Browsing yearly archive

2021

Mingəçevir Dövlət Universitetinin mini-futbol komandası şəhər turnirinin qalibi olub

2021-ci ilin 16-18 noyabr tarixlərində YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçlığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünə həsr olunmuş ali və orta ixtisas məktəb tələbələri arasında mini-futbol üzrə şəhər turniri keçirilib. Diqqətə çatdırılıb ki, turnir gənclərin azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinə istiqamətləndirilməsi və […]

Mingəçevir Dövlət Universitetində növbəti tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb

2021-ci ilin 19 noyabr tarixində Mingəçevir Dövlət Universitetində növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfeksiya işləri auditoriya və laboratoriyaları, inzibati otaqları, dəhlizləri, həyətyanı əraziləri, idman zalını, kitabxananı və sanitar qovşaqları əhatə edib. Azərbaycan Respublikası Nazirlər kabinetinin müvafiq qərarlarının icrası çərçivəsində mütəmadi olaraq həyata keçirilən dezinfeksiya tədbirləri […]

Mingəçevir Dövlət Universiteti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıyaq” adlı təqdimat keçirilib

19 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi (TVİM) və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə şəhid məzunların əziz xatirəsinə həsr olunan “Qəhrəmanlarımızı tanıyaq” adlı təqdimat mərasimi keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən təqdimatda hər iki universitetin akademik və inzibati heyət üzvləri, […]

Mingəçevir Dövlət Universiteti “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında uğurla təmsil olunub

12 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında uğurla təmsil olunub. Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ölkənin 48 ali təhsil ocağı arasında keçirilən bilik yarışında MDU komandası 11-ci yerdə qərarlaşıb. Diqqətə çatdırılıb ki, bilik yarışı […]

Mingəçevir Dövlət Universitetində “Biznes Marafonu” təlimləri keçirilib

2021-ci ilin 13-17 noyabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü, “Careerland” təhsil mərkəzinin dəstəyi və “Dadaşsoy” Biznes Məktəbinin təşkilatçılığı ilə “Biznes marafonu” layihəsi çərçivəsində təlimlər keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan təlimlərdə universitetin tələbə və magistrantları iştirak ediblər. Diqqətə çatdırılıb ki, təlimlər tələbələrdə biznes psixologiyasının formalaşdırılması, bacarıqların üzə çıxarılması […]

Mingəçevir Dövlət Universitetində İKT təlimlərinə start verilib

Mingəçevir Dövlət Universitetində İnformasiya texnologiyaları kafedrasının nəzdində fəaliyyət göstərən Tələbə Elmi Dərnəyinin təşəbbüsü ilə İKT təlim kurslarına start verilib. Universitetin akademik və inzibati heyət üzvlərinin, tələbələrin və magistrantların İKT üzrə bilik və bacarıqlarının artırılması məqsədilə onlayn və ənənəvi formatlarda təşkil olunan təlim kurslarının müntəzəm olaraq cari tədris ilinin payız və yaz semestrlərində keçirilməsi nəzərdə tutulub. […]

Şəhid Elmin Əlizadə torpağa tapşırıldı

Dövlət sərhədinin Kəlbəcər istiqamətində erməni təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı 2 gün əvvəl həlak olan Azərbaycan Ordusunun əsgəri Əlizadə Elmin Samir oğlu noyabrın 18-də Mingəçevirdə dəfn edilib. “Unikal”ın məlumatına görə, Elmin Əlizadə Mingəçevir şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhidin tabutu üzərinə sərilən bayraq onun atasına verilib. Dəfn mərasimi hərbi orkestrin müşaiyəti ilə keçirilib, şəhidin xatirəsinə […]

Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə “Sözün sehri” adlı layihə hazırlanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə elan olunan “Nizami ili” çərçivəsində  Mədəniyyət Nazirliyinin Ağdaş Regional Mədəniyyət İdarəsi, ARB, ARB Günəş və ELTV ilə birgə “Sözün sehri” adlı müştərək layihə hazırlayıb. Layihə Nizaminin əsərləri əsasında 14 yaş və daha böyük yaş kateqoriyasından olan şəxslərin iştirakı nəzərdə tutulan qəzəl müsabiqəsindən ibarətdir. Ağdaş […]

Quba-Xaçmaz və Gəncə-Qazax regionlarının fermerləri, gözünüz aydın!

“Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi Azərbaycan üçün yeni model, 5 illik strategiya və pilot regionlarda bu xidmətlərin təminatı üzrə 3 illik plan hazırlanır.  Layihəni Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı həyata keçirir. Bu haqda Aİ-nın Azərbaycan Nümayəndəliyindən qəzetimizə məlumat verilib. Layihəyə cəlb edilmiş beynəlxalq ekspert Kiaran Qannon qarşıdakı 6 ayda […]

Polis rəisi şagirdləri zərərli vərdişlərdən uzaq olmağa çağırdı

Mingəçevir Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev noyabrın 16-da şəhərdəki 4 saylı orta məktəbdə şagirdlərlə görüşüb, onları narkomaniya və digər zərərli vərdişlərdən uzaq olmağa çağırıb Ə.Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi, psixatrop və güclü təsiredici maddələrin insan sağlamlığına vurduğu fəsadlar barədə danışıb və bildirib: “Narkomaniya qarşı mübarizəyə hamılıqla qoşulmalıyıq ki, bu bəlanın qarşısını alaq”. “Maarifləndirmə […]