Browsing yearly archive

2020

Bina və qurğuların ildirımdan mühafizəsi

Binaların, qurğuların və sənaye kommunikasiyalarının ildırımdan mühafizə qurğularının quraşdırılması üzrə təlimat mövcuddur. Bu təlimat binaların, qurğuların və sənaye kommunikasiyalarının layihələndirilməsi, tikintisi, istismarı, həmçinin yenidən qurulması zamanı istifadə üçün nəzərdə tutulub. Binaların, qurğuların və sənaye kommunikasiyalarının ildırımdan mühafizə qurğularının quraşdırılması üzrə təlimat idarə tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün növlərdə olan binalara, qurğulara və sənaye […]

“Yaşıl Nöqtə” layihəsinin təlimlərinə start verilib.

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində keçirilən təlimdə layihə rəhbəri Ruziyyə Mustafabəyli iştirakçılara layihənin məqsəd və vəzifələri barədə məlumat verib. Sağlam ətraf mühit ideyasının təbliğ olunması, yeniyetmə və gənclərin ekoloji maarifləndirilməsinin vacibliyi ilə bağlı fikirlərini bölüşən layihə rəhbəri yeniyetmə və gənclərin ətraf mühitin mühafizəsində iştirakının artırılması, fasiləsiz ekoloji təhsilin təmin olunmasının əsas məqsədləri olduğunu qeyd […]

Mingəçevirdə ötən il tikilən bələdiyyə bazarı niyə istifadəsiz qalıb?

Ötən ilin noyabr ayının 21-də Mingəçevir Bələdiyyəsi Energetiklər qəsəbəsinin 25 minlik əhalisi üçün bazar tikib, istifadəyə verdi. Adı da Bələdiyyə bazarı adlandırıldı. Bazar bələdiyyə büdcəsinə ayrılan 171 min manat subvensiya hesabına tikilib. Bu gün ümumi ərazisi 280 kv.m olan bazar istifadəsiz qalıb. Qəsəbə sakinləri bildirir ki, bazar qəsəbədə tikiləndə çox sevindik. Təəssüflər olsun bazarın su […]

Xədicə Rüstəmova: “İlk başda ailə həyatım çox gözəl idi”

70 yaşlı Mingəçevir sakini Xədicə Rüstəmova həyatında yaranan çətinlikləri belə dilə gətirdi: “Mən Yevlax rayonunun Xaldan kəndində anadan olmuşam. Biz iki uşaq olmuşuq. Məndən böyük bacım vardı. Anam üçüncü usağı dünyaya gətirərkən uşaq da anam da dünyasını dəyişdi. Mənim bu zaman bir yaşım vardı. Bizi nənəmiz böyüdüb. Mən Xaldan məktəbində oxumuşam. O zamanlar məktəb on […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində təlimdə iştirak ediblər

Əsas benefisiarı Azərbaycan Respublikasının Təhsil Nazirliyi olan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində 11 fevral 2020-ci il tarixində “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzində müasir doktorantura təhsil proqramlarının formalaşdırılması üçün “Təlimçilərin təlimi” adlı görüş keçirilib. Görüşdə “Akademik kurs proqramı və E-öyrənmə” tərtibatçısı, “Öyrədənlərin öyrədəni” xanım […]

İndoneziyanın Azərbaycandakı səfiri Mingəçevir Dövlət Universitetində olub

Cari ilin 21 fevral tarixində İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı föqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani Mingəçevir şəhərinə səfəri çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) olub. Qonaqla görüşən MDU-nun rektoru Şahin Bayramov universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri, tədrisin və elmi fəaliyyətin məzmununun təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər və sürətlə dəyişən əmək bazarının tələblərinə əsaslanan strateji […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşı “InCites platforması ilə iş” mövzusunda təlimdə iştirak edib

Azərbaycan Respublikasının Təhsi İnstitutunda “InCites platforması ilə iş” mövzusunda təlim keçirilib. Təlimdə “Clarivate Analytics” şirkətinin Rusiya və MDB üzrə təhsil proqramları direktoru Valentin Bogorov ali təhsil müəssisələrinin elmi aktivliyi və tədqiqat nəticələrinin izlənilməsi və müqayisə edilməsi, effektiv elmi əməkdaşlıq layihələrinin müəyyən olunması, strateji əməkdaşlıqların inkişaf etdirilməsi və s. ilə bağlı yuxarıda qeyd olunmuş platformanın yaratdığı […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşı Təhsil İnstitutunda tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Təhsi İnstitutunda “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində COST Fəaliyyəti (COST (Elm və Texnologiya sahəsində Avropa Əməkdaşlığı) təşkilatının maliyyə dəstəyi ilə tədqiqat şəbəkələrinin yaradılması)  ilə bağlı tədbir keçirilib. Tədbir ali təhsil sistemində elmi tədqiqatın inkişafı və beynəlmiləşməsi, elmi tədqiqat prosesində innovasiyaların tətbiqi və sahibkarlıq mühitinin təşviqi, eləcə də […]

Icra başçısı hesabat verdi

İctimaiyyətin marağını nəzərə aıaraq, Icra Hakimiyyəti başçısının illik hesabatını dərc edirik. Hörmətli qonaqlar! Hörmətli Şura üzvləri və müşavirə iştirakçıları! Bu il yanvar ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilmişdir. İclasda ölkənin 2019-cu ildə sosial-iqtisadi inkişafına yekun vurulmuş və 2020-ci ildə qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur. Dövlət başçısı […]

Mingəçevir Dövlət Universitetinin aliminin Almaniyada monoqrafiyası nəşr olunub

Mingəçevir Dövlət Universitetinin “Riyaziyyat” kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru İsmayılova Məlahət Fərrux qızının Almaniyanın “LAP LAMBERT Academic Publishing” nəşriyyatında çap olunmuş “Dörd tərtibli xüsusi törəməli operator-diferensial tənliklərin həll olunmasının tədqiqi” adlı monoqrafiyası işıq üzü görüb. Monoqrafiya abstrakt Hilbert fəzasında dörd tərtibli xüsusi törəməli operator-diferensial tənliklərin həll olunma nəzəriyyəsinə həsr olunmuşdur. Operator-diferensial tənliklərin həll olunma […]