Browsing yearly archive

2022

“Böyük Qayıdış” ərəfəsində məcburi köçkünlərlə dialoq

Mətbuatda xəbər verdiyimiz kimi, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi 2022-ci il fevralın 1-dən “Böyük Qayıdış”a dəstək göstərmək üçün yeni layihəsinə start verib. “Məcburi köçkün icmalarında yaşlılar və gənclər arasında qayıdış perspektivi ilə bağlı sorğu və dialoqların keçirilməsi” adı ilə 2022-ci il aprelin sonunadək davam edəcək layihə  Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə […]

“Mingəçevir Sahibkarlar Klubu” yaradıldı

8 Fevral 2022-ci ildə Mingəçevir Gənclər Evində sahibkarlarla görüş keçirilib. Onlara ölkə Prezidentinin 1 dekabr 2021-ci il tarixli fərmanı ilə təsdiq edilən “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, qaydaya əsasən dəstəyi KOBİA təmin edəcək. Görüşün təşkilatçısı və Mingəçevir KOB İnkişaf Mərkəzinin […]

“Bizi Azərbaycana aparanda elə sevindik ki…” – Mingəçevirdəki alman əsirin hekayəsi

“Moskvadan xəstə, ac-yalavac və üzgün vəziyyətdə qatara mindirildik. Gözümüzü açanda Ukraynada idik. Orada bizə Azərbaycana aparılacağımızı dedilər. Bu zaman sevincimizin həddi-hüdudu yox idi. Çünki bizi türklərin məmləkətinə aparırdılar”. Bu fikirlər Böyük Vətən Müharibəsində əsir düşmüş almaniyalı hərbçi Villi Deşin “Düşərgə gündəliyi” kitabında öz əksini tapıb. Villi Deş və yoldaşlarının sonrakı aqibətini sizlərə təqdim edirik: “Biz Bakının yaxınlığında […]

MDU-da növbəti tibbi-profilaktik və dezinfeksiya işləri

4 fevral 2022-ci il tarixində Mingəçevir Dövlət Universitetində(MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfeksiya işləri auditoriya və laboratoriyaları, inzibati otaqları, dəhlizləri, həyətyanı əraziləri, idman zalını, kitabxananı və sanitar qovşaqları əhatə edib. Dezinfeksiya tədbirləri Azərbaycan Respublikası Nazirlər kabinetinin müvafiq qərarlarının icrası çərçivəsində mütəmadi olaraq həyata keçirilir. […]

Universitetdə “YouthTech” layihəsi reallaşdırılıb

2022-ci ilin 2 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Education HUB”ın təşkilatçılığı  və  ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə “İdeyadan fəaliyyətə” proqramı çərçivəsində həyata keçirilən “YouthTech” adlı layihə uğurla başa çatıb. Layihə çərçivəsində 2021-ci ilin dekabrın 1-dən 2022-ci ilin fevralın 2-dək onlayn və əyani formatda təlimlər keçirilib. Təlimlərdə MDU-nun tələbə və magistrantları, eləcə də Mingəçevir şəhərinin […]

MDU əməkdaşı ali təhsilin beynəlmiləlləşdirilməsi ilə bağlı seminarda təmsil olunub

2022-ci ilin 25 yanvar tarixində Bakı şəhərində Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyası (ABTMA), Midlberi Beynəlxalq Araşdırmalar İnstitutu və ABŞ-ın Azərbaycandakı Səfirliyinin tərəfdaşlığı ilə “Peşəkar Assosiasiya və Bilik Mübadiləsi vasitəsilə Azərbaycanda Ali Təhsilin Beynəlmiləlləşdirilməsinin Genişləndirilməsi” adlı seminar keçirilib. Seminarda ABŞ-ın Azərbaycandakı Səfirliyinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin, Azərbaycandakı Milli Erasmus+ Ofisinin, British Council Azərbaycan […]

Mingəçevirli tələbə Gənclər Forumunda iştirak edib

2022-ci ilin 2 fevral tarixində Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib. Foruma ölkədə müxtəlif sahələr üzrə uğur qazanan gənclər dəvət olunublar. Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi Ülvi Məmmədov da Forumda təmsil olunub. Ülvi Forumla bağlı öz təəssüratlarını bölüşüb: “Gülüstan sarayında möhtərəm Prezidentimizin […]

Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanları araşdırılacaq

“Ekoloji İnformasiya” İB-yi Azərbaycan Respublikasının Qeyri Hğkumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması və monitorinqi “ layihəsinin icrasına başlayıb. Təşkilat ilk tədbir olaraq media təmsilçiləri qarşısında layihənin icrasına dair təqdimat təşkil edib. “Ekoloji İnformasiya” İB-yinin sədri Musa Muradlı çıxış edərək layihənin məqsədi və görüləcək işlər barədə tədbir iştirakçılarına […]

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

2022-ci ilin 3 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində beşinci “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda baş tutan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrantlar və onların valideynləri ilə görüşüb. 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının uğurla başa çatdığını qeyd […]

Mingəçevir Dövlət Universitetində “Təhsil şərtdir” adlı görüş keçirilib

2022-ci ilin 2 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Təhsil şərtdir” mövzusunda görüş keçirilib. Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professoru Ercan Nurcan Yılmazın iştirakı ilə təşkil edilən görüşə universitetin tələbə və magistrantları qatılıblar. Görüşdə təhsilin fasiləsizliyinin vacibliyindən və insan həyatının bütün mərhələlərində […]