Mingəçevir Dövlət Universitetində “Yurdumuza bahar gəlir” mövzusunda bayram tədbiri keçirilib
2021-ci ilin 16 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Yurdumuza bahar gəlir” mövzusunda tədbir keçirilib. “21 mart – Beynəlxalq Novruz Günü” münasibətilə təşkil olunan tədbir ilaxır çərşənbəsi gününə təsadüf edib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən bayram tədbirini MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova açıb. Tədbir iştirakçılarına MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran […]