Browsing yearly archive

2021

Bu ilin sentyabr ayından 7 saylı məktəbdə peşə təhsilli sinif də olacaq

Mingəçevirdəki R.Mirabov adına 7 saylı tam orta məktəbdə bu ildən aşpaz köməkçisi və İT üzrə peşələr də tədris ediləcək. Məktəbin direktoru Anar İsmayılovun dediyinə görə, məqsəd şagirdləri orta təhsil bazasında peşə təhsilinə və əmək bazarına hazırlamaqdır: “20-22 şagirddən ibarət  bir sinif fəaliyyət göstərəcək. Onlar həftənin iki günü peşə təlimlərinə, 3 günü isə ümumtəhsil fənlərinə cəlb […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılış mərasimində iştirak ediblər

2021-ci ilin 10 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və müəllim kollektivi üzvü universitetin 44 günlük Vətən Müharibəsində şəhid olan məzunu Nəcəfli Oruc Rövşən oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışında iştirak ediblər. Şəhidin ailə üzvləri, döyüş yoldaşları və qazilərin, universitetin kollektiv üzvləri və şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi açılış mərasimində MDU-nun qəhrəman məzununun […]

Mingəçevirdə yanğından 3 maşın zərər görüb

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Samux küçəsində yerləşən avtomobil təmiri sexində baş verib. Sexin həyətində mühərriki və digər elektrik vasitələri sökülü vəziyyətdə olan “Hyundai” markalı minik maşını yanmağa başlayıb. Alovun təsirindən yaxınlıqda olan “Mersedes” və “Opel” markalı daha iki maşın alovlanıb. Yanğınsöndürmə briqadası alovu söndürərək lokallaşdırıb. Yanğın nəticəsində “Hyundai” yarasız hala düşüb. Digər […]

Kibertəhlükədən qoruna biləcəyik

Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) kibergigiyena üzrə əməkdaşlıq platformasının yaradılmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb. EHİM-dən verilən məlumata görə, əməkdaşlıq çərçivəsində qurum və şirkətlərin mövcud və ya yarana biləcək təhlükə, eləcə də risklərdən qorunması məqsədilə kibertəhlükəsizlik haqqında maarifləndirmə tədbirlərinin və təlimlərin keçirilməsi nəzərdə tutulub. Müqavilə müvafiq platformanın istifadəsi, idarə edilməsi, informasiya təhlükəsizliyinin təşviqi və müvafiq təbliğat […]

COVID-19 vaksin və ya immunitet sertifikatını “CheckApp” mobil tətbiqi vasitəsilə çevik şəkildə necə yoxlamaq olar?

Bir müddət əvvəl xəbər verdiyimiz kimi, COVID-19 vaksin və ya immunitet sertifikatının yoxlanılması məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) “CheckApp” mobil tətbiqini istifadəyə verib. Mərkəzin nümayəndəsi Aydan Abasquliyevanın “Mingəçevir işıqları” qəzetinə verdiyi məlumata görə, tətbiq üzərindən vətəndaşın COVID-19 vaksin və ya immunitet sertifikatı aşağıdakı 4 sadə üsuldan biri ilə yoxlanılır: Vətəndaşın COVID-19 vaksin və ya […]

Mingəçevir Dövlət Universitetində təhsil və sənaye əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

2021-ci ilin 7 sentyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir Peşə Məktəbi (MPM) və “Azmade Group” MMC arasında üçtərəfli təhsil və sənaye əməkdaşlığı formatı çərçivəsində işçi qaydada növbəti görüş keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən görüşdə universitet və peşə məktəbi tərəfindən “Azmade Group” MMC-nin müxtəlif sənaye sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərinə ünvanlanmış […]

Mingəçevir Dövlət Universitetində “Mural art” layhəsi reallaşdırılıb

2021-ci ilin 9-10 sentyabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Education Hub-ın təşəbbüsü ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan keyfiyyətli təhsili simvolizə edən “Mural art” layihəsi həyata keçirilib. MDU, Gənclərin İnkişafı və Karyera Mərkəzi və Şərqi Avropa Təhsil Şəbəkəsinin birgə əməkdaşlığı formatında reallaşdırılan layihə dünya şöhrətli azərbaycanlı alim, süni zəka araşdırmaçısı, Kaliforniyadakı Berkeley Universitetinin kompyuter […]

“Gənc qazilər” qazi övladlarına məktəb ləvazimatları hədiyyə etdilər

“Qarabağ Qaziləri” İctimai Birliyi nəzdində fəaliyyət göstərən “Gənc qazilər” təşkilatının Mingəçevir filialı yeni dərs ili ərəfəsində qazi övladlarını sevindirib. Onlar iş adamı Hacı Vüsal Əlibəylinin maddi dəstəyi 45 qazi ailəsinin hər birinə 18 adda məktəbli ləvazimatını hədiyyə ediblər. Mingəçevir Gənclər Evində baş tutan tədbirdə filialın rəhbəri, 12 saylı məktəbin hərbi hazırlıq müəllimi  Namiq İbrahimli uşaqlara […]

Mingəçevirdə “Vətən fədailəri” abidəsi ucaldılıb

Vətən müharibəsində qazanılan möhtəşəm zəfərdə pay sahibi olanların xatirəsini əbədiləşdirmək üçün ölkədə ilk dəfə Mingəçevir kəndi yaşayış massivində “Vətən fədailəri” abidəsi ucaldılıb. Bu təşəbbüsün təşkilatçılarından olan kənd sakini  Ehtibar Əhmədov  açılış mərasimində deyib ki, hər bir vətəndaşın bu zəfəri yaşadan igid oğullarımıza borcu var: “ Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu təşəbbüsü tariximiz […]

4 sentyabr Şəki Qida Festivalı kimi yadda qaldı

Şəkidəki “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin icraçı direktoru İlyas Səfərlinin dediyi kimi,  əsas məqsəd yerli və xarici qonaqlar arasında bu bölgənin ənənəvi qidalarını təşviq etməkdir 2021-ci il sentyabrın 4-də Şəkidə “Marxal” Müalicə İstirahət Kompleksində Qida Festivalı keçirilib. Festival Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi […]