MDU kollektivi Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət ediblər
Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və əməkdaşı Mingəçevir şəhərində yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət ediblər. MDU-nun Psixologiya və pedaqogika kafedrasının müəllimləri Nərgiz Niftəliyeva və Günel Nəcəfovanın müşayiəti ilə universitetin “Məktəbəqədər təhsil” ixtisası üzrə təhsil alan üçüncü kurs tələbələri Mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar. Ziyarət zamanı universitet kollektivi əqli cəhətdən zəif […]