkən vətəndaşlara maddi yardımların verilməsi ilə bağlı yerli idarə və bankların önündə yarana biləcək sıxlığı nəzərə alaraq, bu ərazilərə nəzarət edir, həmçinin vətəndaşlara tibbi maskalar paylayaraq, sosial məsafəni qorumağı  tövsiyə ediblər. Polis əməkdaşları maska taxmadan […]

Qarabağın mayı…

Uzaq düşdük həyatımızdan, aid olduqlarımızdan, bizə doğmalaşan hər kəsdən, hər şeydən. Bəyənib bəyənmədiklərimizdən, ağlayıb güldüklərimizdən, çox uzaq düşdük. Uzaq düşdünsə gözləyəcəksən, gecə də, gündüz də, günlər illərə keçər, illərin də ki, sayını itirərsən. Yol gedənindir, deyiblər, amma ümidsiz yollar da gözləyənin olurmuş. Baxarsan yollara, illərdir gedə bilmədiyin və kimsənin də gəlmədiyi, sadəcə, gümanın gələn o […]