Browsing yearly archive

2021

Mingəçevirdə motosiklet dirəyə çırpılıb, sürücü ölüb

Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə “Dəli Kür” restoranının yaxınlığında qeydə alınıb. İdarəetmədən çıxan motosiklet yol kənarındakı dirəyə çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsini idarə edən, 1975-ci il təvəllüdlü Nehmətov Arif Səməndər oğlu aldığı xəsarətdən ölüb. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə restoranda toy edənlər cərimələnib

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Çinar” restoranında sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, obyektin sahibi Rəşad Bəşirova əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb. Polislər tərəfindən […]

Mingəçevir Texniki Humanitar Liseyi distant təhsilə keçib

Mingəçevir şəhərindəki liseydə tədris distant təhsilə keçirilib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, kollektiv arasında COVID-19 infeksiyasına yoluxma hallarının qeydə alınması səbəbindən Mingəçevir Şəhər Texniki Humanitar Liseyində tədris distant şəkildə davam etdiriləcək.

“ASAN ödəniş”də şəxsi kabinetlərin sayı 500.000-i ötüb

2021-ci ilin aprel ayında “ASAN ödəniş” sistemində açılan şəxsi kabinet sayı 500 mini ötərək ümumilikdə 500 418 şəxsi kabinet təşkil edib. Sistemdə şəxsi kabinet yaradan vətəndaş bir sıra üstünlüklər əldə edir: • Dövlət Yol Polisi tərəfindən tərtib edilən cərimələr haqqında məlumat əldə edir; • Avtomobilin texniki baxış talonu haqqında operativ məlumat əldə edir; • Texniki […]

Əkilən ağaclara Qələbə simvoluna çevrilən Xarı bülbül emblemi bağlanıb

Mingəçevir şəhər Təhsil Şöbəsi və Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə orta məktəblərin həyətyani sahələrində şəhidlərin adlarını əbədiləşdirmək məqsədilə keçirilən ağacəkmə aksiyası aprelin 7-də 16 saylı məktəbdə davam edib. Məktəbin direktoru Sevinc Həsənova deyib ki, əkilən ağaclara Qələbə simvoluna çevrilən Xarı bülbül emblemi bağlanıb: “Vətən savaşında, minlərlə şəhid verdik. Düşmənə boyun əyməyən şəhidlərimizin adlarını bu və […]

Mingəçevirdə bir ay əvvəl itkin düşmüş yeniyetmənin meyiti Kürdə tapılıb

Mingəçevirdə Kür çayında meyiti tapılan şəxsin kimliyi məlum olub. APA-nın yerli bürosunun xəbərinə görə, həmin şəxs 16 yaşlı Abbasov Ruslan Məhərrəm oğludur.  Qeyd edək ki, Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Abbasov Ruslan Məhərrəm oğlu martın 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Onun atası Məhərrəm Abbasov həmin […]

Mingəçevir Dövlət Universiteti və Qazi Universitetinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

2021-ci ilin 6 aprel tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq çərçivəsində Azərbaycanın dahi şairi və türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş birgə konfrans keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransın açılışında çıxış edən Qazi Universitetinin prorektoru Bekir Buluç, ilk növbədə, təmsil etdiyi universitetin […]

Mingəçevir Dövlət Universitetinin bir qrup fəal gənci şəhidlər bulağının açılışında iştirak ediblər

2021-ci ilin 5 aprel tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Hərbi Vətənpərvərlik Klubunun fəal üzvləri Vətən müharibəsində şəhid olmuş Tural Həsənov və Musa Həsənov qardaşlarının xatirəsinə inşa edilmiş bulağın açılışında iştirak ediblər. Şəhər ictimaiyyətinin iştirak etdiyi açılış mərasimində MDU-nun tələbə gəncləri şəhid qardaşların xatirəsinə tikilmiş bulağa gül dəstələri düzüb və […]

Mingəçevirdə külək fəsad yaratdı, bir evin fasadını qopartdı

Aprelin 5-də axşamdan əsən güclü külək Mingəçevirdə də bir sıra fəsadlar törədib. Küləyin təsirindən şəhərin M.F. Axundov küçəsindəki 15/16 saylı ünvanda yerləşən hündür mərtəbəli evin bəzək konstruksiyası qopub və binanın eyvan hissəsinə düşüb, nohur borulara ciddi ziyan dəyib. Xöşbəxtlikdən xəsarət alan  olmayıb. Hazırda binanın ətrafı lentlə bağlanıb. Aidiyyatı qurumların nümayəndələri hadisə yerinə gəliblər. Külək şəhərin […]

Şəhid qardaşların xatirəsinə bulaq inşa olundu

Mingəçevirdə şəhid Musa və Tural qardaşlarının xatirəsinə inşa edilən ehsan bulağının açılışı olub. Karantin rejiminin qaydalarına uyğun olaraq, xatirə bulağının açılışına şəhidin ailə üzvləri və bir neçə şəhid anası, qazillər, MDU-nun ictimayyətlə əlaqələr şöbəsinin nümayəndələri və bir neçə tələbə, 10 saylı məktəbin şagirdləri qatılıb. Mingəçevirdən  olan Musa və Tural Həsənov qardaşları İkinci Qarabağ Müharibəsi başlayanda […]