Browsing yearly archive

2022

Mingəçevir Dövlət Universiteti yeni ERASMUS+ layihəsində tərəfdaşlıq edəcək

Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşlıq etdiyi Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi (Virtual Youth Business Hubs International Network – VEHUB4YOU) layihəsi Avropa İttifaqının Erasmus+ proqramının qalibi elan edilib. Gənclər sahəsində potensialın gücləndirilməsinə, əməkdaşlıq və mübadiləyə dəstək göstərən yeni layihənin 36 ay ərzində icra edilməsi nəzərdə tutulur. Layihənin koordinatoru qismində İtaliyanın Floggia Universiteti (UNIFG) çıxış edəcək. […]

Amerikalı mütəxəssis Mingəçevir Dövlət Universitetində fəaliyyət göstərəcək

2022/2023-cü tədris ilində ABŞ Dövlət Departamentinin Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Proqramı çərçivəsində Amerikalı mütəxəssis John Bunke Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyət göstərəcəkdir. TEFL (Teaching English as a Foreign Language) sertifikatlı qonaq mütəxəssis bir il ərzində MDU-da “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisası üzrə kadr hazırlığının təkmilləşdirilməsinə, eləcə də digər ixtisaslarda İngilis dili fənninin tədrisinin keyfiyyətinin […]

Mingəçevir Dövlət Universitetində Abituriyentlərə Dəstək Qrupu yaradılıb

2022-ci ilin 16 avqust tarixindən ali təhsil müəssisələrinə ixtisas seçimininin başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin nəzdində Abituriyentlərə Dəstək Qrupu (ADQ) fəaliyyətə başlayıb. MDU-nun gənc akademik heyət üzvlərindən formalaşan ADQ avqustun 28-dək davam edəcək ixtisas seçimi zamanı abituriyentlərə ödənişsiz olaraq müvafiq məlumatlandırıcı və məsləhət xidmətləri göstərəcək. Müsabiqə şərtlərini ödəyən […]

Mingəçevir Dövlət Universitetində yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib

2022-ci ilin 16 avqust tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 2022/2023-cü tədris ili üçün bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər – Elnarə Əhmədova,  Fatimə Məmmədli, Leyla Rzazadə və onların valideynləri ilə  görüşüb.   Görüşdə qəbul imtahanlarında yüksək nəticələr göstərən abituriyentləri təbrik edən Ş.Bayramov onların bu uğurlarında pay […]

Mingəçevir Dövlət Universiteti rebrendinq edilib

Mingəçevir Dövlət Universitetində (MDU) bu ali təhsil müəssisəsinin modernləşdirilməsi istiqamətində reallaşdırılan tədbirlər çərçivəsində rebrendinq həyata keçirilib. 2022-ci ilin 16 avqust tarixində MDU-da rebrendinq çərçivəsində hazırlanmış yeni korporativ stilin, o cümlədən yeni loqonun və rəsmi saytın təqdimat mərasimi keçirilib. Təqdimatda Mingəçevir şəhər Təhsil sektoru, Gənclər və İdman İdarəsi, “Azərbaycan” İES MMC, ümumtəhsil müəssisələri və mətbuat nümayəndələri, […]

Cənab leytenant qızının dünyaya gələcəyini gözləyirdi…

İki ay sonra Zərifənin bir yaşı olacaq. Avqustun 13-də isə atasının şəhidliyə ucalmasından bir il keçdi. 2021-ci il avqustun 13-də Kəlbəcər rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı hərbi qulluqçular – leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak oldular. 1997-ci ildə doğulmuş Eldar […]

Fərid Cəfərov Mingəçevir gənclərinin qonağı oldu

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi və “İşıqlı Gələcək” GİB-in təşkilatçılığı ilə “Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi” layihəsi çərçivəsində keçirilən görüşdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclərə fondun fəaliyyəti, gənclər üçün yaradılan imkanlar, görülən işlər və onları gözləyən yeniliklərlə bağlı məlumat verib. Gənclərin suallarını […]

Mingəçevir Dövlət Universiteti publik hüquqi şəxsə çevrildi

https://nk.gov.az/az/document/6315/ Mingəçevir Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R Mingəçevir Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.12.1-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının […]

Günay Pirizadə “Mən gələcəm” dedi – KLİP

“Ata Ocağı” teleserialında “Bahar” obrazını canlandıraraq, qısa zamanda minlərlə tamaşaçının rəğbətini qazanmış gənc aktrisa Günay Pirizadə “Mən Gələcəm” adlı yeni klipini təqdim edib. Mi-News.az bugun.tv-yə istinadən bildiri ki, klip Youtube video platformasında yayımlanıb və sosial şəbəkələrdə izləyicilər tərəfindən müsbət qarşılanıb. Yeni klipi təqdim edirik:  

Avtoxidmətlə məşğul olan sahibkarlar KOB dostunun görüşünə gəldi

2022-ci il avqustun 9-da KOBİA-nın Mingəçevirdəki KOB dostu avtomobil servisi, diaqnostika və təmir xidmətləri üzrə fəaliyyət göstərən şəxsləri bir araya gətirib. 2 saata yaxın davam edən görüşdə  sahibkarları narahat edən məsələlər araşdırılıb, çıxış yolları müzakirə olunub. Xüsusən işçilərlə və peşə təliminə cəlb olunan 15-16 yaşlı uşaqlarla əmək münasibətlərinin tənzimlənməsi, torpaq və qeyri-yaşayış sahəsi olmayan və […]