Browsing yearly archive

2021

FHN havaların isinməsi ilə bağlı əhaliyə müraciət etdi

FHN havaların isinməsi ilə bağlı əhaliyə müraciət edib. Nazirlik bir neçə sadə təhlükəsizlik qaydasını vətəndaşların diqqətinə çatdırıb: –   taxıl zəmilərində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə etməyin və siqaret çəkməyin; –   sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab […]

Regional rəqəmsal hökumət portalının ilkin versiyası hazırlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “Rəqəmsal icra hakimiyyəti” portalının ilkin versiyası hazırlanıb. Portal vasitəsilə regionlarda yerli icra hakimiyyətləri tərəfindən göstərilən xidmətlər arasında elektronlaşdırılması mümkün olan xidmətlər vətəndaşlara onlayn rejimdə təqdim ediləcək. Portal istifadəyə verilmədən öncə EHİM bu prosesdə vətəndaş iştirakının təmin edilməsi, […]

Azərbaycanda azyaşlı qızı it dişlədi

Goranboyda 11 yaşlı qızı it dişləyib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Səfikürd kəndində baş verib. Kənd sakini Həsənova Suğra Asif qızı qəfildən sahibsiz itin hücumuna məruz qalıb. Sol bud nayihəsindən xəsarət alan azyaşlı xəstəxanaya çatdırılıb. Ona quduzluq əleyhinə vaksin vurulub və zəruri tibbi yardım göstərilib.

Goranboyda oğurluq edən keçmiş məhkumlar tutuldu

Goranboyun Boluslu kəndində oğurluq edən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Gəncə şəhər sakini Kamran Məmmədov, tanışları – əvvəllər də məhkum olunmuş Qüdrət Cəfərov və Ruslan Məmmədovla qabaqcadan əlbir olaraq, yaxın qohumuna məxsus fərdi yaşayış […]

Dovşanlarına yem toplamaq istəyi baha başa gəldi

Dovşanlarını yemləmək üçün otlaq ərazisindən bitki toplayan kişini əqrəb sancıb. Lent.az-ın yerli bürosunun məlumatına əsasən, hadisə Goranboy rayonunun meşəlik ərazisində baş verib. Belə ki, həmin ərazidən keçərkən avtomobilini saxlayıb bəslədiyi dovşanlar üçün yem toplamaq istəyən Tural Zeynalov xəstəxanalıq olub. 34 yaşlı rayon sakininin ot yığan əlini əqrəb sancıb. Xəstəxanaya çatdırılan yaralının durumu görülən zəruri tədbirlər […]

Goranboyda minik maşını traktora çırpılıb, 3 nəfər xəsarət alıb

Goranboy rayonunda minik maşını traktora çırpılıb, xəsarət alanlar var. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goranboy- Qızılhacılı avtomobil yolunda baş verib. “Passad” markalı minik maşını qarşıdan gedən traktora çırpılıb. Qəza nəticəsində Tərtər rayon sakini, 1955-ci il təvəllüdlü Nərgiz Zeynallı, Bakının Novxanı qəsəbə sakini, 1963-cü il təvəllüdlü Narxanım Əliyeva və Ağdam rayon sakini, 2011-ci il təvəllüdlü […]

Goranboyda oğurluq edən şəxslər saxlanılıb

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Boluslu kəndində oğurluq edən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini Kamran Məmmədov, tanışları- əvvəllər məhkum olunmuş Qüdrət Cəfərov və Ruslan Məmmədovla qabaqcadan əlbir olaraq, yaxın qohumuna məxsus fərdi yaşayış evinə qeyri-qanuni […]

Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır

https://azertag.az/xeber/Azerbaycanin_muasir_tarixinin_sanli_sehifeleri_yazilir-1780421 Bakı, 15 may, AZƏRTAC Danılmaz həqiqətdir ki, tarixi Qələbənin qazanılmasından sonra dövlətimiz tərəfindən qəbul edilən strateji qərarlar, həyata keçirilən düşünülmüş, ardıcıl və sistemli tədbirlər ölkəmizin bölgədə formalaşmış yeni siyasi mənzərədəki mövqeyini davamlı olaraq gücləndirir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində əzəli torpaqları işğaldan azad olunan, ərazi bütövlüyü təmin edilən Azərbaycanın […]

Qonşular arasında kütləvi dava

Mingəçevirdə qonşular arasında mübahisə davaya çevrilib. Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında “Bağlar” yaşayış massivi, 7-ci küçədə fərdi təsərrüfatlardan birində baş verib. Əlbəyaxa dava zamanı bir ailənin 3 üzvü – ata, ana və onların qızları döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 1988-ci il təvəllüdlü Yadigarova Zeynəb Yaqub qızı xəstəxanaya yerləşdirilib. Z.Yadigarovun valideynlərinə isə xıstəxana şəraitində tibbi […]

Mingəçevir sakini mübahisə zəminində bıçaqlanıb

Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə şəhəri mərkəzi stadionu yaxınlığındakı çayxanada baş verib. Mübahisə zəminində 2004-cü il təvəllüdlü şəhər sakini Mərdanov Elmin Vüsal oğlu bıçaqlanıb. Baldır nahiyəsindən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.