Browsing yearly archive

2021

Mingəçevir Dövlət Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin birgə təşkilatçılığı ilə növbəti seminar keçirilib

2021-ci ilin 22 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) arasında əməkdaşlıq çərçivəsində “Mühasibat uçotu sahəsində e-dövlət tətbiqləri” mövzusunda seminar keçirilib. “Google meeting” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda AHBVU və MDU-nun İqtisadiyyat və idarəetmə fakültələrinin akademik heyət üzvləri, eləcə də tələbə və magistrantlar iştirak ediblər. Seminar iştirakçılarını salamlayan AHBVU-nun fakültə dekanı […]

Google ilk pərakəndə satış maqazinini açır: Google Store gəlir!

Texnologiyanın nəhəngi olan Google şirkəti dünyanın ilk fiziki pərakəndə mağazasını dünyanın ən böyük şəhərlərindən biri New Yorkda açacağını açıqladı. New Yorkun Chelsea bölgəsində açılacaq Google Store, bu yay ilk müştərilərinə ev sahibliyi edəcək. Mağaza şirkətin eyni şəhərdəki mövcud kampusunun bir hissəsi olacaq. Google Mağazasında Covid-19 üçün tədbirlər görüləcəkdir Google-un verdiyi məlumata görə müştərilərə motivasiya vermək məqsədi […]

Şüvəlanda yerləşən Şimal-1 Elektrik Stansiyası əsaslı təmir edilib – VİDEO

20 il əvvəl istismara verilən Bakının Şüvəlan qəsəbəsində yerləşən 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının qaz turbininin rotoru dəyişdirilməklə əsaslı təmir edilib. “Azərenerji” ASC-dən verilən məlumata görə, 100 ton çəkisi olan rotor dəyişdirildikdən sonra köhnə rotor modifikasiya üçün təmirə göndəriləcək. Bundan başqa, stansiyanın sahil nasosxanasındakı nasosların və fırlanan torların dəyişdirilməsi, qazanların daxili izolyasiya örtüyünün yenilənməsi və […]

50-150 nəfərlik toylara yalnız COVİD-19 pasportu olan şəxslər buraxılacaq

Son aylarda COVİD-19 infeksiyasına yoluxma hallarının sayında əhəmiyyətli azalma və ümumi epidemioloji vəziyyətin müsbətə doğru dəyişməsi həyata keçirilən effektiv tədbirlərin təzahürüdür. Müşahidə olunan müsbət tendensiya, habelə 2021-ci ilin əvvəlindən həyata keçirilməsinə başlanmış vaksinasiya prosesinin uğurla davam etdirilməsi xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına əlavə imkanlar yaradır. Bu barədə Nazirlər Kabineti […]

Türkiyənin Qazi Universitetinin doktoranturasına qəbul olan Mingəçevir Dövlət Universitetinin gənc müəllimi və məzunu ilə görüş keçririlib

2021-ci ilin 18 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Türkiyənin Qazi Universitetinin doktoranturasına qəbul olan gənc müəllim Nailə Allahyarova və məzun Mərhəmət Əhmədov ilə görüşüb. “Zoom” platforması üzərindən onlayn formatda keçirilən görüşdə rektor Ş.Bayramov, ilk növbədə, qardaş ölkənin zəngin ənənələrə və güclü akademik potensiala sahib qocaman ali təhsil müəssisələrindən biri olan Qazi […]

Ailədaxili münaqişə zəminində qadın özünü öldürmək istədi

Goranboyda iki uşaq anası intihara cəhd edib. Lent.az-ın məlumatına görə, hadisə Aşağı Ağcakənd qəsəbəsində baş verib. 1996-cı il təvəllüdlü kənd sakini və iki uşaq anası Cəfərova Təranə Fariz qızı çox sayda dərman preparatı içərək intihara cəhd edib. Ağır durumda olan qadın xəstəxanaya yerləşdirilib. İlkin məlumata əsasən, intihara cəhdə ailədaxili münaqişə səbəb olub. Fakta bağlı araşdırma aparılır.

CIVIL MATCH 2.0 tədbiri 10 müxtəlif ölkədən olan tərəfdaşları dijital görüş zamanı bir araya gətirəcək

1-3 İyul 2021-ci ilde Vətəndaş Cəmiyyəti Qarşılaşması (CIVIL MATCH) 2.0 tədbiri 10 müxtəlif ölkədən olan tərəfdaşları dijital görüş zamanı bir araya gətirəcək. Tədbirə qoşularaq media, mədəniyyət, təhsil və münaqişələrin həlli istiqamətində sərhədlərarası layihələri dəstəkləyən donor təşkilatlarla əlaqə yarada bilərsiz. Tədbirdən əvvəl özünüzə uyğun tərəfdaş tapmaq üçün indi müraciət edin: son tarix – 29 İyun 2021. […]

Mingəçevir Dövlət Universiteti ilə Türkiyənin Yıldız Texniki Universiteti arasında əməkdaşlıq inkişaf edir

2021-ci iln 18 iyun tarixində Türkiyənin Yıldız Texniki Universitetinin (YTU) rektoru Tamer Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətilə Azərbaycan Texniki Universitetində (AzTU) görüş keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov iştirak ediblər. Görüşdə universitetlər arasında tələbə və müəllim mübadiləsi, birgə araşdırma mərkəzinin yaradılması, ortaq layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi […]

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

2021-ci ilin 17 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb. Cari imtahan sessiyasının ikinci həftəsinin başa çatdığını nəzərə çatdıran rektor ötən həftələr ərzində […]

Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz semestrinin 03 iyun tarixində başlayan onlayn imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub. 03-14 iyun tarixlərini əhatə edən ilk səkkiz imtahan günündə bakalavriat səviyyəsində 109 qrupda təhsil alan 1984 tələbənin 222 imtahanda iştirakı […]