Browsing yearly archive

2021

Mingəçevirdə kütləvi dava olub, 3 nəfər bıçaqlanıb

Mingəçevirdə kütləvi dava olub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, bir qrup şəxs arasında düşən davada 3 nəfər bıçaqlanıb. Bıçaq xəsarətləri alan – 1986-cı il təvəllüdlü İbişov Çingiz İsmayıl oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Ramin Əliheydər oğlu və 1980-ci il təvəllüdlü Əmirov Elçin Aydın oğlu xəstəxanaya yerləşdiriliblər. Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə müştərilərə qəlyan verən çay evi cərimələnib

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərar və göstərişlərin icrası ilə əlaqədar polis əməkdaşları tərəfindən nəzarət tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Arena” çay evində karantin qaydalarının […]

Zəfərimizin 100 günü

Mingəçevir Gənclər Evi və minfo.az  portalının birgə təşkilatçılığı ilə keçirilən “Zəfərə Gedən Yol” layihəsi davam edir. Zəfərimizin 100 günü ərəfəsində layihənin növbəti qonaqları İkinci Qarabağ müharibəsi zamanı Müzəffər Ordumuzun sıralarında düşmənə qarşı mübarizə aparan şəhərimizin və ailəmizin qəhrəmanları olub. Görüş Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə […]

Sumqayıt Texnologiyalar Parkı ölkəyə xarici sərmayə cəlb edib

Sumqayıt Texnologiyalar Parkı və Türkiyənin iri sənaye qrupu olan Kibar Holding-ə aid Assan Panel Sanayı ve Ticaret A.Ş. (Assan Panel) şirkəti sendviç panellərin və tamamlayıcı məhsulların istehsalı üzrə birgə müəssisə yaratmaq məqsədilə müqavilə imzalayıblar. “ASSAN-STP PANEL” adı altında fəaliyyət göstərəcək şirkət STP-nin Sendviç Panelləri Zavodunun bazasında yaradılacaqdır. Razılaşma STP ilə yanaşı ölkə iqtisadiyyatı üçün də böyük […]

Mingəçevir Dövlət Universiteti və Almaniyanın Siegen Universiteti arasında birgə layihə uğurla yekunlaşıb

2021-ci ilin 12 fevral tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Almaniyanın Siegen Universiteti arasında “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda birgə layihənin başa çatması ilə əlaqədar olaraq bağlanış və mükafatlandırma mərasimi keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən mərasimdə MDU-nun rektoru Şahin Bayramov, universitetin tələbə, magistrant və akademik heyət üzvləri, Siegen Universitetindən layihə rəhbəri “Sahibkarlıq […]

Tanınmış fotojurnalist Rza Diqqəti Mingəçevir Dövlət Universitetinin qonağı olub

2021-ci ilin 12 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “National Geografic” jurnalının tanınmış fotojurnalisti, Fransada yaşayan dünya şöhrətli azərbaycanlı fotoqraf Rza Diqqəti ilə görüş keçirilib. Universitetin Tələbə Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən görüşdə professor-müəllim və tələbə heyəti üzvləri iştirak ediblər. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə giriş sözü ilə çıxış […]

Mingəçevir Dövlət Universitetində dünya şöhrətli alim Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş elmi-nəzəri seminar keçirilib

2021-ci ilin 11 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilmiş elmi-nəzəri seminar keçirilib. Seminarda universitetin professor-müəllim və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən seminarı açan MDU-nun rektoru Ş.Bayramov, ilk […]

Qarabağ döyüşlərində itkin düşmüş hərbçimizin nəşi tapılıb

İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən və müharibə bitsə də, axtarışları aylardır davam edən daha bir döyüşçümüzün nəşi tapılıb. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, itkin kimi axtarışda olan 1998-ci il təvəllüdlü hərbi qulluqçu Aslanov Bəxtiyar İlqar oğlunun cənazəsi Murov dağın Ağbaba yüksəkliyində aşkar olunub. Şəhid döyüşçü əslən Şuşa şəhərindəndir […]

Mingəçevirdə heroin satan ana və oğlu saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən ana və oğlu saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə,  daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində Mingəçevir şəhər sakinləri Arzu Əliyeva və oğlu, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə […]