Browsing yearly archive

2022

Universitetdə tələbələrin elmi konfransı

2022-ci ilin 11 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) “Elm Günü”nə həsr edilmiş XIII elmi konfransı keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan konfransda fakültənin professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Konfransı giriş sözü ilə açan MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov son dövrdə universitetdə […]

Tədris binalarının həyətində iməcilik

2022-ci ilin 9 və 10 mart tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil, İqtisadiyyat və idarəetmə fakültələrinin təşkilatçılığı ilə növbəti iməcilik keçirilib. MDU-nun tədris binalarının həyətində təşkil edilən iməcilikdə universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbələr və magistrantlar iştirak ediblər. İməcilik zamanı universitetin həyətində ağacların dibi yumşaldılıb, təmizlik və abadlıq işləri görülüb. Qeyd edək […]

Seminar“Elm Günü”nə həsr olundu

2022-ci ilin 10 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) doktorant, dissertant və gənc tədqiqatçıların iştirakı ilə “Elm Günü”nə həsr olunmuş elmi seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov tədbir iştirakçılarına rektorun salamlarını çatdırıb. Prezidentin müvafiq Sərəncamına əsasən […]

Türk professorunun “Süni intellekt bu gün və sabah” seminarı

2022-ci ilin 9 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Süni intellekt bu gün və sabah” mövzusunda elmi-praktiki seminar keçirilib. Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professoru Cemal Yılmaz tərəfindən keçirilən seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Seminara MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev moderatorluq edib. Seminarda […]

MDU tələbələri Milli Teatr Günündə

2022-ci ilin 9 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU)Tələbə Gənclər Təşkilatının (TGT) fəalları Mingəçevir Dövlət Dram Teatrında Azərbaycan Milli Teatr Gününə həsr olunmuş “Teatrda bir gün” adlı Açıq Qapı layihəsində iştirak ediblər. Tələbələrlə görüşdə bildirilib ki, layihə yaradıcı və istedadlı gənclərin teatr fəaliyyəti ilə yaxından tanış olması, onların mədəniyyət sahəsində özlərini inkişaf etdirməsi məqsədi daşıyır. […]

“Oğul” filmi mingəçevirli Natiq Qasımovun böyüdüyü şəhərdə nümayiş olundu

Martın 14-də Mingəçevirdə Heydər Əliyev Mərkəzində Oğul” sənədli filminə baxış keçirilib. Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan film 1992-ci ildə Ermənistan-Azərbaycan müharibəsi zamanı əsir götürülən və itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışı barədədir. 47 dəqiqəlik film 2021-ci ildən etibarən beynəlxalq film festivallarında təmsil olunur. Baxışda şəhərin hökumət rəsmiləri, şəhid valideynləri, ictimaiyyət nümayəndələri […]

Tofiq Əsgərov 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəis təyin olundu

Mingəçevir şəhərində fəaliyyət göstərən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə yeni rəis təyin olunub. Bu vəzifəyə Tofiq Əsgərov gətirilib. Bu kresloda o, Şahin Əliyevi əvəz edib. Tofiq Əsgərov 2006-cı ildən bəri Mingəçevir Şəhər İcra Hakimiyyətində  çalışıb. 2013-cü ildən isə aparatda baş məsləhətçi işləyib.

Mingəçevirdə keçmiş məhkumun evində qumbara və külli miqdarda narkotik aşkarlanıb – FOTO – VİDEO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı xarici ölkə vətəndaşından onlayn yolla narkotik vasitə alan şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər bir neçə dəfə məhkum olunmuş şəhər sakini Feruz Bayramov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan […]

Əksəriyyət deputatdan iş istədi

Koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin böyük əksəriyyəti  aradan qaldırıldıqdan sonra 47 saylı Mingəçevir seçki dairəsinin deputatı  Aydın Mirzəzadə seçicilərini ənənəvi qaydada qəbul edib. Qəbula gələn 43 şəhər sakininin problemləri dinlənilib, bir qisminə məsləhət verilib, bir neçəsinə yerində kömək olunub, bir qisminin qaldırdığı məsələlər qeydiyyata götürülərək, müvafiq orqanlarla yönəldilib. Qəbula gələnlərin əksəriyyəti işsizlik problemi ilə bağlı […]

Bütün dünya Xocalı soyqırımını tanımalıdır

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində misligörünməmiş soyqırım aktı həyata keçirdilər.Bu işdə onlara keçmiş Sovet Ordusunun Xankəndində yerləşən 366-cı alayı da çox aktiv köməklik göstərirdi. Xocalı Soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1275 sakin girov götürüldü. 150 nəfərin taleyi isə […]