Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib
2021-ci ilin 25 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və Xocalı Rayon Mədəniyyət Evinin direktoru Orxan Məmmədov qonaq qismində iştirak ediblər. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən tədbiri açan MDU-nun […]