Browsing yearly archive

2020

Mingəçevir Dövlət Universitetinin tələbəsi Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alır

  Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi 2019/2020-ci tədris ilinin yaz semestrində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil almağa başlayıb. Tələbə mübadiləsi iki universitet arasında 2019-cu ilin 01 noyabr tarixində imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində baş tutub. Mübadilədə iştirak üçün tələbə seçimi zamanı yüksək akademik nailiyyətlər, MDU-nun ictimai həyatında fəal iştirak və digər bu kimi meyarlar əsas […]

Mingəçevir Dövlət Universitetinin tələbələri Bakı Dövlət Universitetində təhsil alacaqlar

Mingəçevir Dövlət Universitetinin (MDU) iki tələbəsi 2019/2020-ci tədris ilinin yaz semestrində Bakı Dövlət Universitetində (BDU) təhsil almağa başlayıb. Tələbə mübadiləsi iki universitet arasında 2019-cu ilin 30 sentyabr tarixində imzalanmış əməkdaşlıq haqqında protokol sayəsində mümkün olub. Mübadilədə iştirak üçün tələbə seçimi zamanı yüksək akademik nailiyyətlər, MDU-nun ictimai həyatında fəal iştirak və digər bu kimi meyarlar əsas […]

“Öz Biznesinə Başla və Təkmilləşdir”

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə Avropa İttifaqı və qismən BMT İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən, Data HUB MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri tərəfindən icra olunan “Qadınların Səsinin Aşkarlanması” təşəbbüsü çərçivəsində “Öz Biznesinə Başla və Təkmilləşdir” Proqramının təlimləri keçirilib. Təlim zamanı qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, qadın məşğulluğunun və tələb olunan bilik və […]

Mingəçevir Dövlət Universitetində Erasmus+ EQAC layihəsi çərçivəsində pilot ixtisas üzrə təqdimat keçirilib

“Azərbaycan Universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ EQAC layihəsinin əsas məqsədlərindən biri də tədrisin keyfiyyətinin yüksəldilməsi və Avropa standartlarına uyğunlaşdırılmasıdır. Bu səbəbdən təlim nəticələrinə əsaslanan proqramların və yeni tədris metodlarının tətbiqi zəruri xarakter daşımaqdadır. Bakı Biznes Universitetinin koordinatorluğu və Mingəçevir Dövlət Universitetinin də tərəfdaş olduğu həmin layihənin planına uyğun olaraq müasir […]

Mingəçevir Dövlət Universitetinin tələbələri Erasmus+ proqramı çərçivəsində İspaniyada təhsil alacaqlar

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində İspaniya Krallığının Vallodolid Unversitetində təhsil almaq hüququ qazanmış tələbələrlə görüşüb. Hazırda beynəlxalq tələbə və müəllim mübadiləsinin xüsusi önəm daşığıdığını vurğulayan Ş.Bayramov MDU-da xarici universitetlərlə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirildiyini bildirib. Ş.Bayramov 2019/2020-ci tədris ilinin yaz semestrində İspaniyada akademik mübadilədə iştirak edəcək Zaur Məmmədovu, Aidə […]

Dəm qazı təhlükəsi

Havaların soyuması nəticəsində əhali mənzillər isti olsun deyə qapı və pəncərələri bağlı saxlayırlar. Bu isə qaz cihazlarının istismarı zamanı tüstü bacalarının normal işləmədiyi binalarda əhali arasında dəm qazından zəhərlənmə hallarının baş verməsinə səbəb olur. Dəm qazından zəhərlənmənin əsas səbəbləri bunlardır: – suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması (duş qəbul edən şəxsi nəzarətdə […]

Başçı tapşırıq verib ki, ailə başçısına ixtisasına uyğun iş tapmaqda köməklik göstərilsin

Fevralın 12-də Gənclər Evində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ətraf ərazidə yaşayan sakinlərlə səyyar görüş keçirib. O, ölkədə, o cümlədən şəhərdə aparılan yeniliklərdən bəhs edib: “Biz bu il ötən ilə nisbətən iki dəfə çox işlər icra etməyi nəzərdə tutmuşuq”. Görüş iştirakçıları görülən işlərdən  məmnun olduqlarını bildiriblər. 4 saylı məktəbin müəllimi Sahibə Rəsulova deyib […]

Zibilxanaların, kol-kosun yandırılmasının qarşısı alınmalıdır

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə hardasa zibilliklərin, kol-kosun yanması ilə bağlı hər gün məlumat daxil olur. Yaşayış evlərində, iri ticarət müəssisələrində, zavodlarda və digər böyük obyektlərdə baş verən yanğınlar insanları həyəcanlandırdığı halda,  zibilliklərin, kol-kosun yanması çoxlarına əhəmiyyətsiz görünür. Əslində isə hər bir yanğın fövqəladə hadisədir. Yanğının böyüyü, kiçiyi yoxdur. Çünki çox vaxt böyük yanğınlar […]

Uşaqların fövqəladə hallara hazır olması valideyn məsuliyyətidir

Məlumdur ki, hər zaman hər yerdə hər birimiz təhlükəli bir vəziyyətlə qarşılaşa bilərik.  Müstəqil qərar qəbul etmək və ya özünü müdafiə etmək  qabiliyyəti hələ tam formalaşmayan uşaqların belə təhlükələrlə rastlaşa biləcəyi ehtimalı valideynləri həmişə narahat edir. Bu səbəbdən kiçik yaşlardan belə uşaqları  bəzi elementar təhlükəsizlik qaydaları barədə məlumatlandırmaq lazımdır. Təhlükəli vəziyyətlərdən biri uşağınızın küçədə nəzarətsiz […]

Seçici, hardasan?

49 saylı dairədə Biz fevralın 9-da gün ərzində 49 saylı Yevlax-Mingəçevir seçki dairəsinin 3 məntəqəsinə baş çəkdik. Səhər radələrində 34 saylı məntəqədə olduq. Komissiyasının sədri Zahid Məmmədov bildirdi ki, siyahı üzrə 1345 seçici qeydə alınıb, onlardan 6-sı ilk dəfə səs verir, 53 nəfəri 70 yaşdan yuxarıdır: “Səhər fəallıq var idi, amma günortaya yaxın səsverməyə gələnlər […]