Browsing yearly archive

2021

Mingəçevirə qonaq gələn 3 yaşlı uşaq dördüncü mərtəbədən yıxılıb

Mingəçevirə qonaq gələn uşaq dördüncü mərtəbədən yıxılıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə, Nərimanov küçəsi 34 saylı binada baş verib. Ehtiyatsızlıqda yıxılan 2018-ci il təvəllüdlü Türkiyə vətəndaşı Fenni Həsən Şamil Mehmet oğlu ağır kəllə beyin travması alıb. Reanimasiya şöbəsinə yerləşdirilən uşağın durumu ağır stabil kimi dəyərləndirilir.  

Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı Zəyəm Texnologiyalar Parkını ziyarət edib

12 iyul 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Mingəçevir Peşə Məktəbinin bir qrup akademik, inzibati və tələbə heyəti üzvü Şəmkir şəhərində yerləşən “Zəyəm Texnologiyalar Parkı” ASC-də (ZTP) infoturda olublar. İnfotur zamanı ziyarətçilər, “Azmade Group” MMC-yə daxil olan ZTP-də emal, yığım və torna sexlərinin iş prosesləri, müasir texnoloji avadanlıqları və onlardan istifadə qaydaları ilə yaxından […]

Mingəçevir Dövlət Universitetində Tovuz döyüşlərinin ildönümünə həsr olunmuş mühazirə keçirilib

2021-ci ilin 12 iyul tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Tovuz döyüşlərinin ildönümünə həsr olunmuş “Böyük qələbənin müjdəçisi: iyul 2020-ci il Tovuz döyüşləri” mövzusunda mühazirə keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan mühazirədə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən düz bir […]

COVID-19 sertifikatları artıq “myGov”da

COVID-19 sertifikatları “myGov.az” şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunub. Vətəndaşlar COVID-19 immunitet və COVID-19 vaksin sertifikatlarına “myGov” portalında “Məlumatlarım” bölməsində baxa bilərlər. Bununla yanaşı, şəxsi kabinetdə “Qurumlar üzrə” bölmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olaraq müvafiq sertifikatlara baxmaq mümkündür. “myGov” şəxsi kabineti üzərindən vətəndaşlara COVID-19 testinin nəticəsi, habelə vurulan birinci və […]

Venesuelada keçirilən konqresdə Qafqazı azərbaycanlı təmsil edib

Venesuelanın paytaxtı Karakas şəhərində keçirilən “Dünya xalqlarının iki yüzillik konqresi” çərçivəsində Qafqaz – İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Qafqazı təmsil edib. AZƏRTAC xəbər verir ki, konqresin keçirilməsində məqsəd dünya xalqlarını bir araya toplamaq və əməkdaşlıq perspektivlərini müzakirə etməkdir. Konqres çərçivəsində Vətənimiz müxtəlif panel danışıqlarında təmsil olunub. Sözügedən konqresin iştirakçısı olan gənclər “Qarabağ Azərbaycandır!” şüarını da […]

Yaşayış evlərinin həyətləri yanğın avtomobillərinin girişinə maneə olmamalıdır

Yanğınların statistikası göstərir ki, payız-qış mövsümündə yanğınlar ən çox yaşayış evlərində baş verir. Bu da havaların soyuması, istilik enerjisinə tələbatla əlaqədar mənzillərdə qaz və elektrik cihazlarından daha çox istifadə edilməklə bərabər, qapı-pəncərələrin bağlı olması səbəbi ilə əlaqədardır. Təbii ki, yanğın baş verdikdə ilk növbədə yanğından mühafizə xidmətinə məlumat verilir və hadisə yerinə yanğın avtomobilləri cəlb […]

Mingəçevirdə zəncirvari qəzada təcili tibbi yardım maşını əzilib, yaralılar var

Mingəçevirdə zəncirvari yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə M.Maqomayev və Füzuli küçələrinin kəsişdiyi işıqforda qeydə alınıb. “Hyundai” markalı minik maşını əvvəlcə “Mercedes” markalı minik maşına, o da öz növbəsində “Mercedes Vito” markalı təcili tibbi yardım maşınına çırpılıb. Qəza nəticəsində 5 nəfər – 2011-ci il təvəllüdlü Hüseyn Məmmədzadə, 2008-ci il təvəllüdlü Orxan Məmmədov, […]

Günəşli yaşayış massivinin minlərlə sakini su və çirkab axıntı imkanlarından yararlana bilmir

Regionların sosial-itisadi inkişafı üzrə Dövlət Proqramına müvafiq olaraq,  2011-ci ildən etibarən Mingəçevir şəhərinin su və kanalizasiya sisteminin kompleks və iki mərhələli şəkildə yenidən qurulması layihəsinə başlanılıb. Mi-news.az-ın məlumatına görə,  bu çərçivədə ilkin olaraq şəhərin müasir tələblərə uyğun olan  su təminatı birdəfəlik həllini tapıb.  O cümlədən 342 kilometr uzunluğunda yeni boru xətləri quraşdırılıb və müasir su […]

Mingəçevir Dövlət Universitetində yeni müdafiə edən əməkdaşlarla görüş keçirilib

6 İyun 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlərini uğurla müdafiə edən universitetin dörd əməkdaşı – Flora Namazova, Səadət Şıxaliyeva, Pərvin Hüseynova və Vüqar Məmmədli ilə görüşüb. Cari ilin may-iyun aylarında müxtəlif elm sahələri üzrə universitetin bir əməkdaşının elmlər doktoru və […]

Mingəçevir Dövlət Universitetinin aliminin məqaləsi nüfuzlu elmi jurnalda dərc edilib

Mingəçevir Dövlət Universitetinin (MDU) dosenti Nüşabə Qədimlinin həmmüəlliflərlə birgə yazdığı elmi məqalə ABŞ-ın Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun “Journal of The Eastern European and Central Asian Research” jurnalının 2021-ci il, 8-ci cild, 2-ci buraxılışında dərc edilib. MDU əməkdaşının “İqtisadi şok zamanı Azərbaycanın iqtisadi inkişafında fiskal siyasətin səmərəliliyi və risklər” (İngilis dilində: “Fiscal policy effectiveness […]