Browsing yearly archive

2020

Mingəçevir Dövlət Universitetində “HEYDƏR ƏLİYEV: dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans keçirilib

2020-ci il 7 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan “HEYDƏR ƏLİYEV: dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans keçirilib. MDU-nun təşkilatçılığı, Mingəçevir şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının tərəfdaşlığı ilə keçirilən konfrans virtual formatda təşkil olunub. Konfrans iştirakçılarını […]

Bizi bağışlama, Şuşa!

Daha adını da tutmağa haqqımız yoxdur. Bir vaxtlar, dünyanın düz vaxtında – ISA BULAĞINDAN su içib sinəndə – CIDIR DÜZÜNDƏ süfrə açdığımız anları xatırlayanda xəcalətdən başımızı soxmağa yer tapmırıq. Özümüzə nifrət etməkdən savayı, əlimizdən heç nə gəlmir; burnumuzdan gəlsin ağuşunda kəsdiyimiz duz-çörək ki, itirdik onu, kişiliyimiz çatmadı sənə sipər olmağa. “TACLI GƏLIN” sayırdıq səni. 200 […]

Ağaclar aşdı, maşınların hərəkəti çətinləşdi

Hava şəraitinin dəyişməsi Mingəçevirdə bəzi fəsadlar törədib. APA TV-nin yerli bürosunun məlumatına görə, yağışla müşayiət olunan qısamüddətli güclü külək nəticəsində şəhərin müxtəlif ünvanlarında, o cümlədən Vaqif və Müslim Maqomayev küçələrində irigövdəli ağaclar kökündən qopub, bəzi ağaclar qırılaraq təhlükəli vəziyyətə düşüb. Hadisə zamanı aşan ağaclar küçələrdə avtomobillərin hərəkətində müəyyən çətinlik yaratsa da xəsarət alan olmayıb. Təbiət […]

Aşan ağac vaxtında ərazidən götürüldü

Gecə saatlarında Mingəçevirin M.Maqomayev küçəsində kökündən qopub avtomobil yolu tərəfə aşa biləcək irigövdəli cinar ağacı həmin ərazidən gəlib-gedən insanlar və nəqliyyat vasitələri üçün təhlükə yaradırdı. Hadisəni gördüyüm üçün dərhal aidiyyatı qurumlara xəbərdarlıq etdim. Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları hadisə yerinə gələrək, aşan ağacı ərazidən götürüblər. Böyük bir təhlükənin qarşısı xatasız-bəlasız alınıb.

Mingəçevir Dövlət Universitetinin tələbələri və əməkdaşları ulu öndər Heydər Əliyev haqqında videoçarx hazırlayıblar

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) fəal tələbələri və gənc əməkdaşları tərəfindən videoçarx hazırlanıb. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayacaq! Videoçarxın hazırlanmasında əməyi olan MDU tələbələrinə və əməkdaşlarına təşəkkür edirik. Videoçarx http://mdu.edu.az/index.php/az/khaebaerlaer/773-minzh-evir-d-vl-t-universitetinin-t-l-b-l-ri-v-m-kda-lar-ulu-nd-r-heyd-r-liyev-hazhzh-nda-video-arkh-haz-rlay-blar

Mingəçevir Dövlət Universitetinin komandası Azərbaycan və Türkiyə universitetləri arasında “Virtual Hackathon–2020” müsabiqəsində uğurla iştirak edib

Bakı, 5 may, AZƏRTAC Koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Azərbaycan və Türkiyə universitetləri arasında keçirilən “Virtual Hackathon–2020” müsabiqəsi başa çatıb. “Biz birlikdə güclüyük” adlı müsabiqə Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin OSTİM Texniki Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innoland” İnkubasiya və […]

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

2020-ci ilin 04 may tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Ş.Bayramov qlobal pandemiya ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən sistemli tədbirlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən atılan qətiyyətli addımlar barədə […]

Avropa İttifaqı Azərbaycanda 1-ci virtual mədəniyyət Festivalını həyata keçirəcək

Avropa inteqrasiyası tarixinin bir parçası olan “Şuman Bəyannaməsi”nin 70 illik yubileyi münasibətilə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ Üzv Dövlətlərinin Səfirlikləri ilə birlikdə ilk dəfə rəqəmsal formatda keçiriləcək. Koronavirus (COVID-19) səbəbindən Aİ Nümayəndəliyi ənənəvi 4-cü IMAGINE Avro Tolerantlıq Festivalını ənənəvi formatında keçirə bilməyəcək, lakin əvəzində müxtəlif mədəniyyət tədbirlərini Azərbaycan evlərinə gətirən virtual formatda Festival keçirməyə […]

Zərdabda layihənin başına kimlər daş saldı?

Bu gün Zərdab şəhərinin ən ciddi problemi bu şəhərin kanalizasiya sisteminin olmaması, çirkab sularının küçələrə axıdılmasıdır ki, buna görə də əksər sakinlər, o cümlədən mənim yaşadığım binanın sakinləri də problemlə bağlı tez-tez müxtəlif qurumlara şikayət ünvanlayırlar. Bu insanların əksəriyyəti bilmir ki, Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında 2009-2011-ci illərdə “Zərdab şəhərinin su təchizatının […]

Böyüklər çayxanalarda, uşaqlar həyətlərdə

Mayın 4-də Mingəçevir İcra Hakimiyyəti başçısı yanında Oprerativ Qərargahın iclası keçirilib. Kommunal təsərrüfatı idarələrinin rəhbərləri gün ərzində şəhərdə görülən işlərlə bağlı məlumat veriblər. Qeyd olunub ki, tərəvəzçilik sovxozu, bağlar və vaqonlar yaşayış massivlərində, tingçilik ərazisində, eyni zamanda sahibkar obyektlərində dezinfeksiya işləri aparılıb.   Gün ərzində Mərkəzi Xəstəxana ahəngdar iş rejimində çalışıb və ölüm hadisəsi baş verməyib. […]