Browsing yearly archive

2022

“İmtahanlar onlayn qaydada keçirilsəydi…”

Payız imtahan sessiyası Mingəçevir Dövlət Universitetində necə təşkil olunub? Tələbələr məmnundurlarmı? Biz onlardan bir qrupu ilə görüşərək, fikirlərini bölüşməyi xahiş etdik. İT ixtisası üzrə təhsil alan Seymur İsgəndərov prosesin şəffaflığından məmnundur: “Rektorun “Açıq qapı” günlərində tələbələrin bütün problemləri dinlənilir və adekvat qərarlar verilir”. Şifahi imtahanların tərəfdarı olan Seymur praktik yönümlü dərslərə daha çox yer ayrılmasını, […]

Mingəçevir Dövlət Universitetində “20 Yanvar: Milli tariximizi azadlıq yoluna çıxaran dönüş nöqtəsi” mövzusunda seminar keçirilib

18 yanvar 2022-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar: Milli tariximizi azadlıq yoluna çıxaran dönüş nöqtəsi” mövzusunda seminar keçirilib. Təhsil fakültəsində təşkil edilən seminarda universitetin professor-müəllim və inzibati-texniki heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər. Şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirin moderatoru […]

Mingəçevir Dövlət Universitetində Kimya laboratoriyasının açılışı olub

2022-ci ilin 18 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Kimya laboratoriyasının açılışı olub. Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının nəzdində fəaliyyət göstərəcək laboratoriyanın açılışı mərasimində professor-müəllim və tələbə heyəti, MDU İctimai Nəzarət Şurasının üzvləri və tərəfdaş sənaye müəssisələrinin nümayəndələri iştirak ediblər. Əlamətdar hadisə münasibətilə əməkdaşları və tələbələri təbrik edən MDU-nun rektoru Şahin Bayramov Kimya laboratoriyasının […]

Aybəniz Cəfərova: “Davamlı inkişafa məktəbdən başlayaq!”

Education HUB Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiya üzrə qrant müsabiqəsi ilə əməkdaşlıqda Tərtər rayon Seydimli kənd məktəb müəllimi Aybəniz Cəfərova tərəfindən “Davamlı inkişafa məktəbdən başlayaq!” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi Tərtər rayonunun Seyidimli kənd məktəbliləri (7-9-cu siniflər) üçün maliyyə savadlılığı və resurslarının artırılması ilə bağlı ilkin bacarıqların formalaşdırılması ilə yanaşı, onları […]

Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyası uğurla davam edir

Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin payız semestrinin 5 yanvar tarixində başlayan imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub. 5-14 yanvar tarixlərini əhatə edən ilk 10 imtahan günündə bakalavriat səviyyəsində 151 qrup üzrə 2790 tələbə ümumilikdə 376 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 99.2% olub. […]

Mingəçevir Dövlət Universitetində növbəti dəfə bir qrup valideyn imtahan prosesini izləyib

2022-ci il yanvarın 14-də Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə bir qrup valideyn cari tədris ilinin payız imtahan sessiyası çərçivəsində auditoriyalarda əyani formada təşkil edilən imtahan prosesini müşahidə ediblər. Universitetin rəhbər və inzibati heyət üzvlərinin müşayiəti ilə payız imtahan sessiyasının gedişatını izləyən valideynlərə imtahan prosesi ilə yaxından tanış olmaq üçün bütün zəruri imkanlar təqdim edilib […]

“Quduzlaşmış qohumundan qorxub özünü pəncərədən atdı”“

“Quduzluq xəstəliyinə yoluxmuş kişi qışqıraraq yanına gəlmiş qohumundan iki əlli yapışmaq istədi, əlindən gücdən qurtulan qohumu qorxusundan xəstəxananın mətbəxinə qaçıb özünü qapalı pəncərəyə çırparaq bayıra atıldı”. Bu olay haqqında Bizim.Media-ya Mingəçevir xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinin müdiri Şəfəq Kərimova danışıb. Hal-hazırda itqapmalarının sayı çoxaldığından bu məsələni bir az diqqət mərkəzinə gətirmək istədik. Çünki əksər vətəndaşlarımız belə hadisələrə o qədər […]

Mingəçevirdə fermadan mal-qara oğurlayanlar saxlanıldı

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qara oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə,  şöbəyə müraciət edən ferma sahibi ona məxsus təsərrüfatdan iribuynuzlu heyvanların oğurlandığını bildirib. Hadisəni törədən naməlum şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı üç nəfər Mingəçevir şəhər […]

MDU müasirləşmə mərhələsində: yeni hədəflər və əsas nailiyyətlər

“Azərbaycan müəllimi”, 14 yanvar 2022-ci il Qəzetin PDF versiyası   Ali təhsildə mövcud reallıqlar, dövlət dəstəyi və strateji hədəflər Başa vurulan 2021/2022-ci tədris ilinin payız semestri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü ilə əlaqədar olaraq bir çox […]

Mingəçevirdə küləyin fəsadları: 20-dən çox ağac aşdı

Küləkli hava Mingəçevirdə bir neçə ağacın aşmasına səbəb olub. Bizim.Media-nın məlumatəna görə, gecədən başlayan və gün ərzində davam edən güclü külək şəhərin müxtəlif istiqamətlərində fəsadlara yol açıb. Heydər Əliyev prospekti, 20 yanvar, Üzeyir Hacıbəyov, Təbriz və digər küçələrdə qovaq, akasiya və həmişəyaşıl ağacları tam, yaxud qismən gövdəsindən ayrılaraq aşıb. Ümumilikdə 20-dən çox belə hal qeydə […]