Browsing yearly archive

2021

Mingəçevir Dövlət Universitetində qocaman müəllimlərlə görüş keçirilib

2021-ci ilin 21 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin başlanması ilə əlaqədər universitetin qocaman professor və müəllim heyəti üzvləri ilə görüş keçirilib. Görüşdə yeni tədris ilinin başlanması münasibətilə təbriklərini çatdıran MDU-nun rektoru Şahin Bayramov çoxşaxəli universitet həyatında nailiyyətlərin əldə edilməsində, gənc pedaqoji kadrların inkişafında qocaman və təcrübəli akademik heyət üzvlərinin mühüm rolundan […]

Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşının növbəti məqaləsi nüfuzlu elmi jurnalda dərc olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) Riyaziyyat kafedrasının müəllimi Səriyə Allahverdiyevanın həmmüəlliflə birgə yazdığı növbəti elmi məqalə Hindistanda nəşr olunan “Advances In Differential Equations And Control Processes” jurnalının 2021-ci il, 24-cü cild, 2-ci buraxılışında dərc edilib. MDU əməkdaşının “Dördüncü dərəcəli psevdoparabolik tənlik üçün zamana görə qeyri-lokal olan tərs sərhəd məsələsi haqqında” (ingilis dilində: “On an inverse boundary […]

Mingəçevir Dövlət Universitetində yeni tədris ilinə hazırlıqla bağlı iclas keçirilib

2021-ci ilin 20 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinə hazırlığın vəziyyəti ilə bağlı iclas keçirilib. İclasda universitetin inzibati və akademik heyət üzvləri iştirak ediblər. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, cari ilin 29 sentyabr tarixindən etibarən ali təhsil müəssisələrində ənənəvi tədrisə başlanılmasından […]

Tələbələr öz mediasını yaradır-TƏLİMƏ DƏVƏT

Əziz tələbələr! Şərq Tərəfdaşlığı Layihəsi çərçivəsində İqtisadi və Sosial İnkişaf Mərkəzi (Centre for Economic and Social Development) və  Beynəlxalq Media və Mədəni Mübadilə İnstitutunun (İDEM) təşkilatçılığı və Almaniya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Mingəçevir Dövlət Universitetində “Tələbə Mediası” adlı layihə həyata keçiriləcək. Tələbələri düşündürən mövzuların mediada daha yaxşı əks olunmasına maraqlısınızsa, məqalə yazmaq, fotoreportaj […]

Mingəçevir sakini “Azərlotereya” ASC-nin “Şans ulduzu” ani lotereyasında 10.000 manat qazandı

Uzun illərdir lotereya alan və tez-tez irili-xırdalı uduşlara sahib olan Mingəçevir sakini Mirzəyev Alıyar Sərdar oğlu 10.000 manat qazanıb. Bu haqda “Azərlotereya” ASC-nin nümayəndəsi Seymur Teymurov  qəzetimizə məlumat verib. O, özünü şanslı insan hesab edən A.Mirzəyevin fikirlərini də çatdırıb: “Bundan öncə də iri məbləğdə pul udmuşdum, 5.000 manat qazanmışdım. Bu dəfə isə bəxt üzümə güldü […]

Goranboy rayonunun Məşədiqaralar kəndində sahibsiz it 29 yaşlı gəncin cinsiyyət üzvünü dişləyib

APA_TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Məşədiqaralar kəndində baş verib.  Belə ki, sahibsiz it 1992 – ci il təvəllüdlü kənd sakini Qarayev Toğrul Qiyas oğlunun cinsiyyət orqanını dişləyiəyərək ona ciddi xəsarət yetirib.  Yaralı xəstəxanaya yerləşdirilib. Zərərçəkənin yaxınlarının dediyinə görə, Toğrul Qarayev kəndin mərkəzindən evə gedərkən sahibsiz it ona hücum edib. Kənd sakinləri bildirir […]

Mingəçevirdə idarəetməni itirən avtomobil aşıb

Mingəçevirin yeni köçkün şəhərciyinin önündən keçən yolda avtomobil qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hərəkətdə olan “VAZ 2199” markalı maşının önünə anidən azyaşlının çıxması sürücünün idarəetməni itirməsinə səbəb olub. Sürücü piyadanı vurmamaq üçün manevr edərək avtomobilin istiqamətini dəyişməyə məxbur olub. Bu zaman avtomobil yol qırağındakı maneələrə və ağaclara çırpılaraq aşıb. Sürücü və maşında […]

Mingəçevir su anbarında balıq ovuna nəzarət artırılıb

Mingəşevir su anbarında və Kür çayı hövzəsində mövsümün ilk günündən etibarən yalnız 5 balıqçı briqadasının balıq ovuna icazə verllib, qaydalara əməl etməyən ovçular isə məsuliyyətə cəlb olunub. APA-nın Mingəçevir bürosuna bu barədə açıqlama verən 8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Su hövzələrində bioloji resurslara nəzarət qrupunun məsləhətçi müfəttişi Natiq Mustafayev bildirib. Onun sözlərinə […]

Mingəçevir Dövlət Universitetinin Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinə kitablar hədiyyə edilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinə (TVİM) “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən vətənpərvərlik və tarixi Zəfər mövzusunda, qəhrəman zabit və əsgərlərimizə həsr olunan 38 kitab və 4 sənədli filmin video diskləri hədiyyə edilib. Hədiyyələr 2021-ci ilin 14 sentyabr tarixində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun […]

Mingəçevir Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı layihə uğurla davam etdirilir

Mingəçevir Dövlət Universiteti (MDU), ABŞ-ın Azərbaycandakı Səfirliyi və “Resource Hub”-ın birgə tərəfdaşlığı ilə təşkil edilən “Bu gün hərəkət et, sabah dəyiş” adlı ingilis dilinin tədrisi layihəsi çərçivəsində 2021-ci ilin 15 sentyabr tarixindən etibarən tələbələr üçün nəzərdə tutulmuş təlimlərə start verilib. Bundan əvvəl, sentyabrın 9-da MDU-da layihədə iştirak edəcək tələbələrlə görüş keçirilib. Görüşdə “Resource Hub” platformasının […]