Browsing yearly archive

2022

Qızlar xəyalpərəst olurlar, 2-ci yazı

Qızlar xəyalpərəst olurlar, kiçik sevinclər belə onları xoşbəxt etməyə, səmalara pərvazlanmağa bəs edər, çünki qızlar həyata daha çox ruhən, duyğuları, hissləri ilə bağlıdırlar. Yəni qadınlar dünyaya mənəvi olaraq daha çox bağlıdırlar, kişilər isə daha çox fiziki olaraq, fiziki gücləri, imkanları ilə bağlıdırlar, yəqin ki, buna görə qadınları anlamaqda çətinlik çəkirlər. Həyat isə davam edər, günlər […]

QHT Bərdədə növbəti seminarını təşkil etdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında ekoloji təmiz məhsul istehsalının təşviqi” layihəsinin icra planına uyğun olaraq Bərdə rayonunun fermerləri üçün seminar təşkil edilib. İctimai Birliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin […]

MDU-da seminar: Gənclər arasında erkən nikahlar və onun mənfi tərəfləri

2022-ci ilin 22 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə “Gənclər arasında erkən nikahlar və onun mənfi tərəfləri” mövzusunda seminar keçirilib. Fakültənin əməkdaşları, tələbə və magistrantların iştirakı ilə keçirilən seminarda kafedra müdiri Esmira Cəfərova giriş sözü ilə çıxış edib. Erkən nikahın dövrümüzün aktual problemlərindən biri olduğunu qeyd edən E.Cəfərova […]

MDU-da seminar: Müasir təhsil trendləri və süni intellekt

2022-ci ilin 18 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Müasir təhsil trendləri və süni intellekt” mövzusunda seminar keçirilib. Seminarda universitetin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. MDU-nun İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev təqdimatla çıxış edərək dördüncü sənaye inqilabı şəraitində təhsilin əsas inkişaf trendləri, informasiya texnologiyalarının […]

MDU kollektivi “Azərbaycan İES” MMC-yə eksursiya edib

2022-ci ilin 16 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə bu ali təhsil müəssisəsinin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları “Azərbaycan İES” MMC-də ekskursiyada olublar. Eksursiya zamanı MDU kollektivi İES-in istehsalat sahəsi, kimya sexi və laboratoriyası ilə yaxından tanış olub, laboratoriya şəraitində tullantı suların […]

MDU-da seminar: Gender problemlərinin psixoloji aspektləri

2022-ci ilin 16 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Gender problemlərinin psixoloji aspektləri” mövzusunda seminar keçirilib. Universitetin akademik heyət üzvləri, tələbə və magistrantlarının iştirakı ilə keçirilən seminarda MDU-nun Psixlogiya və pedaqogika kafedrasının müəllimi Nərgiz Niftəliyeva təqdimatla çıxış edib. Təqdimatda gender problemlərinə psixoloji yanaşmadan bəhs edilib, gender psixologiyasında emosional […]

Azərbaycan Beynəlxalq Bankının “Qoşa saat” layihəsi çərçivəsində MDU-da tədbir keçirilib

2022-ci ilin 19 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və  Azərbaycan Beynəlxalq Bankının (ABB) birgə təşkilatçılığı ilə “Qoşa saat” layihəsi çərçivəsində “Uğur hekayəni ABB ilə yaz” şüarı altında tədbir keçirilib. Tədbirdə ABB-nin bir qrup əməkdaşı, MDU-nun akademik və inzibati heyəti üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Tədbirdə giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər […]

MDU-da “Təcrübə danışır” devizi altında seminar keçirilib

2022-ci ilin 17 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtsadiyyat və İdarəetmə fakültəsinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Təcrübə danışır” devizi altında seminar keçirilib. “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan tələbələr üçün təşkil edilən seminara kafedranın müəllimi Səadət Yusibova moderatorluq edib. Seminarda çıxış edən “Finn Church Aid” beynəlxalq yardım təşkilatının təmsilçisi Nuranə Əliyeva fəaliyyəti ilə […]

MDU-da “Bərk məişət tullantılarının idarə olunması” mövzusunda elmi-praktiki seminar keçirilib

2022-ci ilin 15 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Bərk məişət tullantılarının idarə olunması” mövzusunda elmi-praktiki seminar keçirilib. Seminarda Mingəçevirdə fəaliyyət göstərən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (RETSİ) əməkdaşları, fakültənin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak edib. Seminarda giriş sözü ilə çıxış edən […]

MDU-da qeyri-formal məşğulluğa qarşı məlumatlandırıcı tədbir keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə qeyri-formal məşğulluğa qarşı məlumatlandırıcı tədbir keçirilib. MDU tələbələrinin iştirakı ilə keçirilən tədbirdə KİM-in əməkdaşı Razim Qurbanov qeyri-formal məşğulluğun mahiyyəti və mənfi nəticələri, formal məşğuliyyətin üstünlükləri barədə ətraflı məlumat verib və təqdim edilən sualları cavablandırıb. Sonra, tədbirdə tələbələrə qeyri-formal məşğulluğa qarşı məlumatlandırıcı bukletlər paylanılıb.