Mingəçevir Dövlət Universiteti kollektivi Qarğıdalı Emalı Müəssisəsinə ekskursiya edib
2022-ci ilin 14 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının əməkdaşları, Ekologiya və Ekologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan bir qrup tələbə və magistrantı Oğuzda “Azmade Group” MMC-nin nəzdində fəaliyyət göstərən Qarğıdalı Emalı Müəssisəsində (CPC MMC) ekskursiyada olublar. Ekskursiya Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması […]