Browsing yearly archive

2022

Amerikalı professor Mingəçevir Dövlət Universitetində seminar keçib

2022-ci ilin 26 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Midlberi Beynəlxalq Araşdırmalar İnstitutunun professoru David Viskin iştirakı ilə seminar keçirilib. MDU-nun akademik və inzibati heyət üzvlərinin qatıldığı seminar ali təhsilin beynəlmiləlləşməsi və müəllimlərin beynəlxalq əməkdaşlıqda iştirakı məsələlərinə həsr olunub. Seminarda beynəlxalq fəaliyyətin əsas komponentləri, kurrikulumun məzmununun təkmilləşdirilməsi, xarici dillərin öyrənilməsi və […]

Mingəçevir Dövlət Universitetində növbəti tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb

26 yanvar 2022-ci il tarixində Mingəçevir Dövlət Universitetində(MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfeksiya işləri auditoriya və laboratoriyaları, inzibati otaqları, dəhlizləri, həyətyanı əraziləri, idman zalını, kitabxananı və sanitar qovşaqları əhatə edib. Dezinfeksiya tədbirləri Azərbaycan Respublikası Nazirlər kabinetinin müvafiq qərarlarının icrası çərçivəsində mütəmadi olaraq həyata keçirilir. […]

Mingəçevir Dövlət Universiteti Aqrar Elm və İnnovasiya Mərkəzi əməkdaşlıq edəcək

2022-ci ilin 26 yanvar tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Aqrar Elm və İnnovasiya Mərkəzi (AEİM) arasında potensial əməkdaşlıq məsələlərinə həsr olunmuş görüş keçirilib. Zoom platforması üzərindən online formatda təşkil edilən görüşdə qarşılıqlı faydalı əməkdaşlıq imkanları haqqında ətraflı fikir mübadiləsi aparılıb. MDU-nun yüksək ixtisaslı kadr hazırlığı istiqamətləri barədə məlumat verən rektor Şahin Bayramov təmsil etdiyi […]

Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər

2022-ci ilin 26 yanvar tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının üzvləri cari tədris ilinin payız imtahan sessiyası çərçivəsində əyani formada təşkil edilən imtahan prosesini izləyiblər. Universitetin rektoru Şahin Bayramov İctimai Nəzarət Şurasının üzvlərinə payız semestrinin imtahan sessiyasının təşkili çərçivəsində görülən hazırlıq işləri, imtahanların gedişi və bu günədək olan nəticələr barədə məlumat verib. MDU-nun […]

MDU-da tələbələr xaricdə doktorantura və ikili diplom proqramları barədə məlumatlandırılıblar

Mingəçevir, 25 yanvar, AZƏRTAC Mingəçevir Dövlət Universitetində (MDU) xaricdə doktorantura və ikili diplom proqramlarının tanıdılması ilə təqdimatı keçirilib. AZƏRTAC–ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” üzrə İdarəetmə Qrupunun rəhbəri Turan Topalova dinləyicilərə beynəlxalq təhsil təcrübələrinin təhsildə əhəmiyyətindən danışıb. Bildirilib ki, proqramın əsas […]

AÇIQ QAPI GÜNLƏRİ

2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir. İmtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari ilin 6 yanvar tarixindən başlayaraq imtahan sessiyası dövründə hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması […]

Gəlir və xərclərinin uçotunu aparmayan mikrosahibkarlar güzəştlərini itirirlər

11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndələri 26 yanvar 2022-ci ildə Mingəçevir Bələdiyyəsinin iclas salonunda yerli sahibkarlarla görüşüblər. Vergi müfəttişləri Fuad Quliyev və Asəf Abbasov 2022-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişiklikləri izah edib, sahibkarların suallarını cavablandırıblar. Qeyd olunub ki, bu ildən elektrik mühərrikləri ilə işləyən kiçik həcmli nəqliyyat vasitələrini ölkəyə gətirənlər 3 il […]

“Mingəçevirdə “hörümçək toru”nu xatırladan qaz xətləri standarta uyğun xətlərlə əvəz olunacaq”

“Sənaye şəhəri Mingəçevirdə sənaye xəttinin mövcud olmaması sahibkarlıq subyektlərinə ciddi çətinlik yaradır”. Bu sözləri Mingəçevir Sahibkarlar Konfederasiyasının sədri Vaqif Həsənov “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində yerli sahibkarlarla 26 yanvar 2022-ci ildə baş tutan görüş zamanı bildirib. “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev isə qazlaşdırma zamanı kobud nöqsanlara yol verildiyini diqqətə çatdırıb: […]

Mingəçevirdə 8 nəfər cəriməyə məruz qaldı

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə reyd keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, reyd zamanı şəhərin müxtəlif ərazilərində, əsasən səkilərdə piyadaların hərəkətinə maneə törədən, antisanitar vəziyyət yaradan pərakəndə ticarət obyektləri müəyyən edilib. Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb və diqqətə çatdırıb ki, yalnız  müəyyən […]

Yanğın niyə baş verir?

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir. Bu çərçivədə, respublika ərazisində baş verən yanğınların Xidmət tərəfindən aparılmış statistik təhlili göstərir ki, yanğınların böyük əksəriyyəti yaşayış sektorunun payına düşür. Yaşayış sektorunda baş verən yanğınların isə təqribən 50 faizi elektrik avadanlıqlarının, 15 faizi qaz cihazlarının […]