Browsing yearly archive

2022

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Cənubi Koreyadan gələn əməkdaşla görüşüb

Rektor Şahin Bayramov “Cənubi Koreyanın Elm və İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyi və IT Sənayesinin Təşviqi üzrə Milli Agentliyinin “Süni intellekt və Təhsil Texnologiyaları” (AI & Edu-Tech) mövzusunda birgə təşkil etdiyi təlimdə uğurla iştirak edən Mingəçevir Dövlət Universitetinin (MDU) gənc əməkdaşı Elçin Tağıyevlə görüşüb.” 2022-ci ilin 10-20 oktyabr tarixlərində Seul şəhərində keçirilən təlimdə MDU-nun İnformasiya texnologiyaları kafedrasının […]

Prezident İlham Əliyev bu şəxsləri təltif edib

 Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Əmək” ordeni ilə Abdullayev Razi Fərman oğlu Alıyev Etibar İlyas oğlu Bədəlov Rafiq Məmmədəli oğlu Eldarov Xanlar Bayramşah oğlu Əhmədov Ələsgər Fərzi […]

“Gənclər üçün Soft Skills” layihəsindən kimlər faydalandı?

Layihə çərçivəsində Balakən rayonunda və Mingəçevir şəhərində gənclərə ünsiyyət bacarıqları, liderlik və komanda ilə iş, bədən dili, auditoriya qarşısında çıxış, müsahibədə nitq və digər yumşaq bacarıqların öyrədilməsi üçün təlimlər keçilib. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində və Balakən […]

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində fərdi layihələr kateqoriyasında  “Şagirdlərdə kodlaşdırma və kompüter mühəndisliyi istiqamətlərində ilkin bilik və bacarıqların formalaşdırılması üçün təlimlər” layihəsinin təqdimatı keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində fərdi layihələr kateqoriyasında  “Şagirdlərdə kodlaşdırma və kompüter mühəndisliyi istiqamətlərində ilkin bilik və bacarıqların formalaşdırılması üçün təlimlər” layihəsinin təqdimatı keçirilib. Təqdimat Yevlax rayon Hürüuşağı kənd tam orta məktəbdə baş tutan təqdimatda məktəbin direktoru İsmayılov Elgün  və müəllim kollektivi iştirak […]

“Qarabağ” futbol klubunun Pley-off-dakı bütün rəqibləri bəlli oldu

“Qarabağ”  1/16 finala adlasa qarşılaşacağı  rəqib komandalar bəlli olub.  Belə ki, “Qarabağ” futbol klubu Çempionlar Liqasının qrup mərhələsində 3-cü yeri tutan 8 komandadan biri ilə üz-üzə gələcək. Qurban Qurbanovun komandası UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Almaniyanın “Frayburq” klubu ilə qarşılaşacaq  qrupu ikinci pillədə bitirərsə aşağıdakı komandalar ilə qarşılaşacaq: “Ayaks” “Bayer” (Leverkusen), “Barselona” “Sportinq” […]

Qazi Universitetinin daha bir alimi MDU-da fəaliyyətə başlayıb

Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Qazi Universitetinin Texnoloji fakültəsinin Kompüter mühəndisliyi ixtisası üzrə dosenti Sinan Toklu cari tədris ilində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq, MDU-nun rektoru Şahin Bayramov qonaq alimlə görüşüb. Qardaş ölkənin akademik heyət üzvünü salamlayan Ş.Bayramov son dövrdə Qazi Universiteti ilə yaradılan əməkdaşlığın MDU-nun modernləşməsi […]

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

2022-ci ilin 1 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. İclasda “2023/2024-cü tədris ilinin tələbə qəbulu proqnozu layihəsi”, “Tədris prosesinin tədris-metodiki vəsaitlərlə təmin edilməsi vəziyyəti”, “MDU-da tədrisin keyfiyyətinin mövcud vəziyyəti” və “MDU-da İnformasiya texnologiyaları sahəsində fəaliyyət” haqqında hesabatlar dinlənilib. Aparılan […]

Mingəçevir Dövlət Universitetində açıq dərs: Torpağın mühafizəsi

2022-ci ilin 27 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində “Ümumi ekologiya” fənni üzrə “Torpağın mühafizəsi” mövzusunda açıq dərs keçirilib. MDU-nun “Fizika və ekologiya” kafedrasının müəllimi Aytac Cavadovanın apardığı açıq dərsi “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrlə yanaşı, bir qrup akademik və inzibati heyət üzvü, Mingəçevirdə fəaliyyət göstərən 8 saylı Regional Ekologiya və […]

Mingəçevir Dövlət Universitetində növbəti tələbə elmi konfransı keçirilib

2022-ci ilin 27 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin (TEC) XIV elmi  konfransı keçirilib. Konfransda MDU-nun Təhsil fakültəsinin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Konfrası giriş sözü ilə açan fakültənin dekanı Nizami Zeynalov proqrama daxil olan məruzələrin […]

MDU-da “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib

2022-ci ilin 31 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir şəhər filialının təşkilatçılığı ilə “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə filialın rəhbəri Adil Həsənov,  MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib. Tədbirdə giriş sözü ilə çıxış edən MDU rektorunun müşaviri Ramin […]