Browsing yearly archive

2022

Mingəçevirdə güclü külək fəsadlar törədib

Bu gün, martın 28-də səhər saatlarından əsən güclü külək Mingəçevirdə bir sıra fəsadlar törədib. Belə ki, şəhərin Gəncə şosesində quraşdırılmış iri reklam löhvəsi aşıb. Avtomobil yollarında  sürücülər çətin anlar yaşayıblar. Şəhərin bir neçə yaşayış binasının qarşısında iri gövdəli ağacların budaqları da küləyin sürətinə tab gətirməyib. Qırılan ağaclar aidiyyəti qurumlar tərəfindən götürülüb. Səhərdən başlayan güclü külək […]

Mingəçevir Dövlət Universiteti Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda

Mingəçevir Dövlət Universiteti (MDU) 2022-ci ilin 22-24 mart tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində təşkil edilən 5-ci MENA Ali Təhsil Liderlik Forumunda (The 5th MENA Higher Education Leadership Forum) təmsil olunub. Forum “COVID 19-dan sonrakı dövrdə ali təhsilin yenidən qurulması: daha çevik ali təhsil ekosisteminə doğru” (Re-inventing Higher Education Post COVID-19: Towards a Responsive Higher […]

Bütün həyatını Mingəçevirə həsr etmiş Qəşəm İsmayılov kimdir?

Elə insanlar var ki, bir vaxtlar gənc mütəxəssis kimi və digər səbəbdən gəldiyi şəhəri sonralar heç vaxt tərk edə bilmir. Bu şəhərdə çalışır, ailə-uşaq, hörmət-izzət sahibi olur, insanlarıyla doğmalaşır, bir sözlə, bu şəhər onun bütün həyatının qayəsinə çevrilir. Martın 24-də bütün həyatını öz doğma şəhəri Mingəçevirə həsr etmiş, dəyərli ağsaqqal və ziyalı, təşəbbüskar- təşkilatçı və […]

BMT nümayəndələrinin Şuşada tədbirdə iştirakına Yerevanın reaksiyası və Bakının cavabı

Azərbaycanın BMT-yə daxil olmasının 30 illiyinə həsr olunmuş tədbir ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarəti altına qayıdan Şuşa şəhərində keçirilib. Tədbirdə Bakıda akkreditasiyadan keçmiş Birləşmiş Millətlər Təşkilatının nümayəndələri də iştirak edib. Rəsmi Yerevan bu tədbirin Şuşada keçirilməsi ilə bağlı etirazını bildirib. Azərbaycan XİN Ermənistanın reaksiyasını cavabsız qoymayıb. Nə baş verib? Martın 18-də xarici işlər naziri Ceyhun Bayramovun və prezident köməkçisi […]

Novruzu Şuşada qarşıladığımız gün gəldi

Novruz bayramının çox qədim tarixi vardır. Bu bayram əsasən torpağın oyanışı kimi təcəssüm olunur. Təxminən 24 il əvvəl Ulu Öndər H.Əliyev demişdir: “Gün o gün olacaqki, Novruz bayramını bir il Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda , Fizulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və […]

Qaradağ Günəş Enerji Stansiyasının təməli qoyuldu

Ümummulli lider Heydər Əliyev demişdir: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. İqtisadiyyatı isə enerjisiz təsəvvür etmək çox çətindir. Bu mənada Qaradağ Günəş Enerji Stansiyasının təməlinin qoyulması Respublikamız üçün çox önəmli hadisədir. Gücü 230 Mvt olan bu stansiya ölkənin enerjiyə olan tələbatını daha yaxşı ödəyəcək və ölkə üçün enerji ixracını reallaşdıracaqdır. Bu layihəni dünyada tanınmış […]

Bayramda od tutub yanan Mingəçevir bazarı

Novruz bayramına sayılı günlər qalıb. Böyükdən-kiçiyə yazın gəlişinə sevinən hər kəs bu Milli bayrama xüsusi və özünəməxsus şəkildə hazırlaşır. Amma razılaşaq ki, bayram hazırlığı öncəliklə bayram bazarlığından başlayır. Buna görə də bayramqabağı qiymətləri və alıcıların fikirlərini almaq üçün Mingəçevir bazarına yollandıq. Şəhər sakinləri isə mikrafonumuzu görər-görməz bahalıqdan şikayətləndilər. Onların sözlərinə görə, göyərti, ət, un, qoz […]

“Qələbə Şəhidləri”nin növbəti cildi salyanlıların görüşünə gəldi

Martın 18-də “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi salyanlı şəhid ailələrinin üzvləri ilə görüşə “Qələbə Şəhidləri” kitabının dördüncü cildinin təqdimatı ilə gəlib. Mərkəzi Kitabxanada baş tutan görüşün iştirakçıları Rayon İcra Hakimiyyətinin Müharibə və şəhid ailələri ilə iş şöbəsinin müdiri Rəşad Kazımovun təklifi ilə Vətən müharibəsində həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Məclisə aparıcılıq […]

Universitetdə məişət zorakılığına qarşı istiqamətində seminar

2022-ci ilin 17 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda elmi seminar keçirilib. “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”na həsr olunmuş seminarda universitetin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Seminarda giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının […]