Browsing yearly archive

2022

“Tərtər işi” üzrə həbs edilən məhbuslardan bir qisminin məhkumluğu götürülüb

Vəkil Rəsul Cəfərovun mətbuata verdiyi məlumata əsasən 2 noyabr tarixində Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda Tərtər Hərbi Məhkəməsinin 2018-ci ildə çıxardığı hökm ləğv olunub. Qərara əsasən, 11 nəfər barəsindəki cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb. Gəncə Apellyasiya Məhkəməsi Tərtər Hərbi Məhkəməsinin işə baxarkən ciddi nöqsanlara yol verdiyini bildirib. […]

Türkiyənin məhşur aktyoru, yazıçı və jurnalisti Rıza Akın dünyasını dəyişib. Səhər saatlarında  Türkiyə mətbuatında yayılan bu xəbər aktyorun sevənlərini kədərə boğub. Aktyor bir çox uğurlu layihələrdə rol alıb, sonuncu dəfə “Sevmədim demə” filmi ilə böyük ekranlara çıxıb. Ötən gün vəziyyəti pisləşən 65 yaşlı aktyoru xəstəxanaya aparıblar. Aparılan yoxlamalardan sonra onun beyninə qan sızdığı məlum olub. […]

Şəbnəm Tovuzlunun İnstagram səhifəsindəki paylaşımı gündəm oldu.

“Şəbnəm Tovuzlunun ilk dəfə həyat yoldaşı ilə fotoları yayıldı” Azərbaycanın məhşur müğənnisi Şəbnəm Tovuzlu ilk dəfə həyat yoldaşının fotosunu paylaşıb. Şəbnəm instaqramda yerləşdirdiyi şəklə “görəsən, Əli atası ilə nə danışır” şərhini yazıb. Oğlu Əlinində yer aldığı foto müğənninin izləyənləri tərəfindən böyük bəyəni toplayıb. Qeyd edək ki, Şəbnəmin ilk nikahından Günel adlı qız övladı var.

Ağcabədidə də “Ekoloji təmiz məhsul” istehsalı təşviq olunur

Ekoloji İnformasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında “ekoloji təmiz məhsul “ istehsalının təşviqi” layihəsi çərçivəsində 2022-ci il noyabrın 1-də Ağcabədi şəhərində 25 nəfər fermer üçün seminar təşkil edib. Bu barədə birlik məlumat yaıb. Məlumatda deyilir ki,  tədbir öncəsi  ölkəmizin  ərazi bütövlüyü uğrunda canından […]

Mingəçevir Şəhərində yerləşən Gimnaziya fərqliliyi ilə seçilir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mingəçevir Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya 24 saat şagirdlərinin qayğısına qalır. Nur şəhərimizdə yerləşən bu Gimnaziya və onun imkanları çox genişdir. Nəzərə alsaq ki, indi bir çox ailələrdə hər iki aparıcı qüvvə işləyir, bu zaman valideyinlər üçün çox çətin olur övladlarını məktəbdən sonra repititor yanına […]

Yeni layihə: “Sosial Teatr”

Resource HUB tərəfindən MOCI Qafqaz 2022 proqramı çərçivəsində baş tutacaq Sosial Teatr layihəsinə müraciətlər açıq elan olunur. MOCI Avropada icmaların öz səlahiyyətlərinin artırılması və yaradıcı bacarıqların inkişafı üçün müxtəlif Avropa vətəndaş təşkilatlarının təşəbbüsüdür. Bu layihə Mingəçevir şəhərindən olan gənclərin teatr bacarıqlarının artırılmasına dəstək verəcək və cəmiyyətimizdə olan sosial problemlərin həlli yollarını axtaracaq. Son qeydiyyat tarixi: […]

“Planet-qatil” adlandırılan astroid yer kürəsi ilə kəsişə bilər.

ABŞ alimləri xəbərdarlıq ediblər ki, son 8 ildən artıq müddətdə müşahidə edilən potensial ən təhlükəli asteroid Yer kürəsi ilə kəsişə bilər. Karnegi Elm İnstitutunun Yer və Planetlər Laboratoriyasından astronom Scott Sheppard, ölçüləri təxminən 1,5 kilometr diametrdə “planet qatili” olaraq xarakterizə edilən Yerə yaxın 2 asteroid kəşf etdiklərini açıqladı. Bu asteroidlərdən yalnız “2022 AP7”nin Yer üçün […]

YouTube yeni dizaynı ilə qısa və uzun videoları ayırır

YouTube veb-saytını və mobil proqramlarını yeniləyir. Beləliklə, qısa filmlər, canlı yayımlar və adi videoların hər biri tək siyahıda birlikdə göstərilmək əvəzinə, yaradıcının kanalında öz nişanları ilə görünəcək. Məsələ ilə bağlı dəstək yazısında şirkət bildirib ki, dəyişiklik istifadəçi rəyinə əsaslanır və izləyicilər yaradıcının kanal səhifəsini araşdırarkən onları ən çox maraqlandıran məzmun növlərini kəşf etməyi asanlaşdıracaq. Yeniləmədən […]

Gəlirlərini artıran Google mənfəətin azalmasının qarşısını ala bilmir!

Google-un ana şirkəti Alphabet, azalan mənfəətini yenidən artırmağı hədəflədiyini yayda açıqladı. Lakin Alphabet-in son maliyyə hesabatı göstərir ki, şirkət gəlirlərinin artmasına baxmayaraq, mənfəətdəki azalmanı saxlaya bilməyib. 2022-ci ilin üçüncü rübündə 69 milyard dollar qazanan şirkət 13,9 milyard dollar mənfəət açıqlayıb. 2021-ci ilin üçüncü rübündə şirkət 65,1 milyard dollar gəlir və 18,9 milyard dollar mənfəətlə rekorda […]

Diqqət! TikTokdan xəbər var…

TikTok tətbiqdaxili alışlarla gündəlik 2.5 milyon gəlir əldə edərək dünyanın ən çox qazanan sosial proqramı oldu. Qısa video paylaşma platforması olan TikTok son illərdə böyük populyarlıq qazanaraq dünyanın ən çox gəlir əldə edən proqramına çevrildi. Gəlir artımı TikToku-u digər sosial platformalar ilə daha güclü rəqabət etməyə sövq etdi. Oktyabr ayının 31-də toplanan məlumata görə 2022-ci […]