Browsing yearly archive

2021

Mingəçevir Dövlət Universiteti “Tələbə Mediası” layihəsində uğurla təmsil olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində İqtisadi və Sosial İnkişaf Mərkəzi, Beynəlxalq Media və Mədəni Mübadilə İnstitutunun təşkilatçılığı və Almaniya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Tələbə Mediası” layihəsində uğurla iştirak ediblər. Layihə çərçivəsində oktyabrın 15-dən 17-dək MDU-nun tələbələri üçün media sahəsində düzgün mövzu seçimi, onlayn və oflayn araşdırma, sorğu […]

Dəm qazı həyatımızı əlimizdən ala bilir

Son zamanlar qaz cihazlarının istismarı zamanı insanlar arasında dəm qazından zəhərlənmə halları qeydə alınmaqdadır. Müəyyən olunub ki, bu halların əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verir. Dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda baş verir. Mənzillərdə isə dəm […]

Mingəçevir Dövlət Universiteti və “Azərbaycan İES” arasında əməkdaşlıq çərçivəsində təlim-təcrübə proqramına start verilib

22 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və “Azərbaycan İES” MMC arasında əməkdaşlıq çərçivəsində universitetin Mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulan iki həftəlik təlim-təcrübə proqramına start verilib. Seçim mərhələsindən uğurla keçərək proqramda iştirak hüququ qazanmış 16 tələbə “Azərbaycan İES” də təlimlərə qatılıblar. Proqrama uyğun olaraq, tələbələr noyabrın 22-dən dekabrın 6-dək “Azərbaycan İES” MMC-nin […]

Mingəçevir Dövlət Universitetində bilik yarışı keçirilib

20 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçlığı ilə Mingəçevir Gənclər Evində “Dirçəliş” adlı bilik yarışı keçirilib. “Nə? Harada? Nə zaman?” intellektual oyunu formatında təşkil olunan bilik yarışında universitetin tələbə və gənc əməkdaşlarından ibarət 9 komandası mübarizə aparıb. Müxtəlif sahələrə aid məntiqi və dünyagörüşü […]

Türkiyəli beynəlxalq təlimçilər Mingəçevir Dövlət Universitetində olublar

19 noyabr 2021-ci il tarixində türkiyəli beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan Mingəçevir Dövlət Universitetində (MDU) olublar. Qonaqları salamlayan MDU-nun rektoru Şahin Bayramov qardaş ölkədən gələn beynəlxalq təlimçilərin universiteti ziyarət etmələrindən məmnunluğunu ifadə edib. İki ölkə arasındakı qardaşlıq münasibətlərinin ali təhsilin inkişafına əhəmiyyətli töhfələr verdiyini qeyd edən rektor MDU-nun tərəfdaş olduğu Türkiyə universitetləri […]

Mingəçevir Dövlət Universitetinin nümayəndələri YAP-ın yaranmasının 29-cu ildönümü münasibətilə keçirilən tədbirdə fəal iştirak edib

Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu  ildönümü münasibətilə YAP Mingəçevir şəhər təşkilatı ağac əkmə kompaniyası keçirib. Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmaylov, YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, partiyanın fəalları ictimaiyyət nümayəndələri, mətbuat təmsilçiləri iştirak edib. Kompaniyaya Mingəçevir Dövlət Universitetinin fəalları da qoşulub. Kampaniya çərçivəsində Heydər Əliyev prospekti və Samux küçələrində baş tutan ağacəkmə aksiyasında […]

Tələbələr öz mediasını yaratdı

2021-ci ilin sentyabr ayında Mingəçevir, Gəncə və Lənkəran gənclərinin iştirakilə   start götürən “Tələbələr öz mediasını yaradır” layihəsi noyabrın 21-də studentmedia.az platformasında dünya auditoriyasına çıxdı. “Tələbə mediası layihəsi ilk mərhələsi 3 bölgədə media vərdişləri və onlayn jurnalistika barədə ənənəvi təlimlərlə başladı. Tələbələr oktyabrın 11-dən 13-dək Gəncə, 15-dən 17-dək Mingəçevir, 19-dan 21-dək Lənkəranda nəzəri və praktiki məşğələlər […]

Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti mühazirə keçirilib

2021-ci ilin 19 noyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində “Ustad dərsləri” layihəsi üzrə növbəti mühazirə keçirilib. Mühazirədə hər iki universitetin professor-müəllim heyəti üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirəyə MDU-nun rektorunun müşaviri Hamiz Mahmudov moderatorluq edib. BDU-nun “İqtisadiyyat” […]

Mingəçevir Dövlət Universitetində “Məişət zorakılığı və ona qarşı mübarizə” mövzusunda seminar keçirilib

2021-ci ilin 18 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”na həsr olunmuş “Məişət zorakılığı və ona qarşı mübarizə” mövzusunda elmi-praktik seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda universitetin akademik heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər. Seminarda giriş sözü […]

Mingəçevir Dövlət Universitetində doktorantlar və gənc tədqiqatçılarla görüş keçirilib

18 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) doktorantlar və gənc tədqiqatçılarla görüş keçirilib. Görüşdə MDU-nun rektoru Şahin Bayramov son dövrdə strateji hədəflərə uyğun olaraq universitetin modernləşməsi istiqamətində həyata keçirilən tədbirlərdən və qarşıda duran fəaliyyətlərdən bəhs edib. Tədqiqat universitetinə çevrilməyin əsas strateji məqsədlərdən biri olduğunu vurğulayan rektor ölkənin və regionun inkişafına töhfə məqsədilə elmi […]