Browsing yearly archive

2020

Mingəçevir Dövlət Universitetinin tələbə və müəllimləri Mingəçevir YTP-də təlimdə iştirak edib

Mingəçevir Yüksək Texnologiyalar Parkında “Simbioz” Texnoloji Biznes İnkubatorun ilk təlimi keçirilib. Mingəçevir Dövlət Universitetinin tələbə və müəllimlərinin iştirak etdiyi təlim Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin Startaplara Dəstək və Akselerasiya Departamentinin layihələr üzrə koordinatoru Zaur Ünsizadə və baş mütəxəssis Camal Ağayev tərəfindən keçirilib. Tədbiri açan “Simbioz” Texnoloji Biznes İnkubatorun koordinatoru […]

Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib. İclası açan rektor Şahin Bayramov gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. İclasda MDU-nun magistratura səviyyəsində tədrisin təkmilləşdirilməsi haqqında, eləcə də MDU-da bakalavr və magistrlərin karyera inkişafının təmin edilməsi vəziyyəti və təcrübələrin təşkili haqqında məsələlər geniş müzakirə edilib. Gündəlikdə olan məsələlərlə bağlı müvafiq olaraq Elmi işlər […]

29 il qabaqkı səfərini yada salan başçı Hindistanın iş adamlarını Mingəçevirdə görmək istəyir

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov fevralın 6-da Hindistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavnanı qəbul edib. Görüşdə ölkələrimiz arasında iqtisadiyyat, ticarət, təhsil və turizm sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. İ.İsmayılov Mingəçevirin potensial imkanları barədə səfirə məlumat verib. O, bildirib ki, Mingəçevir şəhər statusunu 1948-ci ildə alıb, amma buna […]

2020/2021-ci tədris ili üçün DİN-in Polis Akademiyasında “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə əyani təhsilə kursantların qəbuluna dair elan

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə əyani təhsilə 25 kursantın qəbulu üçün müsabiqə elan edir. Müsabiqədə – Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış […]

2020/2021-ci tədris ili üçün DİN-in Polis Akademiyasında “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsilə kursantların qəbuluna dair elan

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan              Polis Akademiyasında “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil üzrə 175 kursantın qəbulu üçün müsabiqə elan edir. Müsabiqədə – Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm (qızlar üçün 160 sm), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və […]

Xətai küçəsinin sakinləri narahatlıq doğuran məsələləri başçının diqqətinə çatdırdılar

Fevralın 5-də Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov 14 saylı məktəbin iclas zalında məhəllə sakinləri ilə görüşüb. 14 saylı məktəbin müəllimi Zülfiyyə Məmmədova deyib ki, Aydın Məmmədov küçəsinin bəzi hissələrində səki salınmadığından məktəbə gələn şagirdlər nəqliyyat yolu ilə getməli olurlar. Fikrət İsmayılov yaşadığı Ş.İ.Xətai küçəsindəki 8 saylı binanın zirzəmisinin ilboyu kanalizasiya suları ilə dolmasından, […]

Əfqanıstanda həlak olanların xatirəsinə nərd yarışı keçirilib

Fevralın 5-də Əfqanıstan Veteranlar Birliyi Mingəçevir şöbəsi şəhər Bələdiyyəsinin binasında Əfqanıstanda həlak olan yoldaşlarrının xatirəsinə nərd yarışı keçirib. Açılış mərasimində şöbənin sədri Elşən İbrahimli, Şəhər İcra Hakimiyyətinin 1 saylı ərazi üzrə nümayəndəsi Rizvan Mikayıllı, Mingəçevir Bələdiyyəsinin qulluqçusu Zahid Qasımlı, Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Prezidenti Səbuhi Abbasov, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, idmançı Mehman […]

Qurban Yetirmişli hesab edir ki, Mingəçevir indi Azərbaycan üçün ən təhlükəli zonadır

Bu ilin yanvar ayı ərzində Azərbaycanda və onun ətraf bölgələrində 550-560 zəlzələ baş verib. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli “2020-ci il Elazığ və Malatya zəlzələləri: tektonik və geodinamik analiz” mövzusunda keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, ölkə ərazisində hər gün təkanlar qeydə alınır. Q.Yetirmişli əlavə edib […]

Mingəçevir Bələdiyyəsinin 2020-ci il üzrə büdcə proqnozu

2020-ci il üzrə gəlir və xərclər GƏLİRLƏR manatla AZN Ümumi gəlirlər 484700 Vergilərdədaxilolmalar 124000 TORPAQ VERGİSİ 15000 ƏMLAK VERGİSİ 30000 MAL VƏ XİDMƏTLƏRƏ GÖRƏ VERGİLƏR 79000 SPESIFIK XIDMƏTLƏRƏ GÖRƏ ÖDƏNIŞLƏR 9000 AÇIQ MƏKANDA REKLAMIN YAYIMI ÜÇÜN ÖDƏNIŞLƏR 2000 KURORT, MEHMANXANA, AVTOMOBIL DAYANACAQLARI ÜÇÜN ÖDƏNIŞLƏR VƏ QANUNLA MÜƏYYƏN EDILƏN DIGƏR YERLI ÖDƏNIŞLƏR 7000 MƏDƏN VERGİSİ 70000 YERLİ ƏHƏMİYYƏTLİ TİKİNTİ […]