Browsing yearly archive

2021

Mingəçevirdə intihara cəhdin qarşısı alınıb

Mingəçevirdə çimərlik yolu üzərindəki fərdi təsərrüfatlardan birində intihara cəhd hadisəsi baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü Abdullayeva Aişən Nazim qızı ailə münaqişəsi zəminində özünü yaşadığı evin həyətində asaraq öldürməyə cəhd edib. Hadisədən tez xəbər tutan yaxınları onu həmin an ölümdən qurtarıb. Qadın xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə aptek işçisinin mobil telefonunu əlindən alan şəxs tutulub

Mingəçevir sakininə qarşı soyğunçuluq edilib. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında 2002-ci il təvəllüdlü şəhər sakini Həsənzadə Taleh Əmrah oğlu çalışdığı aptekdən evinə gedərkən tanımadığı şəxs tərəfindən saxlanılıb. Həmin şəxs T.Həsənzadəni döyərək ona müxtəlif bədən xəsarətləri yetirib. Həmçinin, hadisəni törədən şəxs onun mobil telefonunu zorla əlindən alaraq ərazidən uzaqlaşıb. T.Həsənzadə xəstəxanaya yerləşdirilib. Zərərçəkənin […]

Goranboyda qaçırıldığı bildirilən yeniyetmə qız evlərinə qaytarılıb

Goranboyda yeniyetmə qızın qaçırıldığı barədə məlumat yayılıb. APA-nın yerli bürosunun məlumatına görə, valideynləri Goranlı kəndinin 14 yaşlı sakini olan qızlarının evlənmək məqsədilə qaçırılması ilə bağlı polisə müraciət ediblər. Daxili işlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın sorğusuna cavab olaraq bildirib ki, müraciət araşdırılıb və qızın öz istəyi ilə sevdiyi oğlanın evinə getdiyi […]

Mingəçevirdə aptek işçisini döyərək mobil telefonunu əlindən alıblar

Mingəçevir sakininə qarşı soyğunçuluq edilib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə  axşam saatlarında 2002-ci il təvəllüdlü şəhər sakini  Həsənzadə Taleh Əmrah oğlu çalışdığı aptekdən evinə gedərkən tanımadığı şəxs tərəfindən saxlanılıb. Həmin şəxs T.Həsənzadəni döyərək ona müxtəlif bədən xəsarətləri yetirib. Həmçinin, hadisəni törədən şəxs onun mobil telefonunu zorla əlindən alaraq ərazidən uzaqlaşıb. T.Həsənzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı […]

Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsinin növbəti qonağı Vüqar Bayramov olub

2021-ci ilin 12 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən görüşün qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) yaradıcısı Vüqar Bayramov olub. “Zəfərdən quruculuğa: Qarabağın iqtisadi potensialı və perspektivlər” mövzusunda keçirilən görüşün moderatoru olan MDU-nun rektoru […]

Mingəçevir sakini naməlum şəraitdə bıçaqlanıb

Mingəçevir sakini bıçaq xəsarəti alıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Günəşli yaşayış massivində baş verib. 1985-ci il təvəllüdlü şəhər sakini Haqverdiyev Fazil Hüseyn oğlu naməlum şəraitdə qarın nahiyəsindən kəsici alətlə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilərək cərrahi əməliyyat olunub. Hadisənin hansı zəmində baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə koronavirus xəstəsi saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini  Elman Məmmədov COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, sanitar-karantin qaydalarını kobud şəkildə pozub və yaşadığı ünvanı […]

MiDU-da yaradılan “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi”nə şəhidin həyat yoldaşı rəhbərlik edir

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 19 mart 2021-ci il tarixli iclasında təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi məqsədilə universitetin strukturunda “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi”nin (TVİM) yaradılmasına dair qərar qəbul edilib. Həmin qərara əsasən MDU rektorunun 6 aprel 2021-ci il tarixli müvafiq əmri ilə sözügedən Mərkəz təsis edilib. MDU-nun məzunu Minayə Hüseynova TVİM-in koordinatoru […]

Mingəçevirdə avtomobil piyadanı vurub

Mingəçevirdə çimərliyə gedən yol istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, “Opel” markalı minik maşını şəhər sakini, 1940-cı il təvəllüdlü Süleymanova Adilə Əli qızını vurub. Ayaq nahiyəsindən xəsarət alan qadın hadisəni törədən şəxs tərəfindən xəstəxanaya çatdırılıb. İlkin tibbi yardımdan sonra yaralının durumu stabilləşib. Faktla bağlı araşdırma aparılır.

Piyadaların yol hərəkəti qaydalarına əməl etmələrini yoxlamaq üçün reyd keçirilib

Mingəçevir Şəhər Polis şöbəsinin Dövlət Yol Polisi bölməsi növbəti dəfə piyadaların yol hərəkəti qaydalarına əməl etmələrini yoxlamaq üçün reyd keçirib. Reyd şəhərin piyada axınının intensiv olduğu küçə və prospektlərdə təşkil olunub. Reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək, öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb. Onlarla maarifləndirici söhbətlər aparılıb,  yol […]