Browsing yearly archive

2022

MVA məcburi köçkünlərin peşə ehtiyaclarını araşdırır

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi sentyabr ayının əvvəlindən  “Məcburi köçkünlərin məşğulluq ehtiyaclarının araşdırılması” layihəsinə başlayıb və mövcud fəaliyyət Mingəçevir, Bərdə və Ağdam bölgələrini əhatə edəcək. Bu barədə MVA İB-nın prezidenti və layihə rəhbəri Fərman Nəbiyev məlumat verib. Onun açıqlamasına görə, köçkünlərin məskunlaşdığı 3 bölgədə qayıdış ərəfəsində məşğulluqla bağlı müzakirələr aparılacaq: “Yerli icmalarla görüşəcək, köçkünlərin peşə […]

Azərbaycan Nobel Mükafatçıları tədbirində təmsil olunub

2022-ci ilin 23-27 avqust tarixlərində Almaniyanın Lindau şəhərində İqtisadiyyat Elmləri üzrə 7-ci Lindau Nobel Laureatlarının Görüşü baş tutub. Bu il əlamətdar tədbirdə 20 Nobel Mükafatçısı və dünyanın hər yerindən seçilmiş 330 gənc iqtisadçısı iştirak edib. Qeyd edək ki, bu görüşlər 1951-ci ildən mütəmadi olaraq keçirilir. Əsas məqsəd Nobel mükafatı laureatlarının gələcək nəsil iqtisadçılarla görüşüb fikir […]

Şəhid Yasən Əhmədovun ikinci övladı da Mingəçevir Dövlət Universitetinin tələbəsi oldu

Vətən müharibəsində şəhid olan Mingəçevir şəhidi Yasən Əhmədovun oğlu Yelmar Əhmədov Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi adını qazanıb. “Kompüter mühəndisliyi” ixtisasına qəbul olan Y.Əhmədova təbrik və təşəkkürünü bildirmək üçün MDU-nun rektoru Şahin Bayramov “Facebook” səhifəsində paylaşım edib: “Vətən müharibəsində Şəhid olan Yasən Əhmədovun oğlu Yelmar Əhmədov Mingəçevir Dövlət Universitetinin (MDU) “Kompüter mühəndisliyi” ixtisasına qəbul olub. […]

Mingəçevir Dövlət Universitetində sənəd qəbulu onlayn aparılacaq

Mingəçevir Dövlət Universitetində sənəd qəbulu onlayn aparılacaq 2022/2023-CÜ TƏDRİS İLİNDƏ MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİNƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏRİN VƏ VALİDEYNLƏRİNİN NƏZƏRİNƏ! (02.09.2022-12.09.2022)   MDU-da sənəd qəbulu onlayn aparılacaq! ​Ali təhsil müəssisələrinin bakalavriyat səviyyəsinə qəbul olmuş şəxslər mütləq “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Ali və orta ixtisas təhsili müəsssisələrinə təhsilalan […]

Yük maşını velosipedçini vurdu, özü də aşdı

Mingəçevirdə velosipedçini vuran yük maşını aşıb. data.org.az-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, Texnologiyalar Parkı yaxınlığında baş verib. Dondurma daşıyan kiçik tutumlu yük maşını 1980 ci il təvəllüdlü velosipedçi Ayaz Bəxtiyar oğlu Şahquliyevi vurub və  aşıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparıllr.

Mingəçevir Dövlət Universiteti İqtisadi Araşdırmalar və Tədris Mərkəzi ilə əməkdaşlıq edəcək

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) nümayəndələri ilə görüşüb. Rektor MDU-nun strateji hədəfləri, universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri, tələbə və müəllim heyətinin praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə atılan addımlar və universitet – sənaye işbirliyinin genişləndirilməsinin əhəmiyyəti haqqında məlumat verib. MDU ilə İATM arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasında […]

Azərbaycan və Qazaxıstan: 30 illik əməkdaşlıqda yeni səhifə

Azərbaycanla Qazaxıstanı tarixi dostluq-qardaşlıq telləri bağlayır. Burada eyni soykök, eyni mədəni və mənəvi amillər mühüm önəm kəsb edir. Eyni zamanda, hər iki ölkə strateji tərəfdaşdır. Ölkələrimiz arasında diplomatik əməkdaşlığın qurulmasından keçən 30 il ərzində münasibətlər bütün sahələr üzrə dinamik inkişaf yolu keçib. Xüsusən, Qazaxıstan Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan ədalətli mövqe nümayiş […]

Mingəçevir Bələdiyyəsi yanında İctimai Şuraya seçkilər keçirilib

Avqustun 27-də Mingəçevir Bələdiyyəsi yanında İctimai Şuraya seçkilər keçirilib.  Prosesə 13 namızəd (mediadan 2, QHT-lərdən 9 və məhəllə komitələrindən 2 nümayəndə) qatılıb. Onlar 7 yer uğrunda mübarizə aparıblar. Saat 10-da başlayan və 12-də bitən seçkidə 143 nəfər səs verib. 2 bülleten istifadə olunmamış qalıb. Səssaymadan sonra nəticələr elan olunub: Cəfərov Oktay İsa oğlu (“Qarabağ Əlillərinə […]

Elektriklə diqqətli davranın

Yaşadığımız dövrdə elektrik enerjisinin böyük rol oynadığı danılmazdır. Lakin onun yarada biləcəyi təhlükə də hamıya məlumdur. Bu səbəbdən elektrik cihazları, şəbəkələri və məftilləri ilə çox diqqətli davranmaq lazımdır. Təhlükə yaradan vasitələrdən biri yerə düşmüş elektrik məftilləridir. Diqqətli olun, belə məftillər çox təhlükəlidir. Heç vaxt özünüz yerə düşmüş məftili təmir etməyə çalışmayın. Xüsusilə güclü külək zamanı […]

Mingəçevir Dövlət Universiteti Lüksemburq Universiteti ilə əməkdaşlıq edəcək

Mingəçevir Dövlət Universiteti (MDU) ilə dünya səviyyəli tədqiqat universiteti hesab edilən Lüksemburq Universiteti arasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramı çərçivəsində protokol imzalanıb. Protokolda hər iki universitet arasında tələbə və heyətin mübadiləsi üçün müvafiq imkanların təmin edilməsi razılaşdırılıb. Lüksemburq Universiteti Avropanın 2003-cü ildə qurulmuş gənc universitetlərindən biridir. Universitet fransız, alman və ingilis dillərində çoxdilli proqramlar […]