Browsing yearly archive

2022

Mingəçevir Dövlət Universitetində tibbi-profilaktik və dezinfeksiya işləri

18 mart 2022-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfeksiya işləri MDU-nun tədris binalarında auditoriya və laboratoriyaları, inzibati otaqları, dəhlizləri, həyətyanı əraziləri, idman zalını, kitabxananı və sanitar qovşaqları əhatə edib. Dezinfeksiya tədbirləri Azərbaycan Respublikası Nazirlər kabinetinin müvafiq qərarlarının icrası çərçivəsində […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrinin ziyarətində

2022-ci ilin 17 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov və bir qrup əməkdaşı Aprel döyüşləri şəhidlərinin və Vətən Müharibəsində şəhid olmuş məzunların ailələrini ziyarət ediblər. Həmçinin, universitetin kollektiv üzvləri hazırda övladı MDU-da təhsil alan şəhid Yasən Əhmədovun da ailəsinə baş çəkiblər. Ailə üzvləri ilə görüşdə müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində tarixi Zəfərin […]

Universitetdə “Narkomaniyaya yox deyək!” maarifləndirici tədbir

2022-ci ilin 17 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə şəhər polis əməkdaşları, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Tədbir bəşəriyyətin ən təhlükəli bəlalarından hesab edilən narkomaniyanın fəsadları barədə tələbələri maarifləndirmək və narkomaniyaya qarşı mübarizədə gənclərin fəallığını […]

“Elm Günü”nə həsr edilmiş tələbə elmi konfransı

2022-ci ilin 16 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin (İİF) Tələbə Elmi Cəmiyyətinin “Elm Günü”nə həsr edilmiş “Yüksək keyfiyyətli təhsil müasir gəncliyin əsas meyarıdır” mövzusunda XIII elmi konfransı keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan konfransda fakültənin professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Konfransı giriş sözü ilə […]

Universitetdə “Effektiv elmi təqdimat” mövzusunda seminar

2022-ci ilin 16 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Effektiv elmi təqdimat” mövzusunda elmi-praktiki seminar təşkil olunub. Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professoru Ercan Yılmaz tərəfindən keçirilən seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Seminara MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev moderatorluq edib. Tədbirdə giriş sözü […]

Universitetin gənc əməkdaşları Almaniyanın Siegen Universitetində beynəlxalq seminarda

2022-ci ilin 11 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) gənc əməkdaşları Elvin Muradzadə və Nurlan Əzizli Almaniyanın Siegen Universitetində “Keçid iqtisadiyyatlı ölkələrdə sahibkarlıq” mövzusunda onlayn formatda təşkil edilən beynəlxalq seminarda çıxış ediblər. Seminar Siegen Universitetinin qonaq professoru, iqtisad elmləri doktoru Müslüm İbrahimov tərəfindən keçirilib. Seminar zamanı iştirakçılar beynəlxalq startap ideyaları ilə tanış ola biliblər. E.Muradzadə […]

Universitetdə ustad dərslər

Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDTM) təşkilatçılığı ilə ustad dərsləri keçirilib. MDTM-in direktoru Vəfa Məhərrəmovanın moderatorluğu ilə onlayn və əyani formatda təşkil olunan dərslərdə universitetin pedaqoji, iqtisadi və mühəndislik istiqamətləri üzrə təhsil alan magistrantları iştirak ediblər. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktor müavini Aytən Hüseynli tərəfindən […]

Universitetdə “Pedaqogika” kitabının təqdimatı

2022-ci ilin 14 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin təşkilatçılığı ilə “Pedaqogika” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində fakültənin akademik və inzibati heyət üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov təqdim edilən kitabın ərsəyə gəlməsində universitetin üç akademik heyət üzvünün iştirak etməsindən məmnunluğunu ifadə edib və onların pedaqoji təhsilin […]

Novruz bayramı ilə əlaqədar təhlükəsizlik qaydalarına dair Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı zamanı hər birimizin arzusudur ki, bayram şənlikləri ən xoş duyğularla yaddaşlarımıza həkk olunsun. Bunun üçün isə Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir. Belə ki, bu il də Novruz bayramı koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etdiyindən bayram tədbirlərində ölkədə tətbiq olunan xüsusi […]

Mingəçevir Dövlət Universitetində Novruz tonqalı

2022-ci ilin 15 mart tarixində Mingəçevir Dövlət Universitetində Novruz bayramı münasibətilə tədbir keçirilib. Universitetin həyətində keçirilən tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov universitetin əməkdaşlarını və tələbələrini Novruz bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Əsgərinin sayəsində dogma Qarabağımızda, mədəniyyət paytaxtımız olan Şuşada Novruz tonqalının […]