Browsing yearly archive

2021

Mingəçevir Dövlət Universitetinin bir qrup kollektiv üzvü Bərdə Şəhidlər Xiyabanını ziyarət edib

2021-ci ilin 15 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik, inzibati və tələbə heyəti üzvü universitetin Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Bərdə şəhərində Şəhidlər Xiyabanını ziyarət edib. Əzəli torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri qoyulub, onların əziz xatirələri […]

Sən nə düşünürsən…

“Nə düşünürsən? “, “Bu haqda fikrin nədir?”, “ Sizinlə məsləhət etmək istəyirəm!” və sair…Bu yaxınlarda kimə belə müraciət etmisiniz? Əgər bu suala cavabınız müsbətdirsə, o zaman yazını oxumağa davam edin. Müsbət deyilsə, yenə oxuyun, çünki ən azından bunun nə qədər vacib olduğunu birlikdə aydınlaşdıra bilərik. Birinin bizim haqqımızda, ya da yaxşı tanıdığınız başqa biri haqqında […]

İctimai baxışa gələn icra hakimiyyəti başçısı şəhərin hər bir ərazisindən xəbər olduğunu bildirib

İyulun 17-də Mingəçevirin Energetiklər qəsəbəsində,  Abdulla Şaiq və Naxçıvan küçələrində son aylarda görülmüş işlərə ictimai baxış keçirilib.  Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov deyib ki,  adı çəkilən ünvanlarda  binaların giriş hissələrinə qapılar qoyulub, həyətlərdə işıqlanma sistemi qurulub, oturacaqlar rənglənib: “Mən özüm şəxsən şəhərin hər bir  ərazisini gəzirəm, harada problem olduğunu yaxşı bilirəm”. Başçı onu da […]

Mingəçevirdə karantin qaydalarını pozan dörd şadlıq evinin icarədarları cəzalandırıldı

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarında yoxlamalar keçirib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı bəzi şadlıq saraylarında karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, “Əsgər” şadlıq evinin şərtlərə uyğun olaraq ümumilikdə 40 qonaq qəbul etmə imkanlarının olmasına baxmayaraq, toy […]

Mingəçevirdə tekstil fabrikində çalışan işçi həmkarını bıçaqlayıb

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü Qasımov Elmir Nizami oğlu tekstil fabrikində mübahisə zəminində sinəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Şəhər polis şöbəsi əməkdaşlarının əməliyyat axtarış tədbirləri nəticəsində E.Qasımova  xəsarət yetirməkdə şübhəli bilinən, fabrikin əməkdaşı, Kəlbəcər rayon sakini Dağıbəyi Vəlizadə saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevir Dövlət Universitetində “Tyutor xidməti” təliminə start verilib

2021-ci ilin 13 iyul tarixindən etibarən Mingəçevir Dövlət Universitetində (MDU) “Tyutor xidməti” təliminə start verilib. İyul ayının 18-nə qədər davam edəcək altı günlük  təlim proqramı çərçivəsində bu günə qədər MDU-nun akademik və inzibati heyət üzvləri tərəfindən üç təlim baş tutub. İlk təlim günündə giriş sözü ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov son dövrdə universitetin […]

Mingəçevir Dövlət Universitetində ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 52-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

13 iyul 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 52-ci ildönümünə həsr olunmuş “Azərbaycanda 1969-cu il 14 iyul tarixindən başlayan Heydər Əliyev əsri” mövzusunda elmi konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan konfransda MDU-nun professor-müəllim, inzibati və texniki heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər. Konfransı […]

Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının iclası keçirilib

13 iyul 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının növbəti iclası keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda təşkil olunan iclası giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov 2020/2021-ci tədris ilinin müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində tarixi zəfərin qazanılması və respublikamızda bir […]

“Rəqəmsal Jurnalistikaya doğru” proqramı fəaliyyətinə start verib

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “PAŞA Holdinq”in sponsorluğu ilə 3-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramı fəaliyyətinə start verib. Proqrama informasiya agentlikləri, qəzetlər və informasiya portallarından 22 iştirakçı qatılıb. 22 iyul – Milli Mətbuat Gününə həsr olunan proqramın ilk günündə iştirakçılar üçün “Ənənəvi Mediadan Rəqəmsal Mediaya” və “Medianın […]

Aİ və FAO layihəsi çərçivəsində məhsul əsaslı aqrar məsləhət platforması hazırlanır

Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının həyata keçirdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi Samux rayonunun Sərkar kəndində günəbaxan bitkisinin əsas xəstəlik və zərərvericiləri, onlarla mübarizə və bu istiqamətdə aqrar məsləhət xidmətinin prioritet istiqamətləri barədə yerli fermerlər üçün müzakirə təşkil edib. Müzakirədə Layihənin Gəncə ofisinin ekspert və əməkdaşları ilə yanaşı Azərbaycan Dövlət […]