Browsing yearly archive

2021

Mingəçevir Dövlət Universiteti ilə Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq uğurla davam edir

2021-ci ilin 20 may tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) arasında birgə layihə çərçivəsində növbəti qarşılıqlı mühazirələr keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirələrdə MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsini təmsil edən tələbə və magistrantlar, eləcə də akademik və inzibati heyət üzvləri iştirak edib. Giriş sözündə, ilk növbədə, MDU-nun rektoru Şahin […]

Mingəçevir Dövlət Universitetində vaksinasiya ilə bağlı maarifləndirmə və təbliğat işlərinə dair tədbir keçirilib

2021-ci ilin 20 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) vaksinasiya ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə iclas keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclasda MDU-nun struktur bölmələrinin rəhbərləri, tələbə təşkilatlarının fəalları, akademik və inzibati heyət üzvləri iştirak edib. İclasda çıxış edən MDU-nun rektoru Şahin Bayramov pandemiya şəraitində Azərbaycanda dövlət tərəfindən həyata keçirilən […]

Telefon mesajları münaqişəli ailələri davaya saldı

Goranboyda münaqişə davaya çevrilib. Lent.az-ın məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində baş verib. Kənd sakini Vüsal adlı şəxs keçmiş arvadı haqqında qaynı, Samux rayon sakini Elnur Abdullayevə nalayiq ifadələr yazıb. E.Abdullayev vaxtaşırı keçmiş yeznəsindən bacısı barədə gələn xoşagəlməz mesajlara son qoymaq üçün anası və bibisi ilə Vüsalın yaşadığı Goranboyun Qaradağlı kəndinə gəlib. Bu zaman münaqişə ailələr arasında […]

Mingəçevirdə siqaret üstündə başlayan mübahisə ölümlə nəticələnib

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Aydın Məmmədov küçəsi 11 ünvanda üç nəfər arasında dava düşüb. Nəticədə 1960-cı il təvəllüdlü Rizvan Məmmədov və onun dayısı, 1955-ci il təvəllüdlü Eldar Abbasov döyülüb. Ağır xəsarətlər alan hər iki şəxs xəstəxanaya çatdırılsa da, onlardan Eldar Abbasovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətdən xəstəxanada ölüb. Bildirilib ki, […]

Yevlaxda ev yanıb

Yevlax rayonunda ev yanıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Hacıselli kəndində baş verib. Kənd sakini Hacıbaba Kərimova məxsus 3 otaqlı həyət evi əşyaları ilə birgə yanıb. Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları yanğının qarşısını alıb. Hadisə zamanı xəsarət alan olmayıb.

EHİM-lə Azərbaycan-Britaniya Məzunları Birliyi arasında görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) ilə Azərbaycan-Britaniya Məzunları Birliyinin (AUKAA) üzvləri arasında onlayn görüş keçirilib. AUKAA-nın İdarə Heyətinin üzvü Mədinə Paşayevanın moderatorluğu ilə keçirilən görüşdə EHİM-in direktoru Fariz Cəfərov Mərkəzin funksional öhdəlikləri və əsas fəaliyyət istiqamətləri, “ASAN Bridge” – Milli Məlumat Mübadiləsi Sistemi […]

Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə elmi seminarı keçirilib

2021-ci ilin 17-18 may tarixlərində Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Müasir informasiya cəmiyyətinin yeni çağırışları və imkanları” mövzusunda ikigünlük elmi seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan seminarı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk […]

Mingəçevir Dövlət Universitetinin tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş müsabiqənin qalibləri olublar

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri Mingəçevir şəhər İcra Hakimiyyəti, YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər Təhsil İdarəsinin birgə keçirdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Əbədiləşən şəxsiyyət” adlı onlayn şəhər müsabiqəsində müxtəlif nominasiyalar üzrə uğurlu nəticələr əldə ediblər. MDU-nun tələbələrindən şeir nominasiyası üzrə I yerə Türkan Cəfərli, II yerə Narınc […]