Browsing yearly archive

2022

Vüsal Mahmudov: “Gənclər yeni imkanlar, öz bacarıqlarını, istedadlarını nümayiş etdirə bilmək üçün fürsət axtarır”

Suallaımızı Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin direktoru Vüsal Mahmudov cavablandırır. Rəhbəri olduğunuz Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi gənclərin şəxsi inkişafı və karyera həyatında uğur qazanması məqsədilə hansı işləri görür? – Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi olaraq 1 may 2021-ci il tarixindən fəaliyyət göstəririk. Fəaliyyət göstərdiyimiz müddət ərzində Mingəçevirdə yaşayan […]

Mingəçevir Dövlət Universitetində “Liderlik bacarıqları” təlimi keçirilib

2022-ci ilin 29 yanvar tarixində Mingəçevir Dövlət Univesitetinin (MDU) Karyera və İnkişaf Mərkəzi (KİM) və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Liderlik bacarıqları” təlimi keçirilib. Təlimdə MDU-nun tələbə və magistrantları iştirak ediblər. Təlimçi, KİM-in direktoru Cəlil Bağırov “Lider kimdir?”, “Liderin keyfiyyətləri” və “Liderlik bacarıqlarını inkişaf etdirməyin metodları” mövzularında təqdimatla çıxış edib. O, liderlik anlayışı və […]

Ağdaşda “Gənclər Həftəsi”

Ağdaşda  “Gənclər Həftəsi” fevralın 2-də yekun tədbirlərlə başa çatıb. Gənclər gününün yaradıcısı Heydər Əliyevin əziz xatirəsi yad edilib, abidəsi önünə güllər düzülüb. Eyni zamanda hər iki Qarabağ müharibəsində canlarını fəda etmiş şəhidlərimizin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub. Daha sonra iştirakçılar dəyirmi masa ətrafında toplaşıb, ölkəmizdə “Gənclər siyasəti”ndən, dünya miqyasında fəxrlə adları çəkilən Azərbaycan gəncliyindən, […]

Mingəçevir Gənclər Evi qarşısına qoyduğu hədəflərin öhdəsindən layiqincə gəlib

Tural müəllim, 2 Fevral tarixinin milli Gənclər Günü kimi qeyd olunması gənclərə necə təsir edir? Sizcə bu əlamətdar gün Azərbaycan gəncliyinin inkişafında hansı rolu oynayır? – Bu əlamətdar tarixi gün gənclərə nə qədər dəyərli olduqlarını, necə böyük diqqət və qayğı ilə əhatələndiklərini, ölkə səviyyəsində dəstəkləndiklərini hiss etdirir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Hər […]

Mingəçevir gəncləri “Müsyö Jordan və Dərviş Məstəli şah”ı səhnəyə gətirdilər

2 fevral Gənclər günü ərəfəsində Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının istedadlı gəncləri Mirzə Fətəli Axundzadənin “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur” əsərini səhnələşdiriblər. Onlar müasir formada və yeni variantda hazırladıqları tamaşanı 1 fevral 2022-ci ildə Mingəçevir Dövlət Dram Teatrının səhnəsində tamaşaçılarına təqdim ediblər. Rəsmi şəxslərin, qazi, döyüşçü və könüllülərin həvəslə izlədikləri tamaşa […]

Mingəçevir Dövlət Universitetində “Dayanıqlı İnkişaf” elmi jurnalının növbəti nömrəsi nəşr olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) “Dayanıqlı inkişaf” multidissiplinar elmi jurnalının ikinci nömrəsi işıq üzü görüb. MDU-nun rektoru Şahin Bayramovun baş redaktorluğu ilə nəşr olunan jurnalın redaksiya heyətində Azərbaycan, Türkiyə, İtaliya, Almaniya, Ukrayna, Çin, Qırğız Respublikası və Litvanın tanınmış alimləri təmsil olunurlar. Jurnalın yeni buraxılışında “İctimai elmlər” bölməsində 14, “Təbiət və texnika elmləri” bölməsində 8, “Humanitar elmlər” […]

“Qələbə Şəhidləri”nin dördüncü cildi oxucuların görüşünə gələcək

“Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyələşdirdiyi layihə “Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi, Vətən müharibəsi iştirakçılarının tanıdılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlərin təşkili” adlanır. Layihə bu ilin fevral-aprel aylarını əhatə edəcəkdir. Tədbirlər çərçivəsində aşağıdakı işlərin görülməsi nəzərdə tutulub. Fevralda ştatlar müəyyənləşdiriləcək və […]

Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyası uğurla davam edir

Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin payız semestrinin 05 yanvar tarixində başlayan imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub. 24-29 yanvar tarixlərini əhatə edən növbəti imtahan günlərində bakalavriat səviyyəsində 151 qrup üzrə 2790 tələbə ümumilikdə 198 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 99.4% olub. Tələbələr […]

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

2022-ci ilin 27 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda baş tutan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrantlar və onların valideynləri ilə görüşüb. Cari payız imtahan sessiyasının növbəti həftəsinin müvəffəqiyyətlə başa çatdığını vurğulayan Ş.Bayramov […]

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

2022-ci ilin 27 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. İclasın gündəliyinə əsasən, əvvəlcə, Ş.Bayramov “Universitetə tələbələrin cəlb edilməsi işinin təşkili haqqında” məlumat verib. Universitetə tələbələrin cəlb edilməsi işinin effektivliyinin yüksəldilməsi, şəhər […]