Browsing yearly archive

2021

Mingəçevir Dövlət Universitetində Anım Günü qeyd olunub

27 sentyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Anım Günü qeyd edilib. Anım Günü çərçivəsində MDU-da Mingəçevir Şəhidlər Xiyabanına ziyarət, elmi-praktiki konfrans, onlayn mühazirələr və ağacəkmə aksiyası təşkil edilib. İlk növbədə, Şəhidlər Xiyabanını ziyarət edən universitetin bir qrup tələbə və müəllim kollektivi üzvü ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın […]

Vətən üçün oğul böyüdənlər Mingəçevir Turizm Kollecində

Mingəçevir Turizm Kollecinin kollektivi şəhid valideynləri və İkinci Qarabağ müharibəsi qaziləri ilə birgə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda edən, erməni işğalçıları ilə döyüşlərdə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəlib, onların məzarları üzərinə tər qərənfillər düzüblər. Bundan sonra mərasim kollecin akt zalında davam edib. Dövlət Himnimizin ifasından […]

Şəhidlər xalqımızın qürur mənbəyidir

Sentyabrın 27-də ikinci Qarabağ müharibəsinin başlandığı gündən 1 il ötdü. Bu münasibətlə Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində  keçirilən Anım Günündə müharibədə həyatını itirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd olunub ki, mərasim Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncama əsasən qeyd edilir. Tədbirin […]

Mingəçevirdə izdihamlı anım günü

Mingəçevir Şəhidlər Xiyabanı sentyabrın 27-də izdihamlı Anım gününü yaşadı. Ümumşəhər mərasimində şəhidlərin ruhuna dualar oxunduqdan sonra onların canı və qanı bahasına,  qazilərimizin şücaəti sayəsində qazanılan qələbədən danışıldı. Bildirildi ki, bu gün Mingəçevir Şəhidlər Xiyabanında uyuyan igidlərimizin 51-i ikinci Qarabağ döyüşlərində ucalığın zirvəsinə qalxan oğullarımızdır. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, “N” saylı hərbi hissənin […]

“Abral Academy” mingəçevirlilərə qapılarını açdı

Sentyabrın 25-də Heydər Əliyev prospektindəki 36 saylı ünvanda yerləşən “Abral Academy”nın açılış mərasimi keçirildi. Açılışda akademiyanın tələbə və müəllim heyəti, çox sayda qonaqlar və şəhid Yusif Məmmədovun ailəsi də iştirak etdi. “Abral Academy”nın təsisçisi və direktoru Tural Abdurahimov 2008-ci ildən xaricdə Azərbaycanı təmsil edir. O, Türkiyə, İngiltərə və Amerikada təhsil alıb. Bir müddət Amerikanın MiT […]

Şəhid ailələrinin yaşadıqları məhəllələrdə sərv ağacları əklidi

2021-ci il sentyabrın 25-də Mingəçevirdə şəhidlərimizin xatirəsinə ağackmə aksiyası keçirilib. Şəhid valideynlərinin iştirakilə dörd  şəhidin yaşamış olduğu məhəllədə və Mingəçevir yüksək Texnologiyalar Parkının  arxasındakı ərazidə ağac əkmə prosesinə yerli İcra Hakimiyyətinin, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin, digər dövlət qurumlarının nümayəndələri və YAP Gənclər  Birliyinin könüllüləri qatılıblar. İH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin […]

Türkiyənin Qazi Universitetinin tanınmış professoru Mingəçevir Dövlət Universitetində fəaliyyətə başlayıb

Türkiyə Respublkasının qabaqcıl ali təhsil müəssisələrindən biri olan Qazi Universitetinin elektrik-elektronika mühəndisliyi və informasiya təhlükəsizliyi sahələri üzrə tanınmış alimi Ercan Nurcan Yılmaz 2021-ci ilin sentyabr ayından etibarən Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində professor vəzifəsində elmi-pedaqoji fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq, 2021-ci ilin 24 sentyabr tarixində MDU-nun rektoru Şahin Bayramov professor E.N.Yılmazla görüş keçirib. Görüşdə […]

Mingəçevir Dövlət Universitetində fəal tələbələrlə görüş keçirilib

2021-ci ilin 21 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin başlanması ilə əlaqədər universitetin bir qrup fəal tələbəsi ilə görüş keçirilib. Görüşdə sentyabrın 29-dan etibarən respublikamızın ali təhsil müəssisələrində ənənəvi tədrisə başlanılacağını qeyd edən MDU-nun rektoru Şahin Bayramov bu münasibətlə universitetdə təhsil alan bütün tələbə və magistrantları təbrik edib. Müzəffər Ali Baş Komandanımızın […]

Mingəçevirdə sahibsiz it Kəlbəcər sakininə hücum edib

Mingəçevirdə məcburi köçkünlərin bir qisminin müvəqqəti məskunlaşdığı Dəmir-beton məmulatları zavodunun ərazisində 62 yaşlı kişi sahibsiz itin hücumuna məruz qalıb. APA_nın Mingəçevir bürosunun məlumatına görə, sahibsiz it 1959-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Bəşirov İslam Bəşir oğluna ağır xəsarətlər yetirib. İ.Bəşirov hər iki qollarından, ayaq, diz və topuq nahiyələrinin çoxsaylı kəsilmiş yaralarla xəstəxanaya çatdırılıb. Yaralıya ilkin […]

Mingəçevir Şəhidlər Muzeyi yenidən qurulacaq

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1995-ci ildə Şəhidlər xiyabanı xatirə kompleksində inşa olunmuş muzey mövcud tələblərə cavab vermir. Ona görə də 198 kvadratmetrlik binada nümayiş etdirilən 1809 eksponatın sərgilənməsi və qorunması üçün texniki imkanlar məhduddur. Muzeydə havalandırma sistemi yoxdur, işıqlandırma tələblərdən aşağı səviyyədədir. Şərait olmadığından 44 günlük Vətən müharibəsi iştirakçısı olmuş 51 mingəçevirli şəhidin doğmalarından […]