Browsing yearly archive

2021

Mingəçevir Dövlət Universitetində Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

2021-ci ilin 14 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan xalqının taleyini dəyişmiş xilaskarlıq tarixi – 15 iyun” mövzusunda elmi konfrans keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransın açılışında iştirakçıları salamlayan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, əlamətdar tarixi gün münasibətilə universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərini, […]

Mingəçevir Dövlət Universitetində magistrantların “Elm günü”nə həsr olunmuş III elmi-nəzəri konfransının materialları dərc olunub

2021-ci ilin 29-30 mart tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) keçirilmiş magistrantların “Elm günü”nə həsr olunmuş III elmi-nəzəri konfransının materialları kitab şəklində dərc olunub. Qeyd olunan konfrans materiallarında MDU-nun Pedaqoji, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin magistrantlarının məqalə və tezisləri yer alıb. Onlayn formatda baş tutan konfransın plenar iclasında MDU-nun 8 magistrantı, Təhsil və humanitar”, “Təbiət, texnika […]

Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılışında iştirak ediblər

2021-ci ilin 12 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və müəllim kollektivi üzvü universitetin 44 günlük Vətən Müharibəsində şəhid olan məzunu Kənan Abdullayevin xatirəsinə inşa edilmiş bulağın açılışında iştirak ediblər. Şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının və qazilərin də iştirak etdiyi açılış mərasimində MDU-nun qəhrəman məzununun adını daşıyan bulağa gül dəstələri düzülüb və […]

Mingəçevirdə kiçikhəcmli gəmilərin istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirilib – FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib. APA-nın xəbərinə görə, Mingəçevir şəhərində, Kür çayının sahilində keçirilən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin, Daxili İşlər Nazirliyinin […]

13 saylı məktəbdə son zəng

2020-2021-ci tədris ili başa çatdı. Ümumtəhsil orta məktəblərində bu əlamətdar gün iyunun 14-də qeyd olundu. Mingəçevirin bütün məktəbləri bu tədbirə hazırlıq işləri görmüşdü. İştirakçısı olduğumuz 13 saylı orta məktəbdə bu xüsusilə nəzərə çarpırdı. Məktəbin həyətində həyəcanlı anlar yaşayaraq sıraya düzülmüş 11-cilər, onları kənardan müşayiət edən valideynlər, bilik və bacarıqlarını şagirdlərdən əsirgəmiyən müəllimlər buraya toplaşmışdılar. Bu […]

Bakıda Onlayn Avropa Film Festivalı başlayır

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Avropa İttifaqına Üzv Dövlətlərin Azərbaycanda akkreditasiya olunmuş səfirlikləri Cineuropa ilə əməkdaşlıqda ilk onlayn Avropa Film Festivalını təşkil edəcək. Avropa Film Festivalı virtual formatda 14-29 iyun 2021-ci il tarixlərində davam edəcək. Festivalda 13 Avropa İttifaqı ölkəsindən (Belçika, Çexiya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Lüksemburq, Polşa, Rumıniya, İspaniya) və Serbiyadan 10 […]

Mingəçevir Dövlət Universitetində Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə həsr edilmiş növbəti seminar keçirilib

2021-ci ilin 11 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr edilmiş “Ədəbiyyat dərslərində fəal (interaktiv) təlimin tətbiqi” mövzusunda elmi-metodik seminar keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbələri və magistrantları iştirak ediblər. Seminarın açılışında yubiley münasibətilə təbriklərini çatdıran MDU-nun Humanitar […]

Təhsil və sənaye əməkdaşlığı sahəsində üçtərəfli əməkdaşlıq formatı yaradılıb

2021-ci ilin 10 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir Peşə Məktəbi və “Azmade Group” MMC şirkətinin nümayəndələri arasında görüş keçirilib. Qonaqları səmimi salamlayan “Azmade Group” MMC şirkətinin direktoru Emin Bağırov təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını bildirib. Təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verən E.Bağırov mövcud istehsal müəssisələrinin müxtəlif profillər […]

“Mingəçevir işıqları” Avropa İttifaqının müsabiqəsində beş qalibdən biri oldu

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ-Azərbaycan əməkdaşlığı mövzusunda Azərbaycanın çap, TV/radio və onlayn mediası üçün keçirilən müsabiqənin qaliblərini elan edib. Azərbaycanın media mütəxəssislərindən ibarət münsiflər heyətinin qərarına əsasən 3 kateqoriya üzrə 5 qalib seçilmişdir. Çap və ya onlayn mediada ən yaxşı yazı: Elena Kosolapova və Kelli Çaib De Mares (Azeri Observer Magazine) Fərman Nəbiyev (data.org.az) Aydın Səlimli (qaynarinfo.az) Radioda ən yaxşı […]