Browsing yearly archive

2021

İlham Əliyevin Şuşaya səfəri

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına gəldilər. Dövlətimizin başçısı festivalın açılışında çıxış etdi. Prezident […]

Qadın 3-cü mərtəbədən yıxıldı

Mingəçevirdə bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, hadisə N.Nərimanov küçəsi, 41 ünvanında yerləşən binada qeydə alınıb. 1984-cü il təvəllüdlü Məmmədova İlahə Məhəmməd qızı binanın 3-cü mərtəbəsindən yıxılıb. Çoxsaylı xəsarətlər alan qadın ağır durumda  xəstəxanaya yerləşdirilib.

Atiq bulağından su içənlər onu 30 yaşındakı kimi sevəcək və sevdirəcəklər

Atiq İbrahimov İkinci Qarabağ Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biridir. 1990-cı ildə anadan olub. 2008-ci ildə Mingəçevir Türk Liseyini bitirib. Türkiyənin Akdeniz və Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb. Hərbi borcunu yerinə yetirdikdən sonra “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağdaş şəbəkəsində satış şöbəsinin nəzarətçi mühəndisi işləyib. Dəfələrlə enerji borcunu ödəyə bilməyən […]

Mingəçevir Dövlət Universitetinin tələbələri təcrübələrini uğurla davam etdirirlər

Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqoji fakültəsinin “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələri tədris planına uyğun olaraq Mingəçevir şəhərinin müxtəlif ümumtəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında təcrübə keçirlər. Mingəçevir şəhərində yerləşən 10 saylı “Qərənfil” körpələr evi-uşaq bağçasında təcrübə keçən MDU-nun tələbələri yeni təlim metodlarından istifadə etməklə tərbiyəçi-müəllimlər ilə birlikdə maraqlı tədbirlər həyata […]

Güclü külək Mingəçevirdə 50-yə qədər ağacı aşırtdı

Dünən axşam saatlarından başlayan güclü külək Mingəçevir şəhərində bir sıra fəsadlara səbəb olub. APA TV-nin Mingəçevir bürosu xəbər verir ki, şəhərin Vaqif, Nəriman Nərimanov, Təbriz, Səməd Vurğun, İsmət Qayıbov, Dilarə Əliyeva və digər küçələrində, ilkin hesablamalara görə, əlliyə qədər ağac aşıb. Külək ağacları nəqliyyat vasitələrinin, yaşayış və inzibati binaların, qarajların, hasarların üstünə, yollara aşırıb. Nəticədə […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ramazan bayramı münasibətilə şəhid məzunların ailələrini ziyarət ediblər

2021-ci ilin 10 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Ramazan bayramı münasibətilə universitetin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun ailələrini ziyarət ediblər. Ailə üzvləri ilə görüşlərdə MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Ariz Abbasov qəhrəman şəhidlərimizin tarixi zəfərin qazanılmasında […]

Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılışında iştirak ediblər

2021-ci ilin 8 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və müəllim kollektivi üzvü universitetin 44 günlük Vətən Müharibəsində şəhid olan məzunu Əzəmi Hüseynovun xatirəsinə inşa edilmiş bulağın açılışında iştirak ediblər. Şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının və qazilərin də iştirak etdiyi açılış mərasimində MDU-nun qəhrəman məzununun adını daşıyan bulağa gül dəstələri düzülüb və […]

Mingəçevirlilər ulu öndərin doğum günündə

Bir müddətdir ki, Mingəçevirdə ümummilli liderin doğum günü ilə əlaqədar silsilə tədbirlərə start verilib. Pandemiyanın yaratdığı çətinliklərə görə əksər tədbirlər onlayn formada həyata keçirilib. Mayın 10-u isə daha yadda qalan günə çevrilib. Səhər tezdən hökumət və ictimaiyyət nümayəndələri Heydər Əliyev Mərkəzinin qarşısına toplaşaraq, ulu öndərin abidəsini ziyarət ediblər. Bundan sonra Mərkəzdə H.Əliyevin anadan olmasının 98-ci […]

Mingəçevirdə güclü külək nəticəsində elektrik enerjisinin ötürülməsində fasilə yaranıb

Güclü külək Mingəçevirdə fəsadlara yol açıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, mayın 9-da axşam saatlarında güclənən külək Dilarə Əliyeva, Üzeyir Hacıbəyov küçələri, Sağ sahil yaşayış massivi və digər ərazilərdə tam və ya qismən iri ağacları yola aşırıb. Bəzi istiqamətlərdə enerji xətləri zədələnib. Bu səbəbdən Günəşli yaşayış massivi, Sağ sahil yaşayış ərazisi və mərkəzi bazar yaxınlığındakı ərazilərdə […]