Browsing yearly archive

2021

Mingəçevirdə heroin satan ana və oğlu saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən ana və oğlu saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə,  daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində Mingəçevir şəhər sakinləri Arzu Əliyeva və oğlu, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə […]

DƏDRX 17 saylı Yevlax Ərazi İdarəsinin baş mühəndisi barəsində qətimkan tədbiri seçilib

Mingəçevir şəhər prokurorluğunun yaydığı  məlumata görə,  Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) 17 saylı Yevlax Ərazi İdarəsinin baş mühəndisi Rövşən İsmayılovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında  araşdırma aparılıb. Məlum olub ki, həmin şəxs Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən və AzərSu ASC-nin balansında olan 0,20 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışı […]

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

2021-ci ilin 11 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin imtahan sessiyası çərçivəsində beşinci “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb. Onlayn “Açıq qapı” günlərinin universitetdə çevik və səmərəli idarəetmənin təmin olunmasında tətbiq edilən faydalı […]

Mingəçevir Dövlət Universiteti Vətən müharibəsində dəstəyinə görə Fəxri Fərmana layiq görülüb

Mingəçevir Dövlət Universiteti (MDU) N saylı hərbi hissənin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edilib. Fərman MDU-nun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsi dövründə hərbi hissəyə yaxından dəstək göstərdiyinə görə təqdim edilib. Qeyd edək ki, müzəffər Ali Baş Komandanımız və rəşadətli Azərbaycan Ordusunun sayəsində 30 illik doğma Qarabağ həsrətinə son qoyan Zə­fər yürüşündə MDU-nun […]

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Mingəçevir Dövlət Universitetində Karyera Mərkəzinin yaradılmasına dəstək göstərir

Mingəçevir Dövlət Universitetində (MDU) Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən Azərbaycanda həyata keçirilən “Cənubi Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi və sosial inkişafı” proqramının (EPİC) ekspertləri Jalə Ələkbərova, Günel Mustafayeva və Nicat Qarayev ilə görüş keçirilib. Görüşdən əvvəl, EPİC proqramı çərçivəsində MDU-da […]

Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyası uğurla yekunlaşıb

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla başa çatıb. Azərbaycan Respublikasının Təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 11 dekabr 2020-ci il tarixli müvafiq əmrinin tələbləri əsasında təşkil olunan bütün imtahanlar “Microsoft Teams” platforması üzərindən distant (məsafədən) formada baş tutub. 2021-ci ilin 11 yanvar – 6 fevral tarixlərində şifahi […]

Dövlət Turizm Agentliyinin nümayəndə heyəti Mingəçevirdə

Dekabrın 9-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmitinin təhbərliyi ilə nümayəndə heyəti  Mingəçevirdə olub.  Onlar su anbarının sahil zolağına, Kür çayının sahilinə və digər turizm rekreasiyalarına baxış keçirib, ulu öndərin abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər. Qonaqları qəbul edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov […]

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti görüşü keçirilib. Videokonfrans formatında təşkil olunan və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi görüşün əsas məqsədi Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN Login” sisteminin videoqeydiyyat imkanının təqdim edilməsi olub. Azərbaycan İnternet Forumunun prezidenti, İctimai […]

Region mediası niyə diqqətdən kənardadır?

Fevralın 6-da  ELTV-nin “İndiki zaman” proqramında region mediasının mövcud durumu ilə bağlı maraqlı müzakirə keçirildi. Bölgə KİV-lərinin problemlərini və yein yaradılan Media Agentliyindən gözləntiləri verilişin aparıcısı İnqilab Şirinbəyli “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və şair-publisist Elşən Əzimlə birlikdə müzakirə etdi.