Browsing yearly archive

2021

Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsindən azad olunub

8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsindən azad olunub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, Regional İdarənin rəisi  Fazil Şükürov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. Onun yerinə hələ ki, yeni təyinat yoxdur. Faktı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya təsdiqləyiblər.

Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlığa başlayıb

2021-ci ilin 2 mart tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Kiyev Milli İqtisadiyyat Universiteti (Kiev National Economic University – KNEU) arasında əməkdaşlıq çərçivəsində qarşılıqlı silsiləvi mühazirələrin keçirilməsini nəzərdə tutan birgə layihənin açılış mərasimi keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə çıxış edən KNEU-nun rektoru Dmytro Lukianenko MDU ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib, birgə […]

EHİM Süni İntellekt üzrə Komitənin 4-cü plenar iclasında iştirak edib

Avropa Şurası Nazirlər Komitəsinin təsis etdiyi Süni İntellekt üzrə Komitənin (CAHAI) 4-cü plenar iclası keçirilib. Onlayn formatda keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov təmsil edib. Plenar iclasda Azərbaycan nümayəndə heyəti ilə yanaşı Avropa Şurasına üzv olan dövlətlər, Avropa […]

Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunan rəsm sərgisi keçirilib

2021-ci ilin 26 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunan “Şəhid Şəhər Xocalı” adlı virtual rəsm sərgisi keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən sərgidə MDU tələbələrinin Xocalı soyqırımının acı mənzərələrini əks etdirən rəsmləri nümayiş etdirilib. Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının […]

Yevlaxda yol qəzasında 2 nəfər ölüb

Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunda, Bərdə postuna yaxın ərazidə qeydə alınıb. Bərdə istiqamətdən hərəkətdə olan “VAZ 2106” markalı avtomaşın “Great Wall” markalı digər minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 2106”-da olan iki nəfər hadisə yerində dünyasını dəyişib. Digər avtomobildə olan qadın, bir uşaq […]

Son günlər Mingəçevirdə ölü quşlar müşahidə olunur

Bir neçə gündür ki, Mingəçevirin müxtəlif ərazilərində ölü quşlara rast gəlirik. Belə ki, təkcə fevralın 25-də Mərkəzi şəhər xəstəxanasının həyətində 3 müxtəlif  ölü quş müşahidə edilib. Şəhər sakinləri deyirlər ki, mövcud ərazidə əvvəlki günlərdə də belə hadisənin şahidi olublar. Onların sözlərinə görə, şəhərin müxtəlif ərazilərində – bağ və parklarada quşların, xüsusən  çöl göyərçinləri və qarğaların […]

Daha bir məktəb koronavirusa görə bağlanıb

Mingəçevirdə 1 saylı tam orta məktəbin fəaliyyəti dayandırılıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, məktəbdə tədris proqramı koronavirus səbəbindən müvəqqəti olaraq onlayn sistemdə keçiriləcək. Qeyd edək ki, bir qədər əvvəl məktəbin 9-cu sinif  şagirdlərində koranovirus infeksiyası aşkarlanmışdı. Bununla əlaqədar həmin sinfə məhdudiyyət tətbiq edilmişdi. Koronavirus infeksiyasının digər şagirdlərə yayılmasının qarşısını almaq məqsədilə məktəb üzrə tədrisin onlayn keçirilməsi […]

“Xocalı: Ədalətin zəfəri”

Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Konfransı açıq elan edən moderator Ümummilli Lider Heydər Əliyevin Xocalı soyqırımının on illiyi ilə əlaqədar xalqımıza müraciətində qeyd etdiyi kimi, bu amansız və qəddar soyqırım aktının insanlıq tarixinə ən qorxulu kütləvi terror […]

Mingəçevirdə Xocalı faciəsinin anım günü nə ilə yadda qaldı?

Xocalı faciəsinin 29-cu ildönümü Mingəçevirdə soyqırım abidəsinin ziyarəti ilə başlanıb. Dövlət qurumları və ictimaiyyət nümayəndələri pandemiya səbəbindən kiçik tərkiblə Şəhidlər Xiyabanına gəliblər. Torpaqlarımızın azadlığı uğrunda həyatını dəyişənlərin ruhlarına dua verilib. Bundan sonra iştirakçılar Soyqırım abidəsi önünə tər gülllər düzərək, faciə qurbanlarımızın xatirəsini yad ediblər. Ardınca dövlət və ictimaiyyət nümayəndələri Mingəçevir Şəhər İcra Hakimiyyətinin YAP şəhər […]

Mingəçevir Dövlət Universitetində “XX əsrin ən qəddar cinayəti – Xocalı qətliyamı: tarixi-psixoloji təhlil” mövzusunda mühazirə keçirilib

2021-ci ilin 25 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) tələbə və magistrantlar üçün Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş “XX  əsrin ən qəddar cinayəti – Xocalı qətliyamı: tarixi-psixoloji təhlil” mövzusunda mühazirə keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən mühazirədə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova, ilk öncə, […]