Browsing yearly archive

2022

Mingəçevir Dövlət Universitetində yeni tədris ilinin başlanması münasibətilə görüşlər keçirilib

2022-ci ilin 9 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin başlanması ilə əlaqədər universitetin professor-müəllim və inzibati-texniki heyət üzvləri ilə görüşlər keçirilib. Əməkdaşları səmimi salamlayan MDU-nun rektoru Şahin Bayramov görüş iştirakçılarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara pedaqoji və elmi fəaliyyətdə yeni-yeni uğurlar arzulayıb. Yay tətili müddətində MDU adına qazanılan uğurlardan […]

Mingəçevir Dövlət Universiteti “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonunda təmsil olunur

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakaton yarışı keçirilir. 09-11 sentyabr tarixlərində baş tutan yarışda Mingəçevir Dövlət Universitetinin (MDU) “Land of MDU” komandası da iştirak edir. Regionu təmsil edən MDU komandası […]

Səyyari görüşdə hansı problemlər qabardıldı?

Sentyabrın 9-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mikayıl Müşfiq küçəsinin sakinləri ilə görüşüb. Görüşdə İH aparatının məsul işçiləri, idarə və müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlham İsmayılov deyib ki, ölkə Prezidentinin tapşırığı ilə keçirilən belə görüşlərin məqsədi sakinlərin problemlərini öyrənməklə, onların həllinə çalışmaqdır. Başçı Qarabağda və Azərbaycanın hər regionunda aparılan abadlıq […]

Qarabağ İqtisadi Rayonunun fermerlərinə “ekoloji təmiz məhsulun” istehsalı təşviq olunacaq

“Ekoloji İnformasiya ” İctimai Birliyi “Qarabağ iqtisadi rayonunun  fermerləri arasında  “ekoloji təmiz məhsul” istehsalının təşviqi” ” mövzusunda növbəti layihəsinin icrasına start verib. Bu barədə birliyin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə üç ay davam edəcək layihənin məqsədi Ağcabədi, Ağdam, Bərdə və  Tərtər rayonlarının fermerləri arasında […]

Mingəçevirdə Tural bulağı açıldı, qazı övladlarına məktəb ləvazimatları hədiyyə edildi

Sentyabrın 10-da Mingəçevirdə Tural Əmir oğlu Orucovun anım günü keçirilib. Qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri mərasimə Şəhidlər Xiyabanından başlayıb. Turalın və digər şəhidlərimizin xatirələri anılıb, ruhlarına dualar oxunub. Bundan sonra xatirə bulağının açılışı olub. Yüzlərlə mingəçevirlinin qatıldığı tədbirdə Tural Orucovun ikinci Qarabağ müharibəsində Şuşaya qədər uzanan döyüş yolundan danışılıb. Atası Əmir kişi, döyüş yoldaşları, […]

Mingəçevir Dövlət Universiteti Çexiyada beynəlxalq layihədə təmsil olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) Xarici dillər kafedrasının müəllimi Türkanbəyim Əhmədova “Erasmus+” mübadilə proqramı çərçivəsində Çexiyada iki həftə davam edən  “Leaders of Tomorrow” (Sabahın liderləri) layihəsinin təlimlərində iştirak edib. Çexiyanın Pec Pod Snezkou və Madrid El Rasilio de Cameros şəhərlərində təşkil olunan təlimlərin təşkilində məqsəd gənclərin liderlik və idarəetmə bacarıqlarının artırılmasıdır. Əsas gözlənti layihə iştirakçılarının qazandıqları […]

Mingəçevir Dövlət Universitetində şəhid Yasən Əhmədovun övladı ilə görüş keçirilib

2022-ci ilin 7 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Vətən müharibəsində şəhid olmuş Yasən Əhmədovun övladı Yelmar Əhmədov və şəhidin həyat yoldaşı Aygün Əhmədova ilə görüşüb. 44 günlük Zəfər yürüşündə qəhrəmancasına şəhid olan, qanı ilə tarix yazan şəhid Yasən Əhmədovun hər iki övladının MDU-nun tələbəsi olmasından qürur duyduğunu ifadə edən rektor Şahin […]

Mingəçevir Dövlət Universitetində “Tyutor xidməti” təlimlərinə start verilib

2022-ci ilin 5 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Tyutor xidməti” təlimlərinə start verilib. Bir həftəlik təlimlərdə Universitetin müvafiq əməkdaşları ilə yanaşı, Mingəçevir şəhərində yerləşən təhsil müəssisələrinin nümayəndələri və gələcəkdə ali təhsil sistemində çalışmaq istəyən gənclər iştirak edirlər. Təlimlərin keçirilməsində əsas məqsəd iştirakçıların ali təhsilin məzmunu, tədris və elmi fəaliyyətin əsas istiqamətləri, universitetlərin missiyası, Bolonya […]

Azərbaycan – İtaliya münasibətlərində önəmli əməkdaşlıq istiqamətlərindən biri də təhsil sahəsidir

Bu gün yeni dünya düzəninin formalaşması prosesi Avropada baş verən hadisələr, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda bütün böhranlı məqamları ilə daha qabarıq formada müşahidə olunmaqdadır. İtaliya Respublikasına səfəri çərçivəsində sentyabrın 2-də “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilmiş 48-ci […]

Azərbaycan əhalisinin az qala yarısı pensiya yaşına çatmır

Statistik məlumata görə, Azərbaycan əhalisinin təxminən 40 faizi pensiya yaşına çatmadan vəfat edir. Kişilər arasında bu göstərici 47 faizə bərabərdir. Eyni zamanda pensiya qanununa əsasən yaşa görə pensiyanın ödənməsi 12 illik dövr üçün nəzərdə tutulub. Mütəxəssislərin fikrincə, əgər qanunlar real statistikaya uyğunlaşdırılsa, pensiyaların həcmi xeyli arta bilər. Orta ömür üç il qısalıb Son iki ildə […]