Browsing yearly archive

2021

“Mən səni sevirəm, Mingəçevir”

Yazın bu oğlan çağında Mingəçevir zümrüd libası, al-əlvan gülləri, yaraşıqlı park və xiyabanları, göz oxşayan səliqə-sahmanı ilə üzə gülür. Həm martın mülayim havası, həm Qələbə sevincinin ölkəmizdə yaratdığı qeyri-adi ab-hava, həm də Kürün cilvələnən Mingəçevirin gözəlliklərinə sanki ayna tutması bu şəhəri daha ecazkar edir. Dövlətin qayğısından güc alan mingəçevirlilər doğma şəhəri cənnətə çevirmək üçün ürəklərinin […]

Yevlaxda maşın kanala aşıb, xəsarət alanlar var

Yevlaxda yol qəzası olub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Salahlı kəndi istiqamətində baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri idarəetmədən çıxaraq yol kənarındakı kanala düşüb. Hadisə nəticəsində 4 nəfər -1992-ci il təvəllüdlü Məmmədli Vüsal Nəbi oğlu, 1981-ci il təvəllüdlü Cabbarova Səadət Siyavuş qızı, 2003-cü il təvəllüdlü Cabbarova Sənəm və 2004-cü […]

Prezident İlham Əliyev: “Vətən Müharibəsi – XXI əsrin müharibəsidir”

Vətən müharibəsində Azərbaycan Ordusu öz şərəfli missiyasını yerinə yetirdi. Qaraxanbəyli kəndi müharibənin ilk günündə – sentyabrın 27-də azad edildi. Azərbaycan Ordusu elə həmin gündən şərəfli missiyasını icra etməyə başladı və düşməni torpaqlarımızdan qovdu. 44 günlük müharibədə mülki erməni əhali arasında itkilər çox az olub. Çünki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmayıb. Ermənilərdən […]

Mingəçevir Dövlət Universitetində “Azərbaycan 500 ASAN Startap” proqramının infosessiyası keçirilib

2021-ci ilin 18 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsi və ASAN İnnovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan 500 ASAN Startap Proqramı” barədə infosessiya keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda təşkil olunan infosessiyada MDU-nun bir qrup tələbə və müəllim kollektivi üzvləri iştirak ediblər. Tədbirdə çıxış edən ASAN İnnovasiyalar Mərkəzinin əməkdaşlıq üzrə meneceri […]

Yeni Azərbaycan Partiyası, İlham Əliyev fenomeni: uğur rəmzi

Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə çox böyük nüfuza sahib olan partiyadır. Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçərək, xalqımızın qarşısında duran vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. İqtidar partiyası olaraq,Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, […]

Mingəçevir Dövlət Universitetində “Dayanıqlı artan rəqabətqabiliyyətli milli iqtisadiyyat” mövzusunda tələbə elmi konfransı keçirilib

2021-ci ilin 17 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) “Dayanıqlı artan rəqabətqabiliyyətli milli iqtisadiyyat” mövzusunda elmi konfransı keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən konfransı açan fakültənin dekanı Nüşabə Qədimli, ilk növbədə, tədbir iştirakçılarına MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdırıb. Konfransın məqsədi və proqramı barədə məlumat […]

Mingəçevirli Vətən Müharibəsi qazisinin nigah mərasimi baş tutub

APA TV-nin yerli bürosunun xəbərinə görə, Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan qazi Naftalan, Mingəçevir və Bakı şəhərində üç dəfə cərrahi əməliyyat olunub. Hələ də bədənində qəlpə gəzdirən əsgər martın 17-də Asan Xidmət Mərkəzində Mingəçevir Dövlət Universitetinin xarici dil müəllimliyi fakültəsində birgə təhsil aldığı Nigar Məhərrəmova ilə ailə həyatı qurub. Qeyd edək ki, nigah mərasiminə […]

Mingəçevir Dövlət Universitetinin alimi Kiyev Milli İqtisadiyyat Universiteti kollektivinə Nizami Gəncəvi haqqında mühazirə deyib

2021-ci ilin 17 mart tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Kiyev Milli İqtisadiyyat Universiteti (Kiev National Economic University – KNEU) arasında əməkdaşlıq çərçivəsində növbəti mühazirə keçirilib. “Nizami Gəncəvi ili”nə həsr olunan və “ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirə məxsusi olaraq KNEU tələbələri, magistrantları, eləcə də akademik və inzibati heyət üzvləri üçün nəzərdə tutulub. […]

Mingəçevir Dövlət Universiteti və KTO Karatay Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

2021-ci ilin 16 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində Konya şəhərində yerləşən KTO Karatay Universitetini ziyarət edib. Ziyarət çərçivəsində Ş.Bayramov Konya Ticarət Odasının (KTO) idarə heyətinin sədri Selçuk Öztürk və KTO Karatay Universitetinin rektoru Bayram Sade ilə görüşüb. Görüşdə S.Öztürk Türkiyə ilə Azərbaycan arasında mövcud olan dostluğun və […]

Mingəçevir Dövlət Universitetinin məzunu olan Vətən Müharibəsi qazisinin nigah mərasimi keçirilib

2021-ci ilin 17 mart tarixində Mingəçevir “ASAN xidmət” mərkəzində Vətən Müharibəsi qazisi Elçin Abduləzimovun nigah mərasimi təşkil olunub. Ailə həyatı quran hər iki gənc 2016-2020-ci illərdə Mingəçevir Dövlət Universitetinin (MDU) bakalavriat səviyyəsində İngilis dili müəllimliyi ixtisası üzrə təhsil alıblar. Gənclərin nigah mərasimində MDU-nun bir qrup əməkdaşı da iştirak edib. Vətən müharibəsində qazandığımız tarixi Zəfərdə pay […]